Nazperver Xanim - Wikipedia
Nazpərvər xanım (d. 12 iyun 1870 — ö. 9 mart 1929) — 35. Osmanlı sultanı V Mehmedin dördüncü xanımı.
Nazpərvər xanım | |
---|---|
سيدة المروحة ناز | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | İstanbul, Osmanlı imperiyası |
Vəfat tarixi | (58 yaşında) |
Vəfat yeri | |
Atası | İsmayıl bəy |
Anası | Aliyə xanım |
Həyat yoldaşı | V Mehmed |
Uşağı | Rəfiyə Sultan |
Dini | Sünni, İslam |
Həyatı
redaktəNazpərvər xanım 12 iyun 1870-ci ildə İstanbulun Beşiktaş səmtində dünyaya gəlmişdir. Aİləsi əslən abxaz olub, əsl adı Əminə idi. Sultan Əbdüləzizin xanımı Dürrünəv xanımın bacısı qızı idi. Bu səsəblə 4 yaşına çatan Əminə və bacısı Behiyə xanım İstanbula gətirildi və Osmanlı sarayında xalaları Dürrünəv xanımın himayəsinə verildi. Burada tamamilə türk və müsəlman ənənələrini öyrənən Əminənin adı dəyişdirildi və Nazpərvər qoyuldu. Sarayda Sultan Əbdüləziz cinayətinə şahid olanlardan biri idi. Əbdüləzizin vəfatından sonra Dürrünəv xanımla birlikdə Fəriyə sarayına köçdülər.
Fəriyə sarayında verilən bir ziyafətdə tanış olduğu Sultan Mehmed Rəşadla 1888-ci ildə evləndi. Evlilikdən bir il sonra yeganə övladı olan Rəfiyə Sultan dünyaya gəldi. Ancaq körpə bir neçə həftə sonra vəfat etdi. Daha sonra xeyriyyə işləriylə məşğul olan Nazpərvər xanımın bir daha övladı olmadı. Sultan Mehmed Rəşadın vəfatından sonra 1918-ci ildə Üsküdar sarayına köçürüldü və ömrünün sonunadək burada yaşadı. 9 mart 1929 tarixində burada vəfat etdi və cənazəsi Yəhya Əfəndi türbəsinə dəfn olundu.
Mənbə
redaktə- Mahinur Tuna (2007). İlk Türk kadın ressam: Mihri Rasim (Müşfik) Açba : 1886 İstanbul-1954 New-York. As Yayın.
- Uniwersytet Jagielloński. Instytut Filologii Orientalnej (2005). Turks and non-Turks: studies on the history of linguistic and cultural contacts. Institute of Oriental Philology Jagiellonian University. p. 524.