Norfolk Hersoqu - Wikipedia
Norfolk hersoqu (ing. Duke of Norfolk) — Birləşmiş Krallığın monarxial strukturunda olan əsilzadə ünvanlarından biri. Rəsmi iqamətgahları Sasseksdəki Arundel qalasıdır və ənənəvi olaraq, İngiltərə Anqlikan kilsəsinə yox, Roma-Katolik kilsəsinə mənsubdurlar. Tarix boyunca bu ünvana layiq görülən bütün Norfolk hersoqları İngiltərə kralı I Edvardın şəcərəsinə mənsubdur.
Tarixi
redaktəNorfolk hersoqluğundan öncə Normandiyalı Rocer Biqod ilə başlayan Norfolk qraflığı ünvanı vardı. Oğul şəcərəsi 1306-cı ildə geridə varis qoymadan vəfat edən V Norfolk qrafı Rocer Biqod ilə sonlandı və ünvanın bütün mülk və sərvəti səltənət tərəfindən ələ keçirildi. Çox keçmədən 1312-ci ildə İngiltərə kralı II Edvard qardaşı Tomas Brotertonu Norfolk qrafı təyin etdi və bu ünvan qardaşından sonra onun qızı Marqaritaya və nəvəsi Tomas Movbreyə keçdi.
1397-ci ildə II Riçard son Norfolk qrafinyası Marqarita Brotertonun nəvəsi Tomas Movbreyi hersoq təyin edərək eyni anda qraflığı hersoqluğa yüksəltdi. Ancaq o əsnada qrafinya sağ idi və bu səbəblə formal olaraq ona da, Norfolk hersoqinası ünvanı verildi. Bununla yanaşı, hər ikisi bir neçə ay fərqlə 1399-cu ildə öldü və hersoqluq yenidən qraflığa çevrildi. Tomas Movbreyin dul xanımı Yelizaveta Fitzalan isə 1425-ci ildəki ölümünədək Norfolk qrafinyası olaraq yaşadı. 1425-1476-cı illərdə hersoqluq Movbrey ailəsinin əlində qaldı. Ancaq sonuncu hersoq III Con Movbreyin geridə oğul varis qoymadan vəfat etməsinin ardından, 3 yaşındakı qızı Anna Norfolk qrafinyası oldu və hersoqluq yenidən ləğv edildi.
Norfolk hersoq(ina)ları
redaktəBirinci təsisi (1397)
redaktəS/s | Hersoq(ina)ların adı | Vəzifə müddəti | Qeyd |
---|---|---|---|
- | Marqarita Broterton
1322-1399 (77 yaş) |
1397 – 24 mart 1399 |
|
1 | Tomas Movbrey
1366-1399 (33 yaş) |
1397 – 22 sentyabr 1399 |
|
- | Yelizaveta Fitzalan
1366-1425 (59 yaş) |
22 sentyabr 1399 – 8 iyul 1425 |
|
2 | I Con Movbrey
1392-1432 (40 yaş) |
8 iyul 1425 – 19 oktyabr 1432 |
|
3 | II Con Movbrey
1415-1461 (46 yaş) |
19 oktyabr 1432 – 6 noyabr 1461 |
|
4 | III Con Movbrey
1444-1476 (32 yaş) |
6 noyabr 1461 – 14 yanvar 1476 |
|
İkinci təsisi (1477)
redaktəS/s | Hersoq(ina)ların adı | Vəzifə müddəti | Qeyd |
---|---|---|---|
5 | Şrusberili Riçard
1473-1483 (10 yaş) |
7 fevral 1477 – 1483 |
|
Üçüncü təsisi (1483)
redaktəS/s | Hersoq(ina)ların adı | Vəzifə müddəti | Qeyd |
---|---|---|---|
1 | Con Hovard
1425-1485 (60 yaş) |
28 iyun 1483 – 22 avqust 1485 |
|
2 | I Tomas Hovard
1443-1524 (81 yaş) |
1 fevral 1514 – 21 may 1524 |
|
3 | II Tomas Hovard
1473-1554 (81 yaş) |
21 may 1524 – 27 yanvar 1547 |
|
4 | III Tomas Hovard
1536-1572 (36 yaş) |
25 avqust 1554 – 2 iyun 1572 |
|
5 | IV Tomas Hovard
1627-1677 (50 yaş) |
29 dekabr 1660 – 13 dekabr 1677 | |
6 | I Henri Hovard
1628-1684 (56 yaş) |
||
7 | II Henri Hovard
1655-1701 (46 yaş) |
||
8 | V Tomas Hovard
1627-1677 (50 yaş) |
||
9 | Edvard Hovard
1627-1677 (50 yaş) |
||
10 | Karl Hovard
1627-1677 (50 yaş) |
||
11 | |||
12 | |||
Mənbə
redaktə- Morris, Susan; Bosberry-Scott, Wendy; Belfield, Gervase, eds. (2019). "Norfolk, Duke of". Debrett's Peerage and Baronetage. Vol. 1 (150th ed.). London: Debrett's Ltd. pp. 3818–3832. ISBN 978-1-999767-0-5-1
- Mosley, Charles (ed.) Burke's Peerage, Baronetage & Knightage, 107th edition, volume 2. Wilmington, Delaware, U.S.A.: Burke's Peerage (Genealogical Books) Ltd, 2003
- C. Given-Wilson, 'Mowbray, Thomas (I), first duke of Norfolk (1366–1399)’, Oxford Dictionary of National Biography, Oxford University Press, 2004
- Robinson, John Martin. The Dukes of Norfolk: A Quincentennial History. Oxford University Press, 1982