Napoli Kralligi - Wikipedia
Neapol Krallığı — İtalyan yarımadasının cənubunda, Neapoldə qurulmuş bir dövlətin müasir adıdır. Zamanında səhv olaraq Siciliya Krallığı adı ilə tanınırdı. Çünki Neapol Krallığı Siciliya adasında 1282-ci ildə çıxan Siciliya Vesperləri adlı bir üsyan nəticəsində Neapol Krallığınin Siciliya Krallığından ayrılması ilə ortaya çıxmışdı. Neapol Krallığının olduğu dövrdə bu krallıq ya İspan və ya Fransız əsilli bir kral tərəfindən idarə edilmişdir.
Neapol krallığı | |||||
---|---|---|---|---|---|
Regno di Neapol | |||||
| |||||
Tarixi | |||||
• Əsası qoyulub | 1285 | ||||
Paytaxt | Neapol | ||||
İdarəetmə forması | Monarxiya | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Anju sülaləsinin hakimiyyəti altında Neapol Krallığı
redaktə"Siciliya vesperləri" adı verilən Siciliya adası üsyanlarından sonra Anjulu Karlo (rəsmi adı Siciliyalı I Karlo) Siciliyanı İspan Aragon kralı Aragonlu III Pedro ordusuna buraxmaq məcburiyyətində qaldı və İtalyan yarımadasının cənubunda özünə aid olan ərazilərdə hökmranlıq etməyə başladı.
Bu dövlət rəsmən Siciliya Krallığı olsa da, ümumiyyətlə paytaxtı olan Neapol şəhərinə görə Neapol Krallığı (İtalyanca: Regno di Neapol) kimi tanınır. Karlo və Anju xanədanına daxil olan hökmdarlar (yəni Neapol Kralı I Karlo, Neapol Kralı II Carlo, Neapol Kralı Roberto və Neapol kralı I Giovanna) Siciliya uzərindəki haqlarından əl çəkməyib 1373-cü ilə qədər iki dövlət arasında müharibə vəziyyətini davam etdirdilər. I Giovannanın səltənəti zamanı Macarıstanda hökm sürən Anju sülaləsi kralı olan Böyük Louis Neapol Krallığını bir neçə dəfə işğal etdi və I Giovanna Neapolyə ancaq 1352-ci ildə qayıtdı.
Kraliça I Giovanna uşaqsız olduğu üçün Anju sülaləsinin Neapol Krallığı üzərindəki haqqının sonda itməsinə yol açdı. Özünə varis olaraq Anju hersoqu I Luigi seçdi və beləliklə taxta keçmək hüququ olan Durazzo Drac prensi olan əmioğlusunun qanuni haqqını rədd etmiş oldu. Anju sülalə haqları iki yerə (Valois-Anju və Anju-Durazzoya) ayrılmış oldu və bu iki Anju sülaləsi nümayəndələri bundan sonra bir-birilə Neapol Krallığını əldə etmək üçün mübarizəyə girişdilər. 1382-ci ildə Durazzo prensi Neapolni əlinə keçirib, kraliça I Giovannanı öldürdüb krallıq taxtına keçdi. 1382-1386-cı illərdə hakimiyyətdə oldu (sonra 1385-1386-cı illərdə Macarıstanlı II Karlo olaraq Macarıstan Kralı olaraq hakimiyyətdə oldu).
Anju-Durazzo nəslindən oğlu Napollili Ladislao 1386-1414-cü illərdə Neapol kralı oldu, amma 1389-cu ildə Valois-Anju sülaləsindən II Luigi 1389-1399-cu illər arasında, de-fakto Neapol kralı olub. Sonra Anju-Durazzo sülaləsindən Neapol kralı I Carlonun qızı və Neapol kralı Ladislaoinin bacısı Neapol kraliçası II Giovanna 1414-1435-ci illərdə taxta keçdi. II Jeanın da varisi olmurdu və müvafiq Aragon kralı V Alfonso, Anjulu II Luigi və onun qardaşı Valois-Anju nəslindən Anjulu Renatoyi varis seçdi. 1435-ci ildə ölərkən Neapol Renato Neapol kralı oldu.
Anjulu Neapol kralı I Renato müvəqqəti olaraq Anju sülaləsinin ikiyə bölünmüş sülalələrini birləşdirib və 1442-ci ilə qədər hökm sürdü. Amma davamlı olaraq, Aragon, Mayorka, Siciliya və Barselona kralı olan Aragonlu Alfonso ilə döyüşmək məcburiyyətində qaldı. Alfonso 1442-ci ildə Neapol Krallığını ələ keçirib Aragon Krallığı, Siciliya Krallığı və Neapol Krallığını tək başına şəxsi idarəsi altına aldı.
İspan Aragon sülaləsi hakimiyyəti dövründə Neapol Krallığı
redaktəAlfonso 1458-ci ilə qədər bu krallıqda hakimiyyətdə oldu. 1458də oldugu zaman Aragon xanədanından oğlu II Juan Aragon kralı və Siciliya kralı oldu, amma Neapol Krallığı oğulluğu olan və Don Ferrento kimi tanınan Neapolli I Ferdinanda keçdi.
1494-cü ildə Don Ferrento oldu. Anju sülaləsinin Neapol Krallığı taxtına olan varislik hüququnu elan edən Fransız kralı VIII Karl İtalyaya istilaya başladı. VIII Karlın atası 1481-ci ildə kral Renenin qardaşı oğlu olunca Anju sülaləsinin hüquqi varisi olmusdu.
1495-ci ildə VIII Karl Neapolni ələ gecirib Aragon xanədanından Neapolli II Alfonsonu Neapoldən qaçırtdı. Lakin bir il sonra İspanya kralı Aragonlu II Ferdinandın II Alfonsonun qardaşı oğlu olan Ferantinoya dəstək verməsi səbəbindən Neapoldən geri çəkildi. Ferantino təkrar Neapol Krallığı taxtına çıxdı. Amma 1496-cı ildə ölüncə yerinə əmisi olan Neapol kralı II Ferdinand kral oldu. Fransiılar bunu qanuni saymadılar və Neapol Krallığı taxtına haqqları iddiyasını davam etdilər. 1501-ci ildə Fransızlar və İspanyalılar Aragonlu Ferdinandın krallığını ikiyə ayırıb Neapol Krallığı haqqını buraxması ilə anlaşmaqda ikən bu anlaşma baş tutmadı. 1501-ci ildə Aragon İspaniyası və Fransa arasinda müharibə başladı. 1504-cü ildə bu müharibə İspaniyalıların və Ferdinandın qalibiyyəti ilə sona çatdı. Beləliklə Neapol Krallığının Aragon sülaləsi idarəsində qalması tərəflər arasında qəbul edilmişdir.
Ondan sonra uzun zaman Neapol Krallığı Fransa və İspaniya arasındakı çəkişmələrə davamlı olaraq mərkəz oldu. Amma bu qəbil Neapol Krallığı üzərindəki İspaniya nəzarəti heç buraxılmadı və Fransızlardan haqq tələbləri getddikcə zəif təməllərə əsaslanmağa başladi. 1559-cu ildə Cateu-Cambresis müqaviləsi ilə Fransızlar Neapol Krallığı üzərindəki iddialarından tamamilə vaz keçdilər.
1557-ci ildə London müqaviləsi ilə İtaliyanın mərkəzində (idiki şimali Toskanyada) İspaniyaya bütövlükdə baglı Stato dei Presidi adlı yeni bir bölgə dövləti yaradıldı və bu dövlət Neapol Krallıgının bir parçasi olaraq İspaniya adına idarə edilməyə başlandı.
Napoleon Bonapart və Neapol Krallığı
redaktəIV Ferdinando 1805-ci ildə Napoleon Bonaparta qarşı qurulan Üçüncü Koalisiyaya qoşuldu. 1806-cı ildə Napoleon Bonapart koalisiya qoşunlarına qarşı Austerlitz müharibəsində və Neapol Krallığı ordusuna qarşı Campo Tenese müharibəsind qəti qələbələr qazandı. Neapol Krallığını ələ keçirdən Napoleon qardaşı İosif Napoleonu I Jozef adı ilə Neapol kralı olaraq səltənət keçirdi. 1808-ci ildə isə İosif Napoleon Napoleonun İspaniya səfəri və bu ölkənin istilası nəticəsində İspaniya kralı oldu. Napoleon bacısı Karolina Napoleon və onun əri olan Marşal Joachim Muratı İkinci Siciliya kralı ünvanı və Kral Joachim adı ilə hökmdar təyin et.
Bu zaman IV Ferdinando Siciliya Krallığı hökmdarı da olaraq Siciliyaya keçdi, amma qanuni Neapol kralı olduğu iddiasını davamlı olaraq qorudu. Murat bir neçə dəfə Siciliyaya əsgər çıxardaraq adanı ələ keçirtmək istədi. Amma Siciyalıların qarşı çıxması və İngilis donanmasının güclü dəstəyi ilə Siciliya yenə V Ferdinandın əlində qaldı. IV Ferdinando Siciliya kralı və de-yure Neapol kralı olaraq Napoleon Bonaparta qarşı qurulan dördüncü, beşinci və altıncı koalisiyalara qoşuldu. Amma bunlar heç vaxt Fransızların baş İtaliya yarımadası və Karolina və Jochaim Muratın Neapol üzərində də de-fakto səltənətinə mane ola bilmədilər.
1814-cü ildə Napoleon Bonapart məğlub olaraqb Elba adasına sürgünə göndərildiyi zaman, Neapol Krallığı üzərindəki qanuni haqqı olduğunu iddia edən IV Ferdinandonun bütün səylərinə baxmayaraq, Avstriya ilə Jochaim Murat razılaşdılar və Jochaim Muratın "İki Siciliya Kralı" olduğu qəbul edildi. Ancaq digər koalisiya tərəfdaşları buna şiddətlə qarşı çıxdılar və Joachim Muratın hökmdarlıq vəziyyəti get-gedə zəiflədi. 1816-cı ildə Napoleon Bonapart Elbadan qayıdıb Fransada "Yüz Günluk hökm" sürdüyü zaman Joachim Murat təkrar qaynı Napoleona dəstək verdi. Avstriyalıların özünü taxtdan atacaqlarını bildiyi üçün Joachim Murat İtalyanın müstəqillik tərəfdarları ilə razılaşıb İtaliyanın birləşib tək bir müstəqil dövlət olmasını qəbul edən "Rimini bəyanaməsini" yayımladı.
Avstriya və Joachim Muratın "İki Siciliya Krallığı" arasındakı müharibə Tolentino müharibəsində Avstriyalıların qələbəsi ilə tez bitdi. Joachim Murat öz taxtını qoruya bilmədi və həbs edilərək edam edildi. Beləliklə, ertəsi il, 1816-cı ildə Neapol Krallığı və Siciliya Krallığı rəsmən bir-birinə bağlanıb tək bir yeni Sicilyateyn Krallığı yaradıldı və Neapol Krallığı rəsmən sona çatmış oldu.