Niyaz Niftiyev - Wikipedia
Niyaz_Niftiyev - Haqqında Məlumat
Niftiyev Niyaz Məmmədəli oğlu (25 iyul 1975, Təzəkənd, Cəlilabad rayonu) — tarixçi, jurnalist. Binəqədi qəsəbə bələdiyyəsinin sabiq sədri.
Niyaz Niftiyev | |
---|---|
17 yanvar 2020[1] – 7 aprel 2020 | |
Əvvəlki | Aytac Əliyeva |
Sonrakı | Rəşad İsayev |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 25 iyul 1975 (49 yaş) |
Doğum yeri | |
Partiya | |
Fəaliyyəti | alim |
Elmi fəaliyyəti | |
Elm sahəsi | tarix |
|
|
Təltifləri |
Fəaliyyəti
redaktə- 1982–1992-ci illərdə orta məktəbi, 1992–1997-ci illərdə Məhəmməd Əmin Rəsulzadə adına Bakı Dövlət Universitetinin Tarix fakültəsini (əyani) bitirib.
- 1997-ci ildən mediada Azərbaycanda milli-dini-mədəni müxtəlifliklə bağlı bir çox elmi və publisistik məqalələrlə çıxış edib.
- 1998-ci ildən 2019-cu ilin dekabr ayınadək "Azadinform" İnformasiya Agentliyində çalışıb.
- 2000–2003-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun Aspirantura şöbəsində təhsil alıb, eyni zamanda Etnososioloji tədqiqatlar şöbəsində "Kiçik elmi işçi" vəzifəsində çalışıb.
- 2003-cü il 11 dekabr BMT-nin Azərbaycan nümayəndəliyi və Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə birgə təşkil olunan "İnsan hüquqlarının müdafiəsi" mövzusunda Respublika Yazı Müsabiqəsinin iştirakçısı kimi "Milli azlıqların hüquqları" nominasiyası üzrə I mükafatla təltif olunub.
- 2004-cü ildə 26 fevral dünyada bu sahədə ixtisaslaşmış Böyük Britaniyanın Mediada Müxtəliflik İnstitutu tərəfindən Xüsusi Sertifikatla təltif olunub.
- 2006-cı ildə "Kamillik" Vətəndaşların Hüquqi Maarifləndirilməsi İctimai Birliyini təsis edib.[2]
- 2005–2010-cu illərdə Bakı İslam Universitetində təhsil alıb. Dinlə bağlı bir neçə kitab — dərsliyin redaktoru olub.
- 2010-cu ildə 21 iyul Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Azərbaycan milli mətbuatının inkişafındakı xidmətlərinə görə" "Tərəqqi" medalı ilə təltif olunub.
- 2015-ci ildə "Azərbaycanda multikulturalizm və birgəyaşayış" adlı geniş oxucu auditoriyası üçün nəzərdə tutulan ilk kitabı (407 səhifə) nəşr olunub.
- 2015-ci ildə 16 sentybr Mədəniyyət və Turizm Nazirliyinin alim və tədqiqatçılar arasında — "Mədəniyyətlərarası dialoq: siyasi dəyər və sülhün təminatçısı" mövzusunda keçirdiyi müsabiqənin qalibi olub.
- 2016-cı ildə 27 iyul Azərbaycan mediasında multikulturalizm ənənələrinin təbliğindəki fəaliyyətinə görə "Mirzə Cəlil" Ali Media Mükafatı ilə təltif olunub.
- Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Məşvərət Şurası və Bakı Slavyan Universiteti Multikulturalizm kafedrası nəzdində Nəzəri-Praktiki Şuranın üzvüdür.
- 2017-ci ildə (iyul) "Mətbuatda multikulturalizm" kitabı (Bakı, 2017, 248 səh) çap olunub.
Mükafatları
redaktə- "Azərbaycan milli mətbuatının inkişafındakı xidmətlərinə görə" "Tərəqqi" medalı ilə təltif olunub.
- "İnsan hüquqlarının müdafiəsi" mövzusunda Respublika Yazı Müsabiqəsinin iştirakçısı kimi "Milli azlıqların hüquqları" nominasiyası üzrə I mükafatla təltif olunub.
- Azərbaycan mediasında multikulturalizm ənənələrinin təbliğindəki fəaliyyətinə görə "Mirzə Cəlil" Ali Media Mükafatı ilə təltif olunub.
İstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2021-05-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-24.
- ↑ "Kamillik" Vətəndaşların Hüquqi Maarifləndirilməsi İctimai Birliyinin