Nasir Etapur - Wikipedia
Nasir Ətapur | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Təbriz |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | musiqiçi |
Həyatı
redaktəNasir Ətapur 1976-cı ildə İranin Təbriz şəhərində anadan olmuşdur. Uşaq yaşlarından ailə şənliklərində anasının mahnı söyləməsi onda musiqiyə böyük maraq oyatmışdır. Həmçinin anasının yaxşı qaval çalması bu aləti ona sevdirmişdir.
Hələ 12 yaşında olarkən məktəblərində musiqi qrupunda çıxışlar etməyə başlamışdır. Təbrizdə keçirilən bir neçə festivalda iştirak edərək laureat olmuşdur. 1988-ci ildə Təbriz Radio və Televiziyasının uşaqlar üçün olan proqramlarında yeniyetmə kimi çıxışlar etmişdir.
1992-ci ildə Təbrizdə tələbələr arasında keçirilən müsabiqənin qalibi olmuşdur. 1993-cü ildə İranın Kirmanşah şəhərində keçirilən musiqi festivalında birinci yerə layiq görülmüşdür. 1991-ci ildən etibarən ustad Həsən Dəmirçinin özəl dərnəyində Azərbaycan xalq musiqisi ilə tanış olmaqa başlamışdır. Daha sonra mərhum sənətkar ustad Mahmud Şatiriyanın özəl dərnəyində yaranmış gənclər xalq çalqı alətləri ansamblında solist olaraq İranın bir çox şəhərlərində konsert proqramları ilə çıxışlar etmişdir. Daha sonra Təbrizin qocaman xanəndəsi ustad Nemət Cavanşirin və muğamın dərin bilicisi mərhum Əli Cavadpurun vasitəsilə Azərbaycan muğamları ilə tanış olmuşdur. 1997-ci ildən 1998-ci ilədək Təbriz Radio və Televiziyasının nəzdində yaranmiş gənclər xalq çalğı alətləri ansamblında solist olmuş və sonra bir il həmin idarənin böyüklər ansamblında solist olaraq İranın bir çox şəhər və əyalətlərində cıxışlar etmişdir.
2005-ci ildən etibarən Azərbaycana gedərək Azərbaycan Milli Konservatoriyasında muğam ustadı, xalq artisti, professor Arif Babayevdən muğamın sirlərini öyrənməyə başlamışdır. Bununla yanaşı başqa bir çox ustad xanəndələrdən, o cümlədən: Qəzənfər Abbasov, Canəli Əkbərov, Əlibaba Məmmədov, Ağaxan Abdullayev və digər ustadlardan muğamın sirlərini öyrənmişdir.
2007-ci ildə Heydər Əliyev Fondunun layihəsi əsasında keçirilən televiziya muğam musabiqəsində 3-cü yerə çıxaraq laureat adına layiq görülmüşdür. Hazırda Azərbaycan Milli Konservatoriyasının magistratura pilləsındə təsilini davam etdirərək ustad xanəndə və muğamın bilicisi Qəzənfər Abbasovdan xanəndəlik sənətinin daha mükəmməl və daha dərin qatlarını öyrənir.