Naurskaya - Wikipedia
Naurskaya (çeç. Новр-гӏала[5]) — Çeçenistan Respublikası, Naurski rayonu ərazisində yerləşən kənd. İnzibati cəhətdən Naurski rayonunun və Naurskaya kənd sovetliyinin mərkəzidir.
Naurskaya | |
---|---|
Новр-гӏала | |
43°39′03″ şm. e. 45°18′42″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
İlk məlumat | 1642 |
Mərkəzin hündürlüyü | 81 m[3] |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +7 87143 |
Poçt indeksi | 366120 |
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiyası
redaktəKənd Qroznının mərkəzindən 48 km şimal-qərbdə, Naurskaya dəmiryol stansiyasından isə 3 km cənub-qərbdə yerləşir.
Kənd Tersk-Kum ovalığında, Terek çayının sol sahilində, çay yatağından 1-1,5 km şimalda qərarlaşır. Terek çayı istiqamətdən sıx meşə, digər tərəfdən isə kənd bağları və üzümlçüklərlə əhatə olunmuşdur.
Əhali
redaktə- Milli tərkib
2002-cu il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə kəndin milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdir[6]:
Xalq | Say, nəf. |
Ümumi əhaliyə olan nisbəti, % |
---|---|---|
çeçenlər | 6 110 | 71,62 % |
ruslar | 1 964 | 23,02 % |
türklər | 84 | 0,98 % |
ukraynalılar | 40 | 0,47 % |
ermənilər | 21 | 0,25 % |
qumuqlar | 21 | 0,25 % |
avarlar | 15 | 0,18 % |
inquşlar | 12 | 0,14 % |
noqaylar | 10 | 0,12 % |
digərləri | 254 | 2,98 % |
ümumi | 8 531 | 100,00 % |
2010-cu il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə kəndin milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdir[7]:
Xalq | Say, nəf. |
Ümumi əhaliyə olan nisbəti, % |
---|---|---|
çeçenlər | 6 915 | 76,41 % |
ruslar | 1 445 | 15,97 % |
qumuqlar | 141 | 1,56 % |
türklər | 81 | 0,90 % |
avarlar | 52 | 0,57 % |
rusiyalılar | 50 | 0,55 % |
rutullar | 46 | 0,51 % |
digərləri | 301 | 3,33 % |
bildirməyənlər | 19 | 0,21 % |
ümumi | 9 050 | 100,00 % |
Tarix
redaktəBir versiyaya görə Naurskaya kəndinin ilk adı ilk olaraq 1642-ci ildə qeyd edilmişdir. O vaxt kənd Terek çayının sağ sahilində yerləşirdi. 1715-ci ildə I Pyotrun əmri ilə kənd sol sahilə köçürülmüşdür. Bir müddət sonra isə kənddin əvvəli yerində Aşağı Naur adlı kənd qurulmuşdur.
1944-cü ildə Çeçen və İnquşların deportasiyası zamanı, Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının ləğv edilməsindən sonra ərazi Qroznı vilayətinə daxil olur. Ümumilikdə resluiblikanın ərazisi Qroznı vilayəti ilə yanaşı, Dağıstan Muxtar Sovet Sosialist Respublikası, Gürcüstan SSR və Stavropol vilayətləri arasında bölüşdürülür
Kənd 1944-1957-ci illər ərzində Qroznı vilayətinə daxil olan Naurski rayonunun mərkəzi olaraq qalır.
9 yanvar 1957-ci ildə Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikası SSRİ Ali Sovetinin Rəyasət Heyətinin Fərmanı ilə bıərpa edilir.
Eyni zamanda, o dövrdə mütləq əksəriyyəti ruslar olan yerli əhalinin rəyi nəzərə alınmadan, hazırkı Şelkovski rayonunun ərazisi ilə birlikdə bölgə Çeçen-İnguş Muxtar Sovet Sosialist Respublikasına daxil edilir.[8].
1957-ci ildən 1991-ci ilə qədər Naurskaya kəndi Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının tərkibində idi. 1991-ci ilin dekabrından bu günə qədər kənd Çeçenistan Respublikasının tərkibində olmuşdur.
İqtisadiyyat
redaktəKənddə əsasən şərabçılıq və bağçılıq təsərrüfatları inkişaf etmişdir. Kənddə şirələr və konserv məhsulları istehsal edən bir neçə fabrik vardır.
Üstəlik 8 min hektar əraziyə sahib olan yerli təsərrüfatların birliyi belə fəaliyyət göstərir.
Qalereya
redaktəİstinadlar
redaktə- ↑ 1 2 http://www.gks.ru/free_doc/2016/oktmo/tom4_oktmo.rar.
- ↑ 1 2 GEOnet Names Server. 2018.
- ↑ http://www.latlong.ru.
- ↑ "Численность постоянного населения Российской Федерации по муниципальным образованиям на 1 января 2024 года"..
- ↑ А. Г. Мациев, А. Т. Карасаев. Русско-чеченский словарь. — М., Русский язык, 1978. — 728 с. — С. 728.
- ↑ "Этнокавказ. Национальный состав Наурского района по переписи 2002 года". 2012-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-10.
- ↑ "Том 4 книга 1 "Национальный состав и владение языками, гражданство"; таблица 1 "Национальный состав населения Чечни по городским округам, муниципальным районам, городским населённым пунктам, сельским населённым пунктам с численностью населения 3000 человек и более"". 2015-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-02.
- ↑ "Этнокавказ. Национальный состав Чечни по переписям 1897—2002". 2019-10-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-10.