Noxud Menenesi - Wikipedia
Noxud mənənəsi-(lat. Acyrthosiphon pisum) — buğumayaqlılar tipinin bərabərqanadlılar dəstəsinin mənənələr fəsiləsinə aid olan növ.
Noxud mənənəsi | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Ranqsız: Tipüstü: Ranqsız: Ranqsız: Tip: ???: Noxud mənənəsi |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Xarici quruluşu
redaktəNoxud mənənəsi bütün mənənələr içərisində ən iri növdür. Qanadsız bakirə dişi fərdlərin bədəni 4–4,5 mm-dir. Yayıla bilən dişi fərdlərin bədənləri isə 5 mm uzunluğundadır. Dişilərin bədəni yaşıl, gözləri isə qırmızı-qonurdur. Bunların bığcıqları bir cüt alın şişkinlikləri üzərində yerləşir və bədəndən xeyli uzundur. Şirə borucuqları uzun, quyruqcuğu isə ağımtıldır. Qanadlarında olan xarici damarlar və gözcüklər yaşıl rənglidir. Noxud mənənəsinin yumurtası əvvəlcə göy-yaşıl, sonra isə qara rəngdə olur.[2]
Həyat tərzi
redaktəNoxud mənənəsinin payızda çoxillik paxlalı bitkilər üzərinə qoyduğu yumurtaları orada qışlayıb, aprel ayının axırları, mayın əvvəllərindən başlayaraq qışlayan yumurtalardan dişi sürfələr çıxmağa başlayır. Yazdan başlamış payıza qədər noxud mənənəsi bakirə yolla çoxalır. Hər bir bakirə dişi 50–100 yumurta qoyur. Yay nəsillərinin birində qanadlı-yayılan dişilər əmələ gəlir. Bunlar uçaraq birillik dənli paxlalı bitkiləri yoluxdurur və orada da bakirə yolla çoxalır. İyul-avqust aylarında havaların qızması və bitki toxumlarının iriləşib bərkiməsi (qida üçün nisbətən yararsız olması) nəticəsində mənənənin inkişafı və çoxalmasında durğunluq yaranır və onun miqdarı sürətlə azalır. Bu zaman əlverişsiz şərait nəticəsində yeni qanadlı dişi formalar əmələ gəlir ki, bunlar da uçaraq çoxillik paxlalı bitkiləri yoluxdurur. Noxud mənənəsinin bir nəslinin inkişafı hava şəraitindən asılı olaraq 10–15 günə başa çatır və beləliklə, vegetasiya ərzində 10-dan çox nəsil verə bilir.
Payızda çoxillik paxlalı bitkilər üzərində qidalanan bakirə dişilərdən cinsiyyəti davam etdirən dişilər əmələ gəlməyə başlayır. Bu dişilər erkək və dişi sürfələr doğmaq qabiliyyətinə malikdir. Doğulmuş sürfələr yetkin hala keçdikdən sonra cütləşir və bundan sonra mayalanmış sürfələr qışlayır. Noxud mənənəsinin çoxalma və inkişafında mühitin abiotiki amillərinin böyük rolu vardır. Normal temperaturlu və rütubətli havalar zərərvericinin kütləvi çoxalması üçün əlverişlidir. Aşağı temperatur və quraqlıq, eləcə də həddindən artıq rütubətli və yağışlı havalar bu həşəratın inkişafına mənfi təsir edir. Leysan yağışlar mənənəni bitkilərin üzərindən yuyub, yerə tökür və əksər halda bitkinin tamamilə təmizlənməsinə səbəb olur.[2]
Yayılması
redaktəBu mənənə Azərbaycanın bütün rayonlarında geniş yayılmışdır
Şəkillər
redaktəİstinadlar
redaktə- ↑ Integrated Taxonomic Information System (ing.). 1996.
- ↑ 1 2 S. R. Məmmədova, B. B. Xəlilov. Kənd təsərrüfatı entomologiyası. 1986, səh 186.
Ədəbiyyat
redaktə- S. R. Məmmədova, B. B. Xəlilov. Kənd təsərrüfatı entomologiyası. 1986, səh 186.