Nil Doyusu E E 47 - Wikipedia
Nil döyüşü — e.ə. 47-ci ildə Yuli Sezar və VII Kleopatranın birləşmiş Roma–Misir qoşunları rəqib padşah IV Arsinoya və XIII Ptolemey arasında baş tutmuş döyüş. Döyüşün nəticəsində Arsinoya və Ptolemeyin qoşunları məğlub olmuşdur və Misir taxtı təmin edilmişdir.
Nil döyüşü | |
---|---|
Tarix | e.ə. 47 |
Yeri | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Döyüş
redaktəMisirlilər Nil çayı boyunca güclü bir mövqedə düşərgə qurmuşdular və onları donanma müşayiət edirdi. Sezar çox keçməmiş, Ptolemey Mitridatın ordusuna hücum edə bilməmişdən əvvəl döyüş meydanına çatmışdır. Sezar və Mitridat Ptolemeyin mövqeyindən 7 mil aralıda qarşılaşmışdılar. Onlar Misir düşərgəsinə çatmaq üçün kiçik bir çayı keçməli olmuşdular. Ptolemey onların çayı keçməsinə mane olmaq üçün süvari və yüngül piyadalardan ibarət bir dəstə göndərmişdi, lakin Sezar əsas ordudan qabaq çayı keçmək üçün qall və german süvarilərini irəli göndərmişdi. Onlar aşkar edilmədən çayı keçə bilmişdilər. Sezar gələndə adamlarına çayın üzərindən müvəqqəti körpülər tikdirmiş və misirlilərə hücum etmişdir. Bu zaman qall və german süvarilərini meydana çıxmış, Misir ordusunun cinahına və arxasına hücum etmişdilər. Misirlilər məğlub olmuş və Ptolemeyin düşərgəsinə qaçmışdılar. Ptolemeyin özü meydandan qaçmağa çalışan zaman onun gəmisi devrilmiş və nəticədə Ptolemey həlak olmuşdur.[1]
Nəticəsi
redaktəMisir artıq İsgəndəriyyənin mühasirəsini qaldıran Sezarın əlində idi və Kleopatranı başqa bir qardaşı, on iki yaşlı XIV Ptolemey ilə birgə hökmdar kimi taxta çıxarmışdır. Sezar daha sonra qeyri-adi şəkildə aprel ayına qədər Misirdə qalmış, gənc kraliça ilə təxminən iki ay əlaqə saxlamış və sonra vətəndaş müharibəsini davam etdirmək üçün yola düşmüşdür. Bu zaman Kleopatra Sezariondan hamilə qalmışdır.[2] Keçmiş kraliça IV Arsinoya məhbus kimi Romadan keçərək Efesdəki Artemida məbədinə sürgün edilmişdir. O, Sezarın ölümündən sonra Kleopatra və Mark Antoninin əmri ilə edam edilmişdir.[3]
İstinadlar
redaktə- ↑ "Battle of the Nile, February 47 BC". www.historyofwar.org. 2022-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-19.
- ↑ "Caesarion | Biography & Facts | Britannica". www.britannica.com (ingilis). 2022-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-19.
- ↑ Dio Cassius xlii. 39; Appian, Bell. civ. v. 9.
Əlavə ədəbiyyat
redaktə- Brice, Lee L. (2014). Warfare in the Roman Republic: From the Etruscan Wars to the Battle of Actium. Santa Barbara: ABC-CLIO. ISBN 9781610692991ISBN 9781610692991.
- Cary, M. & H. H. Scullard (1980) [1976]. A History of Rome. London: MacMillan. ISBN 0-312-38395-9ISBN 0-312-38395-9.
- Fischer-Bovet, Christelle (2014). Army and Society in Ptolemaic Egypt. Cambridge University Press. ISBN 9781107007758ISBN 9781107007758.
- Grainger, John D. (2013). Egypt and Judaea. Pen and Sword. ISBN 9781848848238ISBN 9781848848238.
- Smith, William (1867). "Achillas". Dictionary of Greek and Roman Biography and Mythology. Tomo I. Boston: Brown.
- Sorokin, Pitirim Aleksandrovich (1962). Social and Cultural Dynamics: FLuctuation of social relationships, war, and revolution. New York: Bedminster Press.
- Tucker, Spencer C. (2009). A Global Chronology of Conflict: From the Ancient World to the Modern Middle East. Santa Barbara: ABC-CLIO. ISBN 9781851096725ISBN 9781851096725.
- Yalichev, Serge (1997). Mercenaries of the ancient world. Hippocrene Books. ISBN 9780781806749ISBN 9780781806749.