Neodarvinizm - Wikipedia
Neodarvinizm - Haqqında Məlumat
Neodarvinizm anlayışından əsasən Çarlz Darvinin təbii seçmə yolu ilə təkamül nəzəriyyəsinin Qreqor Mendelin genetika nəzəriyyəsi ilə hər hansı inteqrasiyasını təsvir etmək üçün istifadə olunur. İfadə daha çox Darvin və Avqust Veysmanın təkamül nəzəriyyələrinin 1895-ci ildəki birləşmələri və ya 1942-ci ildəki “müasir sintez” nəzəriyyələrindən birinə istinad etsə də, indiki təkamül nəzəriyyəsi kimi hər hansı yeni Darvin və Mendel əsaslı nəzəriyyəni ifadə edə bilər.