Naxcivan Avtomobil Mektebi Kompleksi - Wikipedia
Naxçıvan Avtomobil Məktəbi — Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərmiş orta-ixtisas təhsili müəssisəsi.
Naxçıvan Avtomobil Məktəbi | |
---|---|
Əsası qoyulub | 1953 |
Tip | orta-ixtisas təhsili müəssisəsi |
Şəhər | Naxçıvan |
Ünvan | Naxçıvan şəhəri |
Tarixi
redaktəMəktəb 1953-cü ildə "Avtomotoklub" adı ilə fəaliyyətə başlamışdır.
OADKYC yarandıqdan sonra "Avtomotoklub"un adı dəyişdirilərək, Naxçıvan Avtomobil Məktəbi olmuşdur. 1977-ci ildə Cəmiyyətin (OADKYC) vəsaiti hesabına avtomobil məktəbinin yeni kompleksi tikilib istifadəyə verilmişdir.
2010-cu ildə Naxçıvan Avtomobil Məktəbinin bazasında Naxçıvan Texniki Peşə və Sürücülük Məktəbi yaradılmışdır[1].
Quruluşu
redaktəKompleksə 2 mərtəbəli tədris binası, 60 yerlik avtoqaraj, laboratoriya dərsləri keçirilməsi üçün tədris korpusu, idman meydançası daxildir.
Tədris olunan ixtisaslar
redaktəTədris binasında avtomobilin quruluşu, yol hərəkəti qaydaları, təcrübi dərslər Əsasən, xalq təsərrüfatı və milli ordu üçün motosikl, minik avtomobili, yük avtomobili, avtobus, qoşqu-nəqliyyat vasitələri sürücüsü ixtisasları üzrə kadrlar hazırlayır. Məktəb göstəricilərinə görə Cənubi Qafqaz üzrə 3 dəfə, Azərbaycan Respublikası üzrə isə 5 dəfə birinci yer tutmuş, nümunəvi məktəb adına layiq görülmüşdür.[2]
Həmçinin bax
redaktəXarici keçidlər
redaktəNaxçıvan Texniki-Peşə və Sürücülük Məktəbində ixtisaslı kadrlar hazırlanır
İstinadlar
redaktə- ↑ Naxçıvanda Texniki Peşə və Sürücülük Məktəb Kompleksi istifadəyə verilib Arxivləşdirilib 2022-01-20 at the Wayback Machine. muallim.edu.az, 17.08.2012 (az.)
- ↑ Naxçıvan Ensiklopediyası. II cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. 380 səh. ISBN 5-8066-1468-9.