North American F 86 Sabre - Wikipedia
F-86 Sabre (az: Qılınc), "North American" şirkəti tərəfindən istehsal olunan transonik qırıcı təyyarəsidir. İlk uçuşunu 1947-ci ildə həyata keçirmiş və təxmini olaraq bu qırıcıdan 9860 ədəd istehsal edilmişdir. Müasir F-15 təyyarələri meydana çıxana qədər ABŞ Hərbi Hava Qüvvələrində xidmət etmiş olan ilk havada üstünlüyü təmin edən təyyarə olmuşdur. Öz dövrünün ən üstün performansına malik olan təyyarələrindən biri olmuşdur və bunu rəqibi olan SSRİ mənşəli MiQ-15 təyyarələrinin qarşısında sübut etmişdir. Kanada tərəfindən də, lisenziya altında istehsal edilmişdir. Yer kürəsində uçan sonuncu F-86 Sabre hərbi təyyarəsi 1994-cü ildə Boliviya Hərbi Hava Qüvvələrindən istefaya göndərilmişdir. Uzun müddət ərzində Türkiyə Hərbi Hava Qüvvələrində də, xidmət etmişdir. Bu təyyarə bir ədəd General Electric J47-GE-27 turbojet motoru (Kanada istehsalı olan təyyarələr də daxil olmaqla) istifadə etmişdir. Müşahidə bucağı yüksək kanopi, hava-hava döyüşlərində atış avantajı təmin edən radarı, etibarlı və daşıdığı altı ədəd M3 Browning pulemyotu ilə üstünlüyünü sübut etmiş bu təyyarə Koreya müharibəsində də uçmuşdur.
North American F-86 Sabre | |
---|---|
İstehsalçı | North American Aviation |
İlk uçuş | 1 oktyabr 1947 |
İstismara verilmə tarixi | 1949 |
İstimarının bitmə tarixi | 1994 |
İstismarçılar | |
Buraxılış sayı | 8.740 |
Vikianbarda əlaqəli mediafayllar |
F-86 ABŞ Hərbi Hava Qüvvələrinin (USAF) ilk arxaya doğru əyilmiş reaktiv qırıcısıdır, ilk uçuşunu 1 oktyabr 1947-ci ildə həyata keçirmişdir. İlk istehsal olunan modeli 20 may 1948-ci ildə uçmuş və 15 sentyabr 1948-ci ildə bir F-86A 670 mil/saat uçaraq yeni bir dünya rekordu qırmışdır. Əvvələr yalnız gündüz döyüşə bilən yüksək hündürlükdə uçan qırıcı təyyarə kimi yaradılmasına baxmayaraq, daha sonralar hər cür hava şəraitində xidmət etməyə qadir olan (F-86D) və qırıcı-bombardmançı təyyarə (F-86H) modelləri də yaradılmışdır. ABŞ Donanması tərəfindən də aviadaşıyıcılarda xidmət edə biləcək şəkildə uyğunlaşdırılmış versiyası istifadə edilmişdir. (FJ-1 "Fury").
F-86A, E və F modelləri gündüz qırıcı təyyarə modeli olaraq Koreya müharibəsi zamanı mübarizə aparmış MiQ-15 döyüş təyyarəsi ilə qarşılaşmışdır. Müharibə bitəndə vurmuş olduğu 792 MiG-15 təyyarəsinə qarşılıq olaraq cəmi 76 "Sabre" itirilmişdir. (Birin ona nisbətində zəfər)
5500-dən artıq Sabre gündüz qırıcısı ABŞ və Kanadada istehsal edilmişdir. Bu təyyarələr ABŞ və Kanadadan başqa 20 ölkənin də Hərbi Hava Qüvvələrində xidmət etmişdir. Bu ölkələrə Qərbi Almaniya, Yaponiya, İspaniya, Böyük Britaniya, Avstraliya, Yunanıstan və Türkiyə daxildir.
Ümumi xüsusiyyətləri
redaktə- Ekipaj: 1
- Uzunluq: 37 ft 1 in (11.4 m)
- Qanad eni: 37 ft 0 in (11.3 m)
- Hündürlük: 14 ft 1 in (4.5 m)
- Qanad sahəsi: 313,4 m² (29.11 m²)
- Boş çəkisi: 11.125 £ (5.046 kq)
- Yük ilə birlikdə çəkisi: 15.198 £ (6,894 kq)
- Maksimum yükgötürmə qabiliyyəti: 18.152 £ (8.234 kq)
- Mühərrik: 1 ədəd General Electric J47-GE-27 turbojet, 5910 lbf (beş dəqiqə 7.950 rpm-də maksimum itələmə) (26.3 kN)
- Daxili yanacaq tutumu: 437 ABŞ qalonu (1,650 L)), Xarici Yanacaq Çənləri: 2 ədəd 200 ABŞ qalonu (760 L) JP-4 yanacağı
Performans
redaktə- Maksimum : 687 mil (1,106 km / h) 14.212 £ (6.447 kg) dəniz səviyyəsində
- Stall sürət: 124 mil (güc qapalı) (108 knot (200 km/s))
- Mənzil: 1,525 mil (2,454)
- Xidmət tavanı: müharibə çəkisi 49.600 ft (15.100 m)
- Dırmanma nisbəti: dəniz səviyyəsində 9000 ft/dəq (45.72 m/s)
- Qanad yüklənməsi: 49.4 lb/ft² (236,7 kg/m²)
- Çəkmə nisbəti: 15.1
- İtələm/Ağırlıq: 0.38
Silahlar
redaktə- Silahlar: 6 ədəd 0.50 inçlik (12.7 mm) M3 Browning pulemyotu (ümumi 1,602 mərmi)
- Raketler: 2 × 18 Matra raket podları ilə SNEB × 68 mm raketler
- Bombalar: Napalm Bombası
F-86A modelinin xüsusiyyətləri
redaktə- Ekipaj: 1
- Motor: 1 ədəd General Electric J47-GE-13
- İtələmə gücü: 23.3 kN,
- Qanad uzunluğu: 11.31
- Uzunluğu: 12.43 m
- Hündürlüyü: 4.50 m,
- Qanad sahəsi: 26.76 m²
- Qalxma çəkisi: 7359 kq
- Boş çəkisi: 4780 kq
- Maksimum sürət: 1089 km/saat
- Mənzili: 1344 km
- Xidmət tavanı:14600 m
- Silahları: 6 ədəd 12.7 mm-lik MG pulemyotu, 454 kq bomba