Netizen - Wikipedia
Netizen - [ing. net – şəbəkə və ing. citizen– vətəndaş] "şəbəkə vətəndaşı" və ya "net vətəndaşı" söz birləşmələrindən formalaşmış termindir. Onlayn məkanlarda və ya ümumiyyətlə İnternetdə fəal şəkildə iştirak edən bir insanı təsvir edir.
Bu termin, ümumiyyətlə, İnternetin yaxşılaşdırılmasına, onu intellektual və sosial bir mənbəyə çevirməyə maraq və ya ətrafdakı siyasi strukturlara, xüsusən də açıq giriş, xalis bitərəflik və söz azadlığı ilə əlaqəli məna daşıyır. Bu termin 1990-cı illərin ortalarında İnternetin yeni coğrafiyasında yaşayanları təsvir etmək üçün geniş şəkildə istifadə edilirdi. Bu termin internetin yaradıcıarından biri olan Maykl Hauber tərəfindən populyarlaşdırılmış dır.
Müəyyənedici amil
redaktəÜmumiyyətlə, İnternetə çıxışı olan hər bir şəxs Netizen hesab edilə bilər. 21-ci əsrdə bu, İnternetin qlobal bağlantısı sayəsində mümkün olur. İnsanlar fiziki olaraq bir ölkədə yerləşə bilər, ancaq dünyanın əksəriyyətini qlobal bir şəbəkə ilə birləşdirə bilər.
Netizenlərlə internetdən istifadə etmək üçün onlayn olan insanlar arasında açıq bir fərq var. Netizenlər İnternetin inkişafına fəal şəkildə töhfə verməyə çalışan bir şəxs kimi təsvir olunur. Netizenlər şəxsi qazancları və ya maraqları üçün internetə girənlər deyil, əksinə interneti dünyamızın bir hissəsi halına gətirməyə və daha yaxşı bir yerə çevirməyə çalışan insanlardır.
İnternetin inkişafına aktiv şəkildə töhfə verməyən İnternet istifadəçilərini təsnif etmək üçün isə "Lurker" terminindən istifadə edilir. Lurkerlər Netizen hesab bilməz.Belə ki, Lurkerlər İnternet kontentlərin inkişafı aktiv şəkildə zərər verməmələrinə baxmayaraq, onlar da kömək etmirlər.