Neoklassik Iqtisadiyyat - Wikipedia
Neoklassik iqtisadiyyat malların, istehsalın və gəlirlərin paylanmasının tələb və təklif vasitəsilə bazarda necə təyin ediləcəyinə fokuslanan iqtisadi yanaşmadır. Son illərdə önəmli mövzu olaraq diqqətə alınan və rasional seçim nəzəriyyəsi ilə əlaqəli olan bu müəyyənləşmənin təyini üçün hipotezləşdirilmiş gəlir məhdudiyyəti olan fərdlərin fayda maksimizasiyası və istehsal vasitələrindən və mümkün informasiyadan istifadə edən və istehsal xərcləri ilə qarşılaşan firmaların qazancından istifadə edilir.[1]
Neoklassik iqtisadiyyat mikroiqtisadiyyata və keynsçi iqtisadiyyatla birlikdə formalaşan neoklassik sintez isə əsas iqtisadiyyata bu günlərdə dominantlıq edir.[2] Baxmayaraq ki, neoklassik iqtisadiyyat çağdaş iqtisadiyyatçılar tərəfindən geniş şəkildə qəbul edilib, ancaq hələ də neoklassik iqtisadiyyata və onun daha yeni bir forması olaraq görülən, ancaq hələ də ayrı sahələr olaraq qalan neoklassik nəzəriyyəyə yönələn tənqidlər mövcuddur.
İstinadlar
redaktə- ↑ Antonietta Campus (1987), "marginal economics", The New Palgrave: A Dictionary of Economics, v. 3, p. 323.
- ↑ Clark, B. (1998). Principles of political economy: A comparative approach. Westport, Connecticut: Praeger. Nadeau, R. L. (2003). The Wealth of Nature: How mainstream economics has failed the environment. New York City, NY: Columbia University Press.