Nihat Memmedli - Wikipedia
Nihat Məmmədli (25 iyul 2002, Babı, Füzuli rayonu) — Azərbaycanı təmsil edən yunan-roma güləşçisi[1]; 2024-cü il Avropa və Dünya Çempionatlarının qalibi.
Nihat Məmmədli | |||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| |||||||||||||||||
Şəxsi məlumatlar | |||||||||||||||||
Tam adı | Nihat Zahid oğlu Məmmədli | ||||||||||||||||
Vətəndaşlığı | Azərbaycan | ||||||||||||||||
Doğum tarixi | 25 iyul 2002 (22 yaş) | ||||||||||||||||
Doğum yeri | |||||||||||||||||
Boyu | 166 sm. (5 ft 1 in) | ||||||||||||||||
İdman növü | Güləş | ||||||||||||||||
Karyera illəri | 2017— | ||||||||||||||||
Məşqçisi | Vaqif Feyzullayev | ||||||||||||||||
Komandası | ROİL | ||||||||||||||||
Medallar
|
|||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Karyerası
redaktəNihat Məmmədli 2017-ci ildə Yunanıstanın Afina şəhərində baş tutan yeniyetmələr arasında Dünya Çempionatının gümüş medalına sahib oldu.[2] 2019-cu ildə Nihat Məmmədli iyunda Faentsa şəhərində (İtaliya) yeniyetmələr arasında Avropa Çempionatının[3], iyulda isə Sofiya şəhərində (Bolqarıstan) yeniyetmələr arasında Dünya Çempionatının[4] qalibi oldu. Nihat Məmmədli həm də iyunda baş tutan Avropa Gənclər Olimpiya Festivalının da bürünc medalına sahib oldu.[5]
2021-ci ildə Nihat Məmmədli Dortmund şəhərində (Almaniya) gənclər arasında Avropa Çempionatının[6] və Ufa şəhərində (Rusiya) gənclər arasında Dünya Çempionatının[7] bürünc medallarına sahib oldu. 2022-ci ildə isə Nihat Məmmədli Plovdiv şəhərində (Polşa) U23 Avropa Çempionatının[8] qızıl, Roma şəhərində (İtaliya) U20 Avropa Çempionatının[9] və Sofiya şəhərində (Bolqarıstan) U20 Dünya Çempionatının[10] bürünc, Pontevedra şəhərində (İspaniya) U23 Dünya Çempionatının[11] gümüş medallarına sahib oldu. Nihat Məmmədli həm də iyunda İtaliyanın Roma şəhərində baş tutan Matteo Pellicone beynəlxalq turnirinin də bürünc medalına sahib oldu.[12]
2023-cü ildə Nihat Məmmədli Xorvatiyanın Zaqreb şəhərində baş tutan Zagreb Open beynəlxalq turnirinin gümüş medalına sahib oldu.[13] Apreldə isə Nihat Məmmədli Avropa Çempionatlarında debüt elədi. Xorvatiyanın Zaqreb şəhərində baş tutan turnirin 1/8 final mərhələsində Bolqarıstan nümayəndəsi Edmond Nazaryana 4:8 hesabı ilə məğlub olan Nihat Məmmədli, təsəlliverici görüşdə Macarıstan nümayəndəsi Eri Torbaya 8:0, bürünc medal uğrunda görüşdə isə Ermənistan nümayəndəsi Gevorg Garibyana 10:5 hesabları ilə qalib gəldi və Avropa Çempionatını bürünc medalla başa vurdu.[14] İyulda Budapeşt şəhərində Polya İmre beynəlxalq turnirinin bürünc medalına sahib olan Nihat Məmmədli sentyabrda Belqrad şəhərində debüt Dünya Çempionatını 11-ci pillədə başa vurdu.[1]
Karyerasının ən uğurlu mövsümü 2024-cü ilə təsadüf edən Nihat Məmmədli əvvəlcə fevralda Buxarest şəhərində (Rumıniya) Avropa Çempionatının qalibi oldu. Zagreb Open və Avropa Olimpiya Təsnifat Turnirlərindən uğursuz çıxış etsə də, ilin əsas turnirində — Tirana şəhərində (Albaniya) baş tutan Dünya Çempionatında bütün rəqibləri üzərində qələbə qazanaraq dünya çempionu oldu.[15]
Nəticələri
redaktəYeniyetmələrin Dünya Çempionatı | Yunanıstan | |||
Yeniyetmələrin Avropa Çempionatı | İtaliya | |||
Avropa Gənclər Olimpiya Festivalı | Azərbaycan | |||
Yeniyetmələrin Dünya Çempionatı | Bolqarıstan | |||
Gənclərin Avropa Çempionatı | Almaniya | |||
Gənclərin Dünya Çempionatı | Rusiya | |||
U23 Avropa Çempionatı | Polşa | |||
Matteo Pellicone Turniri | İtaliya | |||
U20 Avropa Çempionatı | İtaliya | |||
U20 Dünya Çempionatı | Bolqarıstan | |||
U23 Dünya Çempionatı | İspaniya | |||
Zagreb Open | Xorvatiya | |||
Avropa Çempionatı | Xorvatiya | |||
Polya İmre Turniri | Macarıstan | |||
Dünya Çempionatı | Serbiya | |||
Zagreb Open | Xorvatiya | |||
Avropa Çempionatı | Rumıniya | |||
Avropa Olimpiya Təsnifat Turniri | Azərbaycan | |||
Dünya Çempionatı | Albaniya |
İstinadlar
redaktə- ↑ 1 2 International Wrestling Database. "NIHAT MAMMADLI". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ International Wrestling Database. "2017 // World Championship // Cadets // Greco-Roman // 46 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ International Wrestling Database. "2019 // European Championship // Cadets // Greco-Roman // 55 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ International Wrestling Database. "2019 // World Championship // Cadets // Greco-Roman // 55 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ International Wrestling Database. "2019 // European Youth Olympic Festival // Cadets // Greco-Roman // 55 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ International Wrestling Database. "2021 // European Championship // Juniors // Greco-Roman // 60 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ International Wrestling Database. "2021 // World Championship // Juniors // Greco-Roman // 60 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ International Wrestling Database. "2022 // European Championship // U23 // Greco-Roman // 60 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ International Wrestling Database. "2022 // European Championship // U20 // Greco-Roman // 60 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ International Wrestling Database. "2022 // World Championship // U20 // Greco-Roman // 60 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ International Wrestling Database. "2022 // World Championship // U23 // Greco-Roman // 60 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ International Wrestling Database. "2022 // Matteo Pellicone Tourrnament // Seniors // Greco-Roman // 60 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ International Wrestling Database. "2023 // Zagreb Open // Seniors // Greco-Roman // 60 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ International Wrestling Database. "2023 // European Championship // Seniors // Greco-Roman // 60 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ Azerisport.com idman portalı. "Тройной удар азербайджанской борьбы". www.azerisport.com ( (rus.)). 25.08.2024. İstifadə tarixi: 25.08.2024.