Nizami Xudiyev - Wikipedia
Nizami Xudiyev (1 aprel 1949, Şahbuz rayonu – 25 may 2021) — Azərbaycan Respublikasının Milli Məclisinin I, II və III çağırış deputatı, filologiya elmləri doktoru, professor.
Nizami Xudiyev | |
---|---|
24 noyabr 1995 – 30 noyabr 2010 | |
28 mart 2005 – 28 iyun 2006 | |
Əvvəlki | Babək Hüseynoğlu |
Sonrakı | Arif Alışanov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1 aprel 1949 |
Doğum yeri | |
Vəfat tarixi | 25 may 2021 (72 yaşında) |
Vəfat səbəbi | böyrək çatışmazlığı[d] |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | alim |
|
|
Təltifləri |
Həyatı
redaktəNizami Manaf oğlu Xudiyev 1949-cu il aprelin 1-də Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda anadan olmuşdur. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsini bitirmişdir. Filologiya elmləri doktoru, professordur. Əməkdar elm xadimi, "Qızıl qələm" mükafatı laureatıdır. 60-dan çox kitabın, 300-dən çox məqalənin müəllifidir. Rus və alman dillərini bilir.
Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər İttifaqının üzvüdür. Lütfizadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının və Nyu-York Elmlər Akademiyasının həqiqi üzvüdür.
1970-ci ildən Azərbaycan Dövlət Pedaqoji İnstitutunda müəllim, baş müəllim, dosent, professor, həmkarlar ittifaqı komitəsinin sədri, birinci prorektor işləmişdir. 1994–1996-cı illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru olmuşdur. 1996-cı ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin sədri, 2005–2006-cı illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifələrində çalışmışdır.
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının və İdarə Heyətinin üzvüdür.
Birinci və ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
2005-ci il noyabrın 6-da 56 saylı Xaçmaz kənd seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Elm və təhsil məsələləri daimi komissiyasının üzvüdür. Azərbaycan-Amerika Birləşmiş Ştatları, Azərbaycan-Belarus, Azərbaycan-Böyük Britaniya, Azərbaycan-Hindistan, Azərbaycan-Pakistan, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olub.
Evlidir, 3 övladı var. Prezident İlham Əliyev Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Nizami Xudiyevə Prezidentin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalamışdır.[1].
Nizami Xudiyev 23 may 2021-ci ildə böyrək çatışmazlığından vəfat etmişdir.[2][3]
İstinadlar
redaktə- ↑ "İlham Əliyevdən AzTV-nin keçmiş sədri ilə bağlı — SƏRƏNCAM". 2023-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-04.
- ↑ "Nizami Xudiyev vəfat etdi". 2021-05-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-25.
- ↑ İctimai TV. "Nizami Xudiyev dünyasını dəyişdi" (az.). Youtube.com. 25.05.2021. 2021-05-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-26.