Nikolay Xatunsev - Wikipedia
Xatunsev Nikolay Borisoviç (rus. Николай Борисович Хатунцев) — şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1983), Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1988).
Nikolay Xatunsev | |
---|---|
rus. Николай Борисович Хатунцев | |
Doğum tarixi | |
Doğum yeri |
Bakı Azərbaycan SSR |
Milliyyəti | rus |
Təhsili | |
Fəaliyyəti | şair, tərcüməçi |
Əsərlərinin dili | rusca |
Həyatı
redaktəNikolay Xatunsev 1932-ci il iyunun 9-da Bakı şəhərində qulluqçu ailəsində doğulmuşdur. Burada 6 saylı şəhər məktəbini qızıl medalla bitirmişdir (1940-1950). ADU-nun hüquq fakültəsini fərqlənmə diplomu ilə başa vurmuşdur (1955).
Əmək fəaliyyətinə Azərbaycan Respublikası prokurorluğunda müstəntiq kimi başlamışdır. Sonra Azərbaycanın bir sıra rayonlarında müstəntiq, prokuror müavini işləmişdir (1955-1960). Azərbaycan SSR Səhiyyə Nazirliyinin Tibb Parazitologiya Elmi-Tədqiqat İnstitutu Xəbərlər şöbəsində elmi işçi, eyni zamanda "Molodyoj Azerbaydjana" qəzeti redaksiyasında ştatdankənar müxbir olmuşdur (1960-1965). Azərbaycan Elmlər Akademiyasının "Elm" nəşriyyatında redaktor, baş redaktor (1965-1983), redaksiya müdiri (1983-?) işləmişdir.
Bədii yaradıcılığa 60-cı illərdən başlamışdır. Poetik tərcümə ilə də ciddi məşğul olur. Nizaminin qəzəllərini rus dilinə tərcümə etmişdir.
Əsərləri
redaktə- Восхождение (сборник стихов). Баку: Азернешр, 1978, 100 стр.
- Связь времён (сборник стихов). Баку: Язычы, 1981, 100 стр.
- Свет (сборник стихов). Баку: Язычы, 1984, 110 стр.
- Донести огонь (сборник стихов). Баку: Язычы, 1987, 88 стр.
- Единение. Баку: Элм, 1992, 120 стр.
- Голоса (стихи). Баку: Элм, 1998.
- Товарищ, верь! (поэма). Баку: Элм, 1999.
- Любимый портрет (стихи). Баку: Элм, 2000.
Tərcümələri
redaktə- Низами Генджеви. Лирика. Баку: Язычы, 1982, 194 стр. (сопереводчик).
- Низами Генджеви. Собрание сочинений (в пяти томах). Т.1. Художественная литература, 1985, 382 стр. (сопереводчик).