Nigdeli Mustafa Pasa - Wikipedia
Niğdəli Mustafa Paşa (v. 12 mart 1632, İstanbul, Osmanlı imperiyası) — II Osman və IV Murad səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, kaptan-ı dəryası.
Niğdəli Mustafa Paşa | |
---|---|
dekabr 1621 – iyun 1622 | |
Əvvəlki | Maraşlı Xəlil Paşa |
Sonrakı | Maraşlı Xəlil Paşa |
Şəxsi məlumatlar | |
Vəfat tarixi | 12 mart 1632 |
Vəfat yeri | |
Vəfat səbəbi | Linç mühakiməsi |
Həyatının ilk illəri haqqında yetərli məlumat yoxdur. İndiki Niğdə bölgəsindən devşirilərək yeniçəri ocağına alınmış, burada yetişmişdir. Müxtəlif vəzifələrdə xidmət etdikdən sonra 1620-ci ildə yeniçəri ağalığına yüksəldi. Bu vəzifədə ikən II Osmanın Lehistan səfərinə qatıldı. Ancaq Sultan Osmanın səfər boyunca yeniçərilərdən narazılığı səbəbilə, səfərin ardından 1621-ci ilin dekabrında kaptan-ı dərya təyin edilərək yeniçəri ocağından uzaqlaşdırıldı.[1]
Bu vəzifədə cəmi 6 ay qalan Mustafa Paşa Sultan Osmanın taxtdan endirilərək öldürülməsi və əmisi Sultan Mustafanın yenidən taxta çıxarılmasının ardından vəzifədən alındı. 1629-cu ildə dəftərdar, 1631-ci ildə isə vəzirlik rütbəsilə baş dəftərdar təyin olundu. Qısa zamanda Sultan Muradla yaxın əlaqələr saxladı və onun ən yaxın adamlarından birinə çevrildi. Bu səbəblə bir çox saray əyanı, eləcə də Sultan Muradın səltənətindən narazı qalan qruplaşmalar tərəfindən hədəf seçilənlərdən biri oldu.
Nəhayət, sədrəzəm Hüsrəv Paşanın edamını bəhanə edərək ayaqlanan yeniçəri və sipahilər gənc sultanı ayaq divanına çağırdı və burada yeniçəri ağası Həsən xəlifənin, müsahib Musa Çələbinin və baş dəftərdar Mustafa Paşanın öldürülməsini tələb etdi. Üsyançıları yatışdırmaq üçün Rəcəb Paşa və Ahizadə Hüseyn Əfəndi sultana təminat verdi. Ancaq ixtişaşlar davam etdi. Sonda Həsən xəlifə, baş dəftərdar Mustafa Paşa, sağ qalması üçün kaptan-ı dərya Canpoladoğlu Mustafa Paşanın təminat verdiyi və sultanın Rəcəb Paşaya əmanət etdiyi Musa Çələbi ələ keçirilərək öldürüldü və cəsədləri Sultanəhməd meydanındakı çinar ağaclarına asıldı (12 mart 1632).[2]