Need For Speed Oyun Seriyasi - Wikipedia
Need for Speed (azərb. Sürət həzzi, abreviaturası: NFS) — ilk olaraq "Electronic Arts", daha sonra isə "Ghost Games" tərəfindən hazırlanan videooyun seriyası. İlk oyun 1994-cü ildə "The Need for Speed" adı ilə çıxmışdır. "Need for Speed: High Stakes" oyunundan başlayaraq isə oyunçuların öz maşınlarında istədiyi dəyişikliyi edə bilməsi xüsusiyyəti əlavə edildi.
Need for Speed Seriyası | |
---|---|
Janrlar | yarış |
Yaradıcılar | Criterion Games (2010–13) EA Black Box (2002–11) EA Bright Light (2009) EA Canada (1994–2000) Eden Studios (1998–2000) Exient Entertainment (2006–10) Firebrand Games (2008–11) Firemonkeys Studios (2012–) Ghost Games (2013–) Piranha Games (2008) Slightly Mad Studios (2009–11) |
Nəşrçilər | Electronic Arts |
Platformalar | 3DO Android Game Boy Advance iOS Microsoft Windows Mobil oyun MS-DOS Nintendo 3DS Nintendo DS Nintendo GameCube OS X PlayStation PlayStation 2 PlayStation 3 PlayStation 4 PlayStation Portable PlayStation Vita Sega Saturn Wii Wii U Windows Mobile Windows Phone Xbox Xbox 360 Xbox One Zeebo |
İlk buraxılış | Need for Speed 31 avqust, 1994 |
Son buraxılış | Need for Speed Payback |
Rəsmi vebsaytı | http://www.needforspeed.com |
"Need for Speed" oyunları ilk çıxışından oyunçular tərəfindən sevilməyə başlandı. Oyunun bu günə qədər 150 milyon nüsxəsi satılmışdır.[1] Oyunun uğurlu olması nəticəsində ona uyğun film (Sürət həzzi) çəkildi və "Hot Wheels" oyuncaq maşınları satışa çıxarıldı.[2]
Geympley
redaktəDemək olar ki, bütün "Need For Speed" oyunları eyni geympley formasına malikdir. Oyunçu yarış zamanı seçdiyi maşını idarə edir və yarışda birinci olmağa çalışır. Karyera modu və çempionatda alınan qalibiyyətlər ilə qıfıllı maşınlar və yollar açılır. Hər yarışdan qabaq oyunçu oynayacağı maşını seçir. Bundan əlavə olaraq, maşını avtomatik və ya mexaniki ötürücü ilə idarə etmə imkanı olur. Bütün oyunlarında çoxoyunçulu rejim var və internet şəbəkəsi ilə başqaları ilə oynamaq mümkündür.
Oyundakı yarış yolları Avstraliya, Avropa və Afrikadakı yollar əsasən hazırlanıb.[3] "Need for Speed: Underground" oyununda isə yarışlar böyük şəhər daxilində keçir.[4]
İnkişaf dinamikası
redaktəOyunun ilkin versiyası Vankuverdə yerləşən "Distinctive Software" oyun studiyası tərəfindən hazırlanmışdır. Studiya "Electronic Arts" şirkəti tərəfindən alınmamışdan qabaq "Stunts" və "Test Drive II: The Duel" kimi məşhurlaşmış yarış oyunları hazırlamışdılar. Studiya 1991-ci ildə satın alındı və adı "EA Canada" olaraq dəyişdirildi. 1992-ci ildə şirkət "Need for Speed" seriyasının inkişaf etdirilməsi üçün pul ayırdı.[5] "EA Canada" "Need for Speed" seriyasını təkmilləşdirmək və genişləndirmək üçün başqa bir Vankuver oyun şirkəti "Black Box Games" ilə 2002-ci ildə bir müqavilə imzaladı və "Need For Speed: Hot Pursuit 2" hazırlandı.[6] "EA Black Box" şirkəti 2002-2008-ci illər arasında oyunun yeni versiyalarının istehsalında böyük rolu olmuşdur. 2009-cu ildə "Need for Speed: Shift", 2010-cu ildə isə "Criterion Games" şirkəti tərəfindən "Need for Speed: Hot Pursuit" oyunları yaradıldı.
2010-cu ildə "Electronic Arts" gələcək "Need for Speed" oyunları üçün sosial bir platforma yaratdı. Bu platforma vasitəsi ilə oyunçular xal sıralamasını görə, öz oyunlarından şəkillər paylaşa, dostları ilə əlaqə qura bilərdi.[7]
2013-cü ilin avqust ayı ərzində "Criterion Games" yenidən qurulduğunu açıqladı, oyunun inkişaf edilməsini isə "Ghost Games" öz üzərinə götürdü.
Oyunlar
redaktəNeed for Speed seriyasına 25 oyun daxildir.
Ad | İl | Hazırlayan | Platforma |
---|---|---|---|
The Need for Speed | 1994 | Pioneer Studios EA Canada |
DOS, 3DO, Sega Saturn, PS1 |
Need for Speed II | 1997 | EA (Canada/EA Seattle) | Windows, PS1 |
Need for Speed III: Hot Pursuit | 1998 | EA (Canada/Seattle) | Windows, PS1 |
Need for Speed: High Stakes | 1999 | EA (Canada/Seattle) | Windows, PS1 |
Need for Speed: Porsche Unleashed | 2000 | Eden Games/EA Canada Pocketeers |
Windows, PS1, GBA |
Need for Speed: Hot Pursuit 2 | 2002 | EA (EA Black Box/Seattle) | Windows, GameCube, PlayStation 2, Xbox |
Need for Speed: Underground | 2003 | EA Black Box | Windows, GC, PS2, Xbox, GBA |
Need for Speed: Underground 2 | 2004 | EA Black Box | Windows, GC, PS2, Xbox, GBA, Nintendo DS, PlayStation Portable |
NFS: Most Wanted | 2005 | EA Black Box | Windows, GC, PS2, Xbox, Xbox 360, GBA, Nintendo DS, PSP |
Need for Speed: Carbon | 2006 | EA (Canada/Black Box) | Windows, Mac OS X, GC, PS2, Xbox, PlayStation 3, Wii, Xbox 360, GBA, DS, PSP |
Need for Speed: ProStreet | 2007 | EA Black Box | Windows, PS2, PS3, Wii, Xbox 360, DS, PSP |
Need for Speed: Undercover | 2008 | EA Vancouver Exient Entertainment Firebrand Games Piranha Games |
Windows, PS2, PS3, Wii, Xbox 360, DS, PSP, Windows Mobile, İOS |
NFS: Shift | 2009 | Slightly Mad Studios EA Bright Light |
Windows, PS3, Xbox 360, PSP, Windows Mobile, Android, iOS |
Need for Speed: Nitro | Firebrand Games EA Montreal |
Wii, Nintendo DS | |
Need for Speed: World | 2010 | EA Black Box | Windows |
Need for Speed: Hot Pursuit | Criterion Games | Windows, PS3, Wii, Xbox 360, Windows Phone, Android, İOS | |
Shift 2: Unleashed | 2011 | Slightly Mad Studios | Windows, PS3, Xbox 360, İOS |
Need for Speed: The Run | EA Black Box | Windows, PS3, Wii, Xbox 360, Nintendo 3DS | |
Need for Speed: Most Wanted (2012) | 2012 | Criterion Games | Windows, PS3, Wii U, Xbox 360,
PlayStation Vita, Android, iOS |
Need for Speed Rivals | 2013 | Ghost Games Criterion Games |
Windows, PS3, PlayStation 4, Xbox 360, Xbox One |
Need for Speed: No Limits | 2015 | Firemonkeys Studios | Android, iOS |
Need for Speed(2015) | Ghost Games | Windows, PS4, Xbox One | |
Need for Speed Payback | 2017 | Ghost Games | Windows, PS4, Xbox One |
Need for Speed Heat | 2019 | Ghost Games | Windows, PS4, Xbox One |
Need for Speed Unbound | 2022 | Criterion Games
Code Masters |
Windows, PS5, Xbox Series X/S |
Film
redaktə"Electronic Arts" Dreamworks Pictures ilə birlikdə "Sürət həzzi" filminin çəkiminə başladı və film 14 mart, 2014-cü ildə yayımlandı. Filmin baş rolu olan Tobi Marşalı Aaron Paul oynamışdır.[8] Ford şirkəti ancaq bu film üçün xüsusi bir Mustanq avtomobili istehsal etmişdi. Maşın ilk dəfə Los-Anceles Ekspo Sərgisində nümayişə çıxarıldı. Filmdə Aaron Paul ilə birgə Dominik Kuper, Aymoqen Pots və Maykl Kiton da rol almışdır. Filmin rejissoru Skot Vouqdur.
Filmdə istifadə edilən maşınlar
redaktə- Koenigsegg Agera R
- Lamborghini Sesto Elemento
- Ford Shelby GT500 2013
- GTA Spano
- Bugatti Veyron
- McLaren P1
- Saleen S7
İstinadlar
redaktə- ↑ "EA Signs Multi-Year Agreement With X-Games Medalist and Internet Phenom Ken Block for Need for Speed". Electronic Arts. 2013-10-24. 2017-06-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-02-28.
- ↑ "", Alan. "Hot Wheels are bringing a selection of Need for Speed cars to stores worldwide". Eurogamer.net. 2012-06-25. 2022-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-06-26.
- ↑ Kaiafas, Tasos. "Need for Speed II Review". GameSpot. 1997-05-14. 2023-05-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-08-09.
- ↑ Mirabella III, Fran. "Need for Speed Underground Review". IGN. 2003-12-14. səh. 3. 2008-12-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2008-08-09.
- ↑ "Electronic Arts completes acquisition of Bullfrog Productions Ltd". Business Wire. Findarticles.com. 1995-01-24. 2012-07-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2008-08-09.
- ↑ Andrews, Marke. "Martin Sikes co-founded Black Box Games". Vancouver Sun. Canada.com. 2008-01-03. 2008-01-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-08-09.
- ↑ "Arxivlənmiş surət". 2015-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-13.
- ↑ "Need For Speed Trailer". needforspeedtrailer.com. March 16, 2014. December 18, 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: March 16, 2014.