Nazim Ismayilov Icra Bascisi - Wikipedia
Nazim_İsmayılov_(icra_başçısı) - Haqqında Məlumat
Nazim Mehdi oğlu İsmayılov (24 iyul 1952, Kürdşaban, Göyçay rayonu) — siyasətçi, Göyçay, Şamaxı, Sabirabad və Saatlı rayonlarının keçmiş İcra Hakimiyyətinin başçısı. Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvüdür.
Nazim İsmayılov | |
---|---|
17 may 2019 – 16 may 2020 | |
Əvvəlki | Siraqəddin Cabbarov |
Sonrakı | Elmir Bağırov |
21 aprel 2011[1] – 17 may 2019 | |
Əvvəlki | Heydər Abbasov[2] |
Sonrakı | Siraqəddin Cabbarov |
Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı | |
7 iyul 2006 – 21 aprel 2011 | |
Göyçay Rayon İcra Hakimiyyətinin başçısı | |
19 aprel 2001 – 7 iyul 2006 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 24 iyul 1952 (72 yaş) |
Doğum yeri | |
Partiya |
|
Təhsili | |
İxtisası | istilik energetik mühəndisi və politoloq |
|
|
Təltifləri |
Həyatı
redaktəNazim İsmayılov 24 iyul 1952-ci ildə Göyçay rayonu Kürdşaban kəndində anadan olub. 1974-cü ildə Azərbaycan Neft və Kimya İnstitutunu, 1991-ci ildə isə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirmişdir. İxtisasca istilik energetik mühəndisi və politoloqdur.[3]Ailəlidir, 3 övladı, 6 nəvəsi vardır.
Əmək fəaliyyəti
redaktəƏmək fəaliyyətinə 1974-cü ildə "Sumqayıtkimyasənaye" İstehsalat Birliyi Oktyabr inqilabının 50 illiyi adına üzvü məhsullar zavodunda mühəndis kimi başlayıb.[4]
- 1977–1980-ci illərdə Göyçay Birləşmiş Qazanxana və İstilik Şəbəkələri idarəsində usta və direktor[5]
- 1980–1981-ci illərdə Göyçay rayonu Partiya Komitəsində təlimatçı, şöbə müdiri.
- 1981–1989-cu illərdə Göyçay rayonu Xalq Nəzarəti Komitəsinin sədri.[6]
- 1989–1990-cı illərdə Göyçay rayonu Partiya Komitəsinin katibi.
- 1990–1991-ci illərdə Göyçay rayonu Xalq Deputatları Sovetinin sədr müavini.
- 1991–1992-ci illərdə Göyçay rayonu İcra Hakimiyyəti başçısının birinci müavini.
- 1992–1994-cü illərdə Göyçay rayonu Xalq Deputatları Sovetinin sədr müavini.
- 1994–2001-ci illərdə Göyçay rayonu İcra Hakimiyyəti başçısının birinci müavini.
- 2001–2006-cı illərdə Göyçay rayonu İcra Hakimiyyətinin başçısı.[7],
- 2006–2011-ci illərdə Şamaxı rayonu İcra Hakimiyyətinin başçısı[8]
- 2011–2019-cu illərdə Sabirabad rayonu İcra Hakimiyyətinin başçısı.
- 2019–2020-ci illərdə Saatlı rayonu İcra Hakimiyyətinin başçısı.[4]
- Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvüdür.
Təltifləri
redaktə- (12 iyul 2012) — "Vətənə xidmətə görə" 3-cü dərəcəli ordeni[4]
- (27 may 2019) — "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı
- (02 fevral 2024) — "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı
İstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2011-04-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-11.
- ↑ "Arxivlənmiş surət". 2011-04-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-11.
- ↑ "Azərbaycan Respublikası Prezidentinin 21 aprel 2011-ci il tarixli Sərəncamı". 2011-04-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-11.
- ↑ 1 2 3 Azərbaycan Respublikası Prezidentinin 12 iyul 2012-ci il tarixli Sərəncamı
- ↑ "Azərbaycan Respublikası Prezidentinin 1457 nömrəli Sərəncamı". 2019-04-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-11.
- ↑ "Azərbaycan Respublikası Prezidentinin 21 aprel 2011-ci il tarixli Sərəncamı". 2011-04-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-11.
- ↑ "Azərbaycan Respublikası Prezidentinin 2358 nömrəli Sərəncamı". 2023-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-11.
- ↑ "sabirabad-ih.gov.az". 2022-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-09.