Nitra Diyari - Wikipedia
Nitra diyarı (slovak. Nitriansky kraj) — Slovakiyada birinci dərəcəli inzibati–ərazi vahidlərindən biri. Diyarın inzibati mərkəzi Nitra şəhəridir. Sahəsi 6343 km², əhalisi isə 713 422 nəfər (2001) təşkil edir.
Nitra diyarı | |
---|---|
Nitriansky kraj | |
48°18′25″ şm. e. 18°05′11″ ş. u.HGYO |
|
Ölkə | |
İnzibati mərkəz | Nitrа |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 24 iyul 1996 |
Sahəsi |
|
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
ISO kodu | SK-NI |
Telefon kodu | 421 |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Nitra diyarı Slovakiyanın cənub-qərbində yerləşir. Diyar cənubda Macarıstan ilə həmsərhəddir.
İnzibati bölünmə
redaktəNitra diyarı "okres" adlanan 7 rayona bölünür:
Coğrafiya
redaktəDiyar Slovakiyanın cənub-qərbində, Ortadunay düzənliyinin şərqində yerləşir. Fiziki-coğrafi olaraq, diyarı iki regiona bölünür: Dunay düzənliyi və Jitnı adası cənubda, Dunay yüksəkliyi isə şərqdə və mərkəzdə yerləşir. Diyarın ərazisində həmçinin Povajski İnovets (şimal-qərbdə), Tribeç (Nitra şəhərindən şimalda), Pohronski İnovets (şimal-şərqdə) və Ştyavnitske Vrhi dağ massivləri yerləşir. Diyar ərazisindən axan əsas çaylar - Dunay, Qron, Vaq, Nitra və İpeldir.
Əhalinin etnik mənsubiyyəti
Əhalinin konfessional mənsubiyyəti
- katoliklər 77,2 %
- reformatorlar 4,7 %
- lüteranlar 3,4 %
- ateistlər 11 %
İstinadlar
redaktə- ↑ 1 2 ArchINFORM (alm.). 1994.
- ↑ Počet obyvateľov podľa pohlavia vo všetkých krajoch SR k 1. 1. 2021 (словацк.). Bratislava: ŠÚ SR.
Xarici keçidlər
redaktə- Nitriansky samosprávny kraj Diyarın rəsmi saytı