Naftalan Tarix Diyarsunasliq Muzeyi - Wikipedia
Naftalan Tarix-Diyarşünaslıq Мuzeyi -
Naftalan Tarix-Diyarşünaslıq Мuzeyi | |
---|---|
Naftalan Tarix-Diyarşünaslıq Мuzeyi | |
Əsası qoyulub | 1983 |
Mövzu | Tarix |
Yerləşir | Naftalan şəhəri |
Kolleksiyası | 5407 eksponat |
Telefon | (+994 21) 263-13-56 |
İş rejimi | (II – VII) 10:00 – 18:00 |
Muzeyin tarixi
redaktəMuzey Naftalan şəhər Xalq Deputatları Sovetinin tərkibində Mədəniyyət inspektorluğunun tabeliyində 1983-cü ildən fəaliyyət göstərir. Muzey Kurort Birliyinin balansında ümumi sahəsi 318 m2 olan binada yerləşdirilmişdir. 2006-cı ilə kimi həmin binada fəaliyyət göstərmiş, bina qəzalı vəziyyətdə olduğuna görə 05.05.2006-cı il tarixli 141 saylı əmrlə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin göstərişinə əsasən muzey eksponatları yeni muzey binası tikilənə kimi uyğunlaşdırılmış binaya köçürülmüşdür.
Muzey eksponatları
redaktəMuzeyin fondunda 5407 ədəd eksponat var. Eksponatlar Naftalan şəhərinin keçmişinə dair rəngli və ağ-qara fotoşəkillərdən, sənədlərdən, nəqqaşlıq, arxeoloji, məişət və etnoqrafik əşyalardan və şəfa tapmış xəstələrin keçmiş SSRİ-nin müxtəlif bölgələrindən göndərdikləri təşəkkür məktublarından, sanatoriyaya müəalicəyə gəlmiş xəstələrin sağaldıqdan sonra muzeyə bağışladıqları əsalardan ibarətdir.[1] Azərbaycanın ucqarında fəaliyyət göstərən dünyada yeganə olan muzeyin ilk eksponatı 1978-ci ilə aiddir
Əsalar muzeyi
redaktəNaftalan şəhərində dünyada yeganə olan bir muzey mövcuddur. Bu muzeyin eksponatları hər biri özündə bir tarix yaşadan taxta, dəmir və müxtəlif materiallardan olan əsalar, qoltuq ağacları və saysız-hesabsız təşəkkür məktublarıdır. Bütün dünyada bura “Əsalar muzeyi” kimi tanınır. Naftalan şəhər Tarix-Diyarşünaslıq Muzeyinin tərkibində fəaliyyət göstərən “Əsalar muzeyi”nin qəribə yaranma tarixçəsi var. Belə ki, ötən əsrdən başlayaraq sağlamlıq əhəmiyyətli Naftalan neftinin sorağını eşidən minlərlə insan müxtəlif ölkələrdən bu kiçik şəhərə üz tutub. Əsayla, qoltuq ağaclarıyla gələn insanlar müalicədən sonra artıq bu əşyalar onlara lazım olmadığından elə sanatoriyalarda qoyub gediblər. Vətənlərinə döndükdən sonra isə Naftalana olan sevgilərini ünvanladıqları təşəkkür məktublarında qeyd ediblər. Beləcə, sanatoriyalarda yığılan çoxsaylı qoltuq ağacları, fotoşəkillər və təşəkkür ifadələri ilə dolu məktublar cəmlənərək dünyada ən unikal muzeylərdən birinin yaranmasına səbəb olub. “Əsalardan təşkil olunmuş muzey şəhərimizdə 1983-cü ildən fəaliyyət göstərir. Lakin müstəqilliyimizin ilk illərində bir çox sahələr kimi Naftalanın “Əsalar muzeyi” də fəaliyyətini dayandırmağa məcbur olub. Lakin onun eksponatlarının əksəriyyəti tərəfimizdən qorunub saxlanıb. Bu ildən başlayaraq Naftalan şəhər Tarix-Diyarşünaslıq Muzeyi yeni binaya köçüb və “Əsalar muzeyi” də onun tərkib hissəsi olaraq buraya yerləşdirilib”."Əsalar muzeyi". https://sputnik.az. İstifadə tarixi: 01.08.2021.
Həmçinin bax
redaktəXarici keçidlər
redaktə- "Naftalandakı "Əsa muzeyi"nin bərpası şəhərə daha çox turist cəlb edə bilər". https://azertag.az. İstifadə tarixi: 07.01.2021.
- "Əsalar muzeyi". https://sputnik.az. İstifadə tarixi: 01.08.2021.
- "Ölü gəlib, diri gedən" adamlardan qalan muzey
İstinadlar
redaktə- ↑ "Naftalan şəhər Tarix Diyarşünaslıq Muzeyi". ganja.mctgov.az. 2021-01-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 07.01.2021.