Nikokreon - Wikipedia
Nikokreon (q.yun. Nικoκρέων; vəfat tarixi e.ə. 311/310) — Makedoniyalı İsgəndərin Əhəmənilər dövlətinə qarşı yürüşü dövründə (e.ə. 336—323) Kipr şəhəri Salamində hakimiyyətdə olan hökmdar.
Nikokreon | |
---|---|
q.yun. Nικoκρέων | |
Salamin hökümdarı | |
e.ə. 332/331 – e.ə. 311/310 | |
Əvvəlki | Pnitaqor |
Sonrakı | Menelaus Lagid |
Şəxsi məlumatlar | |
Doğum tarixi | e. ə. IV əsr |
Vəfat tarixi | e.ə. 311 və ya e.ə. 310 |
Fəaliyyəti | rəhbər |
Atası | Pnitaqor |
Vikianbarda əlaqəli mediafayllar |
Hakimiyyətə atası Pnitaqordan sonra e.ə. 332/331-ci ildə gəldi.
Adanın digər şəhərlərinin hökmdarlarıyla birlikdə makedoniya çarının hakimiyyətini müqavimətsiz tanıdı və e.ə. 331-ci ildə İsgəndərin Misirdən bərpa edilmiş Finikiya şəhəri Tirə qayıdışı zamanı teatr tamaşalarının təşkilində fəal iştirak edirdi[1].
Böyük İsgəndərin vəfatından sonra diadoxların mübarizəsində iştirak edirdi. Misir satrapı I Ptolemeyin sərkərdələri I Selevk və Menelausla birlikdə e.ə. 315-ci ildə o, adada I Antiqonun tərəfdarlarıyla fəal mübarizə aparırdı. Buna görə o, Kiprdə ali hakimiyyəti əlinə aldı və Kition, Kiriniya, Lapitos və Marion şəhərlərini öz ərazilərinə birləşdirdi[2][3].
Nə Demetri Poliorketin Salaminə hücümu, nə də e.ə. 306-cı ildə baş verən Salamin döyüşünə aid səlnamələrində Nikokreonun adı çəkilmir, buna görə də ehtimal olunur ki, o ana qədər Nikokreon artıq vəfat etmişdir.
Nikokreon filosof Anaksarxı amansızcasına edam etməyi əmr etmişdir. Həmçinin, bu hadisə haqda hekayələrə Siseronref>Цицерон, Тускуланские беседы, II 22, 52; О природе богов, III 33, 82.</ref> və Valeri Maksimin[4] əsərlərində də rast gəlmək olar.
İstinadlar
redaktə- ↑ Plutarx, Aleksandr. 29
- ↑ Диодор Сицилийский Историческая библиотека Книга XIX. Отрывки 59, 62 Arxivləşdirilib 2013-10-29 at the Wayback Machine
- ↑ Диодор Сицилийский Историческая библиотека Книга XIX. Отрывок 79 Arxivləşdirilib 2013-10-16 at the Wayback Machine
- ↑ Валерий Максим, III 3 ext.