Neftcala Tarix Diyarsunasliq Muzeyi - Wikipedia
Neftçala_Tarix-Diyarşünaslıq_Muzeyi - Haqqında Məlumat
Neftçala Tarix-Diyarşünaslıq Muzeyi — 1980 ci ildən fəaliyyət göstərir. Muzey 3 şöbədən ibarətdir. Muzeyin ümumi sahəsi 800 m²-dir.
Neftçala Tarix-Diyarşünaslıq Мuzeyi | |
---|---|
Əsası qoyulub | 1980 |
Mövzu | Tarix |
Yerləşir | Neftçala şəhər, H.Əliyev pr 26 |
Kolleksiyası | 12487 eksponat əsas fond |
Direktor | Gülmirə Səfərova |
Telefon | (+994 21) 263-13-56, Facebook Neftçala Tarix-Diyarşünaslıq Muzeyi |
Mzeyin eksponatları
redaktəNeftçala Tarix-Diyarşünaslıq Muzeyinin ümumi fondunda 17075 ədəd eksponat var. Əksər eksponatların tarixi 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərinə təsadüf edir. Bunlardan 12487 ədədi əsas, 4588 ədədi elmi köməkçi fonda aiddir. Muzeyin 560 kv m-ni ekspozisiya zalları təşkil edir. Muzey rayonun təbiətini, qədim dövrdən müasir dövrə qədərki tarixini əks etdirir. Muzeyin ekspozisiyası 11 zalda nümayiş etdirilir:[1]
- I zal rayonun təbiətini;
- II zal Azərbaycan və Neftçalanın qədim dövr tarixini;
- III zal Azərbaycanın və rayonun erkən orta əsrlər dövr tarixini;
- IV zal Azərbaycanın və rayonun orta əsrlər tarixini;
- V zal Azərbaycanın və rayonun son orta əsrlər tarixini;
- VI zal Azərbaycan tarixinin 1918–20-ci illər tarixini- AXC dövrünü;
- VII zal Azərbaycanın və Neftçalanın XX əsrin 30–40-cı illərini;
- VIII zal Böyük Vətən müharibəsi dövrünü;
- IX, X, XI zallar isə Azərbaycan və Neftçalanın müasir dövrünü əks etdirir.
Muzeydə rəsm və heykəltaraşlıq əsərləri, xəritələr, şəkillər, kitablar və başqa eksponatlar nümayiş etdirilir.[2]
Həmçinin bax
redaktəXarici keçidlər
redaktə- "Neftçala Tarix-Diyarşünaslıq muzeyi". https://heydaraliyev-centers.az. İstifadə tarixi: 23.11.2020.
İstinadlar
redaktə- ↑ "Azərbaycan muzeyləri". https://museum.az. 2020-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23.11.2020.
- ↑ "Neftçala rayon Tarix Diyarşünaslıq Muzeyi". http://www.findglocal.com. 2023-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23.11.2020.