Nikolay Jukov - Wikipedia
Nikolay_Jukov - Haqqında Məlumat
Nikolay Nikolayeviç Jukov (rus. Николай Николаевич Жуков ; 2 dekabr 1908 – 24 sentyabr 1973) — sovet boyakarı. SSRİ xalq rəssamı (1963). Sov.İKP üzvü (1945).
Nikolay Jukov | |
---|---|
rus. Николай Николаевич Жуков | |
Doğum adı | Nikolay Nikolayeviç Jukov |
Doğum tarixi | |
Doğum yeri | Moskva, Rusiya imperiyası |
Vəfat tarixi | (64 yaşında) |
Vəfat yeri | Moskva, SSRİ |
Dəfn yeri | |
Vətəndaşlığı | SSRİ |
Fəaliyyəti | rəssam, qrafika ustası[d], illüstrasiyaçı[d] |
Təhsili |
|
Janrlar | illüstrasiya, plakat |
Stil | sosialist realizmi |
Üzvlüyü | |
Mükafatları |
|
zhukov.eletsmuseum.ru | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyat və yaradıcılığı
redaktəNikolay Jukov 2 dekabr 1908-ci ildə Moskvada anadan olub. 1930-cu ildə Aleksey Boqolyubov adına Saratov Rəssamlıq məktəbini bitirmişdir. 1943–1973-cü illərdə M. B. Qrekov adına Hərbi Rəssamlar Studiyasının bədii rəhbəri olmuşdur. 1941–1945-ci illərdə cəbhə mətbuatında və "Pravda" qəzetində işləmişdir. Nikolay Jukov 1973-cü ildə Moskvada vəfat edib.
Mükafatlar və adlar
redaktə- SSRİ xalq rəssamı (1963)
- RSFSR xalq rəssamı (1955)
- Lenin mükafatı (1961)
- Stalin mükafatı (1943, 1951)
- Lenin ordeni (1967)
- "Qırmızı əmək bayrağı" ordeni (1962)
- "Qırmızı Ulduz" ordeni
- "Moskvanın 800 illik xatirəsinə" medalı
Mənbə
redaktə- Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. IV ҹилд: Елдәҝәз—Итабира. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1980. С. 273.