Nosferatu - Wikipedia
Nosferatu (yun. nosophoros) — yunan dilindən tərcümədə vəba xəstəsi mənasını ifadə edir. Qədim Yunanıstanda vəba xəstələri nosferatu adı ilə qeyd edilmişdir. Nosferatu XIX əsrin əvvələrindən başlayaraq, başqa bir mənada ifadə etməyə başlamışdır.
Nosferatu vampir olaraq dünyaya gəlmiş insanlara deyilir. Nosferatuların valideynləri əsasən vampirlər olur.
Rəvayətlərdə Nosferatu dünyaya gətirmiş qadın vampirin doğumdan dərhal sonra öldüyü bilirilirdi. XIX əsrin ortalarında Amerika Birləşmiş Ştatlarında özünü Nosferatu adlandıran bəzi şəxslər olmuşdur. Məşhur silsilə qatil hesab edilən Albert Fiş öz qurbanlarının valideynlərinə göndərdiyi məktublarda özünü nosferatu kimi təqdim edir. Bu anlayış bir çox xalqların ədəbiyyatlarında mənfi mənada işlənmişdir. Qədim Roma əfsanələrində lənətlənmiş ailələr və ya cəmiyyət tərəfindən kənarlaşdırılan şəxslərə nosferatu müraciət formasından istifadə edilmişdir.