Nahamar Qaragac - Wikipedia
Nahamar qarağac (lat. Ulmus glabra) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin qarağackimilər fəsiləsinin qarağac cinsinə aid bitki növü.
Nahamar qarağac | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: Növ: Nahamar qarağac |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Təbii yayılması
redaktəVətəni Avropa, Rusiyanın Avropa hissəsidir.
Botaniki təsviri
redaktəHündürlüyü 30-35 m, çətrinin diametri 10 – 30 m, düz gövdəli, yelpikvari, sıx çətirli ağacdır. Qabığı tünd boz, xırda yarpaqlıdır. Yarpaqları nahamar, cod tükcüklərlə örtülmüşdür. Payızda parlaq sarı rənglidir. Yarpaqlar açılanadək çiçəkləyir, küləklə tozlanan bitkidir. Çiçəkləri yaşıl-sarı, xırda, sallaq erkəkciklıdir. Meyvələri yayın ortalarında yetişir.
Ekologiyası
redaktəİşıqsevən, kölgəyə, şaxtaya, tüstüyə, qaza, şoranlaşmaya davamlıdır. Məhsuldar torpaq tələb edir. Qısamüddətli quraqlığa dözür.
Azərbaycanda yayılması
redaktəBöyük və Kiçik Qafqazda, Naxçıvanda, Talış zonasında təbii halda yayılmışdır.
İstifadəsi
redaktəYaşılaşdırmada yararlıdır.