Naroc Golu - Wikipedia
Naroç[1] (belar. На́рач) — göl Belarusun Minsk vilayətinin Myadelski rayonu ərazisində yerləşir. Naroç gölü eyni adlı çayın hövzəsindədir. Göl ümumilikdə Naroçan göllər sisteminə daxildir: (Myastro, Batorino, Blednoye).
Naroç gölü | |
---|---|
belar. Нарач | |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 167 m |
Eni | 3,0 km |
Uzunluğu | 12,8 km |
Sahil uzunluğu | 41 km |
Sahəsi | 79,6 km² |
Həcmi | 199 ml |
Dərin yeri | 24,08 m |
Yerləşməsi | |
54°51′09″ şm. e. 26°44′59″ ş. u.HGYO | |
Ölkə | Belarus |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Naroç gölü Naroçan göllər sisteminin və Belarusun ən iri böyük gölüdür. Onun su səthinin sahəsi 79,6 km²-dir. Ən dərin yeri 24,08 metrdir. Gölün uzunluğu 12,8 km, sahil xətti isə 41 km-dir. Su tutum sahəsi 710 milyon m³, gölün sahəsi isə 199 km² təşkil edir. Göldə ümumilikdə 22 növ balıq yaşayır. İri balıqlardan nərəkimilərə aid balıqlar vardır. Burada fısıldayan qu quşu, çay qaraquşu, Sternula albifrons kimi quşlar sahilində yuva qurur.
Naroç gölü bir necə min il öncə buzlağın ekzorasiya fəaliyyəti nəticəsində əmələ gəlmişdir. Buzlağın əriməsi nəticəsində geniş ərazini su basmışdır. Nəticədə bir-biri ilə əlaqəsi olan bir necə göl meydana gəlmişdir. Göl Belarusiyanın şimal bölgəsində yerləşən digər göllər kimi eyni xüsusiyyətə malikdir.
Tarixi
redaktəBirinci Dünya müharibəsi zamanı 1916-cı ilin mart ayında Naroç hücum əməliyyatı keçirilir. Hədəf Belarusun alman işğalından azad edilməsi məqsədi ilə həyata keçirilmişdir[2]. Rusiya imperiyasının ordusu tərəfindən böyük həmləyə baxmayaraq müharibənin taleyinə təsir göstərə bilmir. Ruslar ancaq Postavı şəhərini və on km²-lərlə ərazini işğaldan azad etmişdir. Ruslar tərəfindən umumilikdə 78 000 insan həlak olmuşdur.
1935-1939-cu illər ərzində göldə balıq tutan balıqçılar etirazlar etmişlər. Səbəb isə Polşa hökumətinin ağır vergiləri olmuşdur.
Göl ətrafında bir çox yaşayış məntəqəsi vardır: kurort turizm şəhəri Noraç, kəndlər: Antonisberq, Simoni, Çerevki, Pasınki, Nikolsi, Qatoviçi, Zanaroç, Zubrenevka, Borovıe, Nanosı, Stepenyova. Burada sanatoriyalar vardır.
Adının mənası
redaktəAdının mənası Hind-Avropa məşəlli olub hidroloji termin olan nar, ner olub çay və göl mənasını verir[3].
Qalereya
redaktə-
Adanın cənub-şərqi
-
Sahil xətti.
-
Təpəli sahil.
İstinadlar
redaktə- ↑ "Naroç". // interfax.by. 2012-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-4-23.
- ↑ "Birinci Dünya müharibəsi. Rusların hücum əməliyyatı". // pobeda.ru. 2012-02-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-9-17.
- ↑ Поспелов Е. М. Географические названия мира: Топонимический словарь / Ред. Р. А. Агеева. — 2-е изд. — М.: Русские словари, 2002. — С. 283. — 512 с. — 5000 экз.