Naxcivan Istilik Elektrik Stansiyayasi - Wikipedia
Naxçıvan_İstilik_Elektrik_stansiyayası - Haqqında Məlumat
Naxçıvan İstilik-Elektrik Stansiyası — Naxçıvan şəhəri yaxınlığında, Duzdağ ərazisində elektrik enerjisi istehsal edən İES-lərdən biri.[2]
Naxçıvan İES | |
---|---|
Ümumi məlumatlar | |
Sahibi | Azərenerji |
İstismarçı | |
Əsas xüsusiyyətləri | |
Elektrik enerjisi gücü | 60 MVt[1] |
Yerləşməsi | |
Ölkə | Azərbaycan |
Tarixi
redaktəBlokada şəraitində yaşayan Naxçıvan diyarının düşdüyü çətinlikləri aradan qaldırmaq, sosial obyektlərin, o cümlədən elektrik enerjisinin bərpası və yenidən qurulması məqsədilə 1992-ci ildə tikilmişdir. Naxçıvan əhalisinin elektrik enerjisinə olan tələbatının daha intensiv və yüksək səviyyədə ödənilməsi üçün İES-nın ayrı-ayrı aqreqatlarının gücü artırılmış, elektrik qurğularının istismar səviyyəsi yüksəldilmişdir. İES-nda tutumu 1000 m3 olan yanacaq çəni quraşdırılmış, qaz-turbin generatorlarının işləməsi üçün zəruri yanacaq ehtiyatı yaradılmışdır (1999-cu ildə).
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ https://minenergy.gov.az/en/elektroenergetika/azerbaycan-energetika-sisteminde-ve-musteqil-fealiyyet-gosteren-elektrik-stansiyalarinin-siyahisi.
- ↑ Naxçıvan Ensiklopediyası. II cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. 380 səh. ISBN 5-8066-1468-9.