Nausicaa Of The Valley Of The Wind - Wikipedia
Küləklər vadisindən Navsikaya (Yaponca: 風の谷のナウシカ - Kaze no Tani no Nauşika, İngiliscə: Nausicaä of the Valley of the Wind), yaponiyalı rejissor Hayao Miyazaki tərəfindən çəkilmış postapokaliptik elmi fantastika üslubunda anime filmi. Film Miyazakinin eyniadlı manqasının əsasında çəkilib.
Küləklər vadisindən Navsikaya | |
Reklam posteri | |
Manqa | |
Manqaka | Hayao Miyazaki |
---|---|
Nəşriyyat | Tokuma Shoten |
Jurnal | Weekly Shonen Jump |
Nəşr tarixi | fevral, 1982 - mart, 1994 |
Cildlər | 7 |
Anime | |
Rejissor | Hayao Miyazaki |
Prodüsser | İsao Takahata |
Ssenarist | Hayao Miyazaki |
Bəstəkar | Co Hisayşi |
Studiya | Studio Ghibli |
Vaxt | 116 dəqiqə |
Məzmun
redaktəDünyadakı son böyük döyüşün və sənayenin çöküşündən min il keçib. Dünyanı çöllər, təhlükəli həşərat, zəhərli bitkilər sarmağla və bəzi göbələk növlərinin yaydığı zəhərli qazlar atmosferə yayılaraq getdikcə azalan insan irqini təhdid etməkdədir. Nausicaä, az sayda insanın əkinçiliklə məşğul olub böcək və göbələklərlə mübarizə edərək yaşadığı Külək Vadisinin şahzadəsidir. Bir gün vadiyə başqa bir krallığın təyyarəsi düşür. Yalnız kargosu sağlam qalmışdır, arxasından krallığa aid əsgərlər gələrək vadini ələ keçirirlər. Kargoda min ildir unudulan və başqa bir krallıqdan oğurlanan, dünyanı dəyişdirə bilən bir şey var. Küləkli Vadi bu iki krallıq üçün hədəf halına gələrkən Nausicaä dünyanı köhnə halına gətirmənin yolunu kəşf edir.
Personajlar
redaktəNausicaa: Küləkli Vadinin seçilmi şahzadəsi. Eyni zamanda bir döyüşçü və küləyin ustasıdır. Sevgi dolu və içində sülh bir ürəyi olan bu qız ən çox da heyvanları sevir. Xüsusilə nəhəng böcəklər olan Ohmuları. Ayrıca Pejitenin Şahzadəsi olan Rastelə olduqca da çox bənzəyir.
Aşbel: Pejite Vadisindən gələrək Nausicaa ilə tanış olan bu uşaq Pejite Krallığının seçilmiş Şahzadəsi Rastelin əkiz qardaşıdır. Əsl məqsədi öz krallığına hücum edən yük təyyarəsindəki Tolmekialıları yox etməkdir.
Lord Yupa: Çox yaxşı bir döyüşçü olduğu qədər də zəkalı bir insandır. Demək olar ki, onu tanımayan yoxdur. Nausicaa ilə aralarında böyük bir səmimiyyət olduğu qədər hörmətdə qüsur etmədən gözəl bir baba və nəvə əlaqəsi vardır.
İstehsal
redaktəKüləklər vadisindən Navsikaya, ilk olaraq Hayao Miyazaki tərəfindən Animage jurnalında həftəlik manga olaraq yayımlandı. Tokuma Shoten firması filmin çəkilməsi təklifini ilk irəli sürdükdə Miyazaki qəbul etməmişdi, ancaq daha sonra filmin özü tərəfindən idarə olunması şərtiylə təklifi qəbul etdi. Film üçün animatorlar dəvət olundu, bu animatorlardan biri, illər sonra Neon Genesis Evangelion filmi ilə anime dünyasına böyük təsir edəcək olan Anno Hideaki idi. Anno filmdə döyüş tanrısının hücumu səhnəsini çəkmişdir və bu səhnə film prodüseri Toşio Suzuki tərəfindən filmin ən yaxşı anı olaraq tanınmışdır.
Warriors of the Wind (Külək Savaşçıları)
redaktəFilm Amerikada yayındığda dublajı olduqca çox dəyişdirilmiş, personajların adları dəyişdirilərək film daha "Amerikanvari" hala gətirilmiş və filmin adı Warriors of the Wind olaraq dəyişdirilmişdir. Filmin daha qısa olması metrajı azaldılmışdır (ümumi təxminən 30 dəqiqə). Buna görə Miydazaki digər Ghibli filmlərinin xaricdə yayım hüquqlarının alınmasına uzun müddət icazə vermirdi. Həmçinin, “Miramax” studiyasının başçısı Harvi Vaynşteyn Miyazakiyə Şahzadə Mononoke filminin redaktə olunmasını dedikdə Miyazakinin prodüseri Toşio Suzuki Vaynşteynə üstündə “No cuts” yazısı olan katana göndərdi.»[1]
Musiqisi
redaktəFimin musiqisinin bəstəkarı Co Hisayşidir, Haruomi Hosono və Happy End qruppu tərəfindən yazılmış Kaze no Tani no Naushika mahnısını Narumi Yasuda ifa etdi. Sonradan filmlə bağlı bir neçə albom və saundtreklər buraxılmışdır.
- Nausicaä of the Valley of Wind: Image Album <Bird Person> (風の谷のナウシカ イメージアルバム 鳥の人), 25 noyabr 1983;
- Nausicaä of the Valley of Wind: Symphony <The Legend of Wind> (風の谷のナウシカ シンフォニー 風の伝説), 25 fevral 1984;
- Nausicaä of the Valley of Wind: Soundtrack <Toward the Far Away Land> (風の谷のナウシカ サウンドトラック はるかな地へ), 25 mart 1984;
- Nausicaä of the Valley of Wind: Drama Version <God of Wind> (風の谷のナウシカ・ドラマ編), 25 aprel 1984;
- Nausicaä of the Valley of Wind: Best Collection (風の谷のナウシカ BEST), 25 noyabr 1986;
- Nausicaä of the Valley of Wind: Hi-tech Series (風の谷のナウシカ・ハイテックシリーズ), 25 oktyabr 1989;
- Nausicaä of the Valley of Wind: Piano Solo Album <For the Easy Use with Beyer>, 15 mart 1992.
Uçan apparatlar
redaktəİstinadlar
redaktə- ↑ "Guardian qəzetinə müsahibə". 2021-05-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-08-30.