Nessun Dorma - Wikipedia
Nessun dorma — Cakomo Puççininin "Turandot" operasının sonuncu aktında ifa edilən ariya. Həmçinin, operada ən məşhur tenor ariyalarından biridir. Bu ariya şahzadə Turandota aşiq olan naməlum şahzadə (it. il principe ignoto) Kalaf tərəfindən ifa edilir. "Nessun dorma" italyan dilindən tərcümədə "Heç kim yatmasın" mənasını verir.
Ariyanın təsviri
redaktə"Turandot" operasının mövzusuna əsasən qədimdə Çin imperatorunun Turandot adlı çox gözəl bir qızı varmış. Lakin bu qız kişilərə nifrət edir və ərə getməmək üçün onu almaq istəyən oğlanlara cavab tapılması çətin olan 3 sual verir. Bu suallara cavab verə bilən şəxs şahzadə ilə evlənmək haqqı qazanır, cavab verə bilməyənlər isə boynu vurularaq edam edilir.
Həmin 3 sual aşağıdakı kimidir:
- Gecə düşəndə ortaya çıxan, qanadlı qarabasmaya bənzəyən, günəşin doğması ilə yox olan şey nədir?
- - Ümid.
- Alova bənzəyən, ölüm yaxınlaşdıqca axan, qələbə həvəsini artıran, günəş batışı rəngində olan şey nədir?
- - Qan.
- Həm buz, həm alov olan, azadlıqdan köləliyə sürükləyən, məhbusdan kral yaradan kimdir?
- - Turandot.
Naməlum şahzadə Kalaf ilk baxışdan Turandota aşiq olur və onun hər üç sualına düzgün cavab verir. Buna baxmayaraq, Turandot Kalafla evlənmək istəmir və bu zaman Kalaf ona təklif edir ki, şahzadə Turandot sabah səhərə qədər onun əsl adını tapsın. Əgər düz taparsa, onda Kalaf öz boynunun vurulmasına razı olur, lakin əgər tapa bilməsə, onda Turandot Kalafa ərə getməyə razı olmalıdır. Turandot bu təklifi qəbul edir, amma fərman verir ki, onun bütün təbəələri gecəni yatmasınlar və şahzadənin adını tapmağa çalışsınlar. Əgər tapa bilməsələr, onda hamı edam olunacaq.
Sonuncu aktın əvvəlində Kalaf sarayın Ay işığı ilə işıqlanmış həyətində tək-tənha dayanıb. O, uzaqda carçıların şahzadənin fərmanını elan etmələrini eşidir. Kalafın ariyası məhz bu məqamda, carçıların sədaları altında Turandot haqqında düşüncələrdən başlayır.
Ariyanın librettosu
redaktə
(italyanca) Şahzadə Kalaf: Xor: Şahzadə Kalaf: |
(azərbaycanca, hərfi tərcümə) Heç kim yatmasın! Heç kim yatmasın! Adını heç kim tapmayacaq ... Ey gecə, yox ol! Ulduzlar, sönün! |