Nauru 2008 Yay Olimpiya Oyunlarinda - Wikipedia
Nauru, 2008-ci ildə Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində keçirilmiş XXIX Yay Olimpiya Oyunlarında 1 idmançı ilə 1 idman növündə təmsil olunub. Nauru Nauru Olimpiya Komitəsini təmsil edir. Nauru 2008 Yay Olimpiya Oyunlarında iştirak edən 204 ölkə və ərazilər arasında 1 idmançı ilə təmsil olunan yeganə dövlət idi. Nauru oyunlarda medal qazana bilməyən 117 dövlətdən biri oldu.[3] Ölkəni təmsil edən yeganə idmançı ağır atletika üzrə Okeaniya çempionu olan İtte Detenamo olmuşdur. İtte Detenamo Nauru bayrağını həm açılış mərasimində, həm də bağlanış mərasimində daşımışdır.
Nauru Olimpiya Oyunlarında | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
| ||||||||||
2008 Yay Olimpiya Oyunları Pekin |
||||||||||
İştirakçılar | 1 idmançı (idman növü:1) | |||||||||
Bayraqdar | İtte Detenamo (Açılış və bağlanış)[1][2] | |||||||||
Medallar Yer: 0 |
Qızıl 0 |
Gümüş 0 |
Bürünc 0 |
Ümumi 0 |
||||||
Olimpiya tarixi | ||||||||||
Yay Olimpiya Oyunları |
||||||||||
1996 Yay Olimpiya Oyunlarında Naurunu təmsil idmançıların sayı 3 olmuşdur. Onlardan biri də İtte Detenamo ilə eyni idman növü üzrə məşğul olan Markus Stefen olmuşdur. Daha sonralar Stefen Naurunun prezidenti elan edilmişdir. Lakin növbəti Olimpiya Oyunlarında Naurunu təmsil edən idmançıların sayında azalmalar müşahidə olundu. 2004 Yay Olimpiya Oyunlarında da ölkə 3 idmançı ilə təmsil olunmuşdur. Nauru Okeaniyada və Cənubi Sakit okean Oyunlarının Ağır atletika Çempionatında təşkil olunan müxtəlif çəki dərəcələrində Olimpiya Oyunlarına vəsiqə qazandı. Nauru üzgüçülük və atletika yarışlarında da vəsiqə qazansa da, yalnız ağır atletikada təmsil olunmağa qərar verdi. İtte Detenamo ağır atletikanın ən ağır çəki dərəcəsində B qrupunda mübarizə apardı və nəticədə 10-cu yeri tutdu. O, oyunlarda medal qazana bilməsə də, nəticəsi karyerasının ən yüksək nəticəsi hesab olunur.
Nümayəndə heyəti
redaktə2008 Yay Olimpiya Oyunları üçün Naurunun nümayəndə heyəti dörd nəfərdən ibarət idi. Birinci nümayəndə heyətinin üzvü İtte Detenamo idi. O, ağır atletika yarışlarında qüvvəsini sınayan yeganə idmançı idi.[4] İkinci üzv İttenin baş məşqçisi və 2004 Yay Olimpiya Oyunlarının iştirakçısı olmuş Yukio Peter idi. Onun nəticəsi Naurunun Olimpiya Oyunları tarixində əldə etdiyi ən yüksək göstərici hesab olunur. Peter 2004 Yay Olimpiya Oyunlarında ağır atletika yarışlarında 69 kq çəki dərəcəsində 8-ci yeri tutmuşdur.[3] Nümayəndə heyətinin digər üzvü isə İttenin atası və Nauru Olimpiya Komitəsinin ilk və o zamankı prezidenti olmuş Vinson Detenamo idi.[5] Naurunun keçmiş idman naziri olmuş Vinson İdman Nazirliyində çalışarkən 1991-ci ildə Nauru Olimpiya Komitəsinin yaradılmasında kömək etmişdir.[6][7] Nümayəndə heyətinin sonuncu üzvü isə Naurunun Olimpiya Oyunlarındakı şef de-missionu olan Lu Keke idi.[3]
Təsnifat mərhələsi
redaktəNauru ağır atletika üzrə təsnifat vəsiqələrini Beynəlxalq Ağır atletika Federasiyasının təşkil etdiyi kontinental Olimpiya təsnifat yarışlarında — Okeaniya və Cənubi Sakit okean Oyunlarının Ağır atletika Çempionatında əldə etmişdir. Oyunlar 2008-ci il 27 və 30 mart aralığında Yeni Zelandiyanın Oklənd şəhərində keçirilmişdir.[8] Okeaniyanın Milli Olimpiya Komitəsinin təşkil etdiyi bu yarışlara və 2008 Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq üçün 2006 və 2007 Ağır atletika üzrə Dünya Çempionatında müvafiq yerləri tutmaq lazım idi.[9][10] İtte Detenamo isə uğur qazanmaq üçün Yukio Peter üzərində seçim etdi. Nauru həmçinin üzgüçülük və yüngül atletika üzrə də idmançı göndərə bilərdi. Amma üzgüçülük üzrə heç bir milli rəhbər orqanı və atletika üçün əsas infrastruktur obyektləri və rəqabət qabiliyyətli idmançılar olmadığından bu baş tutmadı.[3]
2008 Oyunlarında yeganə idmançı ilə təmsil olunan Nauru 1996 Yay Olimpiya Oyunlarında eyni idman növü üzrə 3 idmançı ilə təmsil olunmuşdur. Onlardan biri də Markus Stefen olmuşdur. Markus Stefen sonralar Naurunun prezidenti, Nauru Olimpiya Komitəsinin və Okeaniya Ağır atletika Federasiyasının prezidenti vəzifələrində çalışmışdır. Markus Barselonada təşkil edilən 1992 Yay Olimpiya Oyunlarında Samoanı təmsil edirdi. 1994-cü ildə isə Beynəlxalq Olimpiya Komitəsi Nauru Milli Olimpiya Komitəsini rəsmən tanıdı.[11][12] Üç idmançı ilə Afinaya yollanan Nauru heyətində 2008 Yay Olimpiya Oyunlarında idmançı sayının azalması müşahidə edildi.[3]
Ağır atletika
redaktəİtte Detenamo ağır atletika üzrə super ağır çəki dərəcəsində Naurunu təmsil etmişdir. İtte ikinci dəfə Olimpiya Oyunlarında iştirak edirdi. O, Afinada keçirilən 2004 Yay Olimpiya Oyunlarında eyni çəki dərəcəsində 14-cü yeri tutmuşdur. Müsabiqə 19 avqust 2008-ci ildə baş tutmuşdur. Rəqiblərin çox olması əlaqədar olaraq idmançılar iki qrupa bölünmüşdür. B qrupundakı idmançılar Çin vaxtı ilə 15:30-da, A qrupundakı idmançılar isə 19:00-da mübarizəyə başlamışdır. İtte mübarizəyə 15-ci pillədə başladı. O, yarışa çıxan ilk ağırlıq qaldıran idi.[13] İtte B qrupunda mübarizə aparırdı. Birdən qaldırmada İtte 175 kq qaldırmağı bacardı. Əvvəlcə 165 kq-ı, daha sonra 175 kq-ı qaldıran İtte 175 kq-da uğurla qaldırmağı bacardı. Təkanla qaldırmada isə nəticəsi 210 kq oldu. Əvvəlcə 205 kq-ı, daha sonra isə 210 kq-ı qaldıra bilsə də, İtte 215 kq-lıq çəkini qaldıra bilmədi. İtte ümumilikdə 385 kq çəki qaldıraraq turnir cədvəlində 10-cu yeri tutdu. Bu nəticə onun ən yaxşı şəxsi dərəcəsi hesab olunur.[14][15][16]
Atlet | Yarış | Birdən | Təkanla | Ümumi | Sıra | ||
---|---|---|---|---|---|---|---|
Nəticə | Sıra | Nəticə | Sıra | ||||
İtte Detenamo | Kişilər +105 kq | 175 | 9 | 210 | 10 | 385 | 10 |
Həmçinin bax
redaktəİstinadlar
redaktəBu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ "List of Flagbearers Beijing 2008" (PDF). olympic.org. August 15, 2008 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: April 7, 2011.
- ↑ "Closing Ceremony Flag Bearers" (PDF). olympic.org. July 27, 2011 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: April 7, 2011.
- ↑ 1 2 3 4 5 Tomasson, Chris. "Take a look at Nauru's one-man team". Scrippsnews. August 18, 2008. March 10, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: June 28, 2011.
- ↑ Burnton, Simon. "Beijing 2008: Day 11 – Whacked fact". The Guardian. August 2, 2008. March 17, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 2, 2011.
- ↑ "Tiny nations enjoy extra buzz". Gulf Daily News. August 7, 2008. June 12, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 28, 2011.
- ↑ "Nauru Olympic Committee History". sportingpulse.com. Nauru Olympic Committee. July 26, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 2, 2011.
- ↑ "President Secretary Report 2009". sportingpulse.com. Nauru Olympic Committee. May 21, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 28, 2011.
- ↑ "Olympic Weightlifting New Zealand 2008 Calendar" (PDF). sportsouthland.co.nz. Sport Southland. January 7, 2008. March 8, 2012 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: April 15, 2011.
- ↑ "IWF – Weightlifting (Qualification System Principles–Men)". beijing2008.cn. Beijing Olympics Organizing Committee. January 6, 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: April 15, 2011.
- ↑ "Weightlifting World Championships Seniors Statistics (1997–2007)" (PDF). iwf.net. International Weightlifting Federation. May 27, 2011 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: April 15, 2011.
- ↑ "Members of Parliament – Hon Marcus Stephen MP, President of the Republic of Nauru". naurugov.nr. Official website of the Parliament of Nauru. March 5, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 28, 2011.
- ↑ "Mighty Stephen singlehandely lifts Nauru to sporting heights". Agence France-Presse. CNN. September 15, 2000. November 4, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 28, 2011.
- ↑ "Competition Schedule" (PDF). iwf.net. International Weightlifting Federation (IWF). May 27, 2011 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: July 13, 2011.
- ↑ "Beijing Competitors – Men's +105kg". iwf.net. International Weightlifting Federation. August 21, 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: April 7, 2011.
- ↑ "Final's Results – Men's +105" (PDF). la84foundation.org. LA84 Foundation. September 11, 2008 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: April 7, 2011.
- ↑ "Personal bests > XXIX Olympic Games Beijing - CHN – +105Kg Men". iwf.net. International Weightlifting Federation. May 27, 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 28, 2011.