Neftekamsk - Wikipedia
Neftekamsk — Rusca: Нефтека́мск; Başqırdca: Нефтекама, Neftekama)Rusiya Federasiyasında yerləşən şəhər Başqırdıstan Respublikasına daxildir Şəhər Kama çayının yaxınlığında yerləşir. Ərazisi 147,25 km² olan şəhərin əhalisi 2010-cu ildə 121,733 nəfər olmuşdur.[2] Neftekamsk respublikanın böyük bir sənaye və mədəniyyət mərkəzidir. Əhalisinin sayına və ərazisinə görə muxtar respublikanın Ufa, Serlitamak və Salavat şəhərlərindən sonra dördüncü böyük şəhəridir.
Şəhər | |||||
Neftekamsk | |||||
---|---|---|---|---|---|
Нефтекама | |||||
|
|||||
56°05′ şm. e. 54°15′ ş. u.HGYO | |||||
Ölkə | |||||
Tarixi və coğrafiyası | |||||
Əsası qoyulub | 1963 | ||||
İlk məlumat | 1955 | ||||
Sahəsi |
|
||||
Mərkəzin hündürlüyü | 100 m | ||||
Saat qurşağı | |||||
Əhalisi | |||||
Əhalisi |
|
||||
Rəsmi dili | |||||
Rəqəmsal identifikatorlar | |||||
Telefon kodu | +7 34783 | ||||
Poçt indeksi | 452680 | ||||
Digər | |||||
neftcity.ru adm.neftekamsk.ru |
|||||
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəNeftekamsk, 1957-ci ildə bölgədə neft yataqlarının tapılmasından sonra salınmışdır və 1963-cü ildə şəhər statusu almışdır.
Coğrafiyası və iqlimi
redaktəNeftekamsk respublikanın şimal-qərbində, paytaxt Ufa şəhərindən 200 kilometr məsafədə Kama çayı sahilində yerləşir. Şəhər Başqırdıstan respublikasının Krasnokamsk və Yanaul rayonları ilə həmsərhəddir.
Əhalisi
redaktəRusiya əhali siyahıyaalmalarına əsasən 2010-cu ildə şəhər əhalisinin 31,5 %- tatarlardan, 29,7 %-i ruslardan, 25,8 %-i başqırdlardan, 9,9 %- marilərdən, 3,1 %-i isə digər millətlərdən ibarət olmuşdur.[3].
İqtisadiyyatı
redaktəRusiyanın ən böyük avtobus istehsalçılarından olan NEFAZ şirkəti şəhərdə yerləşən ən böyük sənaye müəssisəsidir.
İstinadlar
redaktə- ↑ https://rosstat.gov.ru/storage/mediabank/tab-5_VPN-2020.xlsx (rus.).
- ↑ "Arxivlənmiş surət". 2013-03-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-09-02.
- ↑ Итоги Всероссийской переписи населения 2010 года по Республике Башкортостан[ölü keçid]