Noxud Sorbasi - Wikipedia
Noxud şorbası — noxudla hazırlanan şorba növü. Bir çox dünya mətbəxində noxud şorbası hazırlanır. Əsasən Pisum sativum növündən olan noxuddan hazırlanır.
Tarixi
redaktəNoxud şorbası qədim zamanlardan hazırlanan xörəklərdən biridir. Aristofan "Quşlar" əsərində noxud şorbasının adını çəkmişdir.[1]
Coğrafiyası
redaktəKanadada sarı noxud şorbası Kvebek mətbəxinin ənənəvi xörəklərindən biridir.[2] Kanadanın ingilisdilli bölgələrində noxud şorbası Conni çörəyi ilə servis edilir. Almaniyada donuz əti və ya sosiska ilə bişirilməsi geniş yayılıb, eləcə də, hazır noxud şorbası konservləri satılır. Niderlandda noxud şorbasının snert adlandırılan xüsusi çeşidi hazırlanır. İndoneziya və Surinam keçmiş Niderland müstəmləkələri olduğu üçün bu ölkələrdə də noxud şorbası geniş hazırlanan xörəklərdəndir.
Skandinaviya ölkələrində noxud şorbası donuz əti ilə hazırlanır. Finlandiyada yaşıl noxud, İsveç və Danimarkada sarı noxuddan istifadə olunur. İsveç kralı XIV Erik noxud şorbasına qatılmış zəhərə görə ölmüşdür.[3] Norveçdə noxud şorbası Milad və bahar xörəyi hesab olunur.
Ucuz hazırlanan xörək olduğu üçün Polşada noxud şorbası ordu yeməyi hesab olunur.
İstinadlar
redaktə- ↑ Zel and Reuben Allen. "Peas: History, Uses, Folklore, Growing, Nutrition, Purchasing, Preparation, Recipe: Pease Porridge Hot, Pease Porridge Cold". Vegetarians in Paradise: A Los Angeles Vegetarian Web Magazine. April 27, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 20, 2007.: "vendors in the streets of [classical] Athens were selling hot pea soup."
- ↑ "Bill Brownstein: New York Times pays tribute to Canadian cuisine – starting with Joe Beef's David McMillan". montrealgazette.com. 16 January 2018. 23 October 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 June 2022.
- ↑ Lars Ericson in Johan III, ISBN 91-85057-47-9, p. 109
Xarici keçidlər
redaktə- Vikianbarda Noxud şorbası ilə əlaqəli mediafayllar var.