Nadiye Murad - Wikipedia
Nadiyə Murad Base Taha (ərəb. نادية مراد باسي طه; 10 mart 1993[1], Koço[d], Neynəvə mühafəzəsi[2][3])[4] — Almaniyada yaşayan 1993-cü ildə doğulmuş İraqlı Yezidilərdən olan insan hüquqları müdafiəçisi.[5][6] 2014-cü ildə məmləkəti Koçodan qaçırılaraq üç ay müddətində İraq Şam İslam Dövləti tərəfindən saxlanılıb.[7]
Nadiyə Murad | |
---|---|
ərəb. نادية مراد | |
Doğum tarixi | 10 mart 1993[1] (31 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | mühazirəçi[d], aktivist, siyasi fəal[d] |
Fəaliyyət illəri | 2014-cü ildən |
Mükafatları |
"Nobel" sülh mükafatı Vatslav Havel adına mükafat |
nadiasinitiative.org | |
Vikianbarda əlaqəli mediafayllar |
Murad, "soyqırım, kütləvi vəhşiliklər və traffikinq (insan alveri) qurbanları olan qadınların və uşaqların həyatlarını və icmalarını sağaltmaq, yenidən qurmaqda köməklik edən" "Nadiyə Təşəbbüsü" təşkilatının yaradıcısıdır.[8] 2018-ci ildə insan hüquqları üzrə fəallar Nadiyə Murad və Deni Mukveqe "cinsi zorakılığın döyüş silahı kimi və silahlı qarşıdurmalarda istifadəsinin sona çatdırılması uğrunda səylərinə görə" Nobel sülh mükafatı lauretı olublar.
Erkən həyatı və İŞİD tərəfindən tutulması
redaktəMurad, İraqın Səncər qəzasının Koço kəndində anadan olub.[9] Ailəsi, yezidi azlığından olan əkinçi ailəsi idi.[10] 19 yaşında, İraq Şam İslam Dövləti döyüşçüləri kənddəki Yezidi camaatını yaxaladıqda, Murad İraqın şimalındakı Səncar qəzasının Koço kəndində yaşayan bir tələbə idi, Nadiyənin altı qardaşı və ögey qardaşları da daxil olmaqla 600 nəfər öldürülür və gənc qadın və qızlar kölə kimi aparılır. Həmin il, Murad İraq Şam İslam Dövləti tərəfindən İraqda əsir götürülmüş 6.700-dən çox yezidi qadın və qızlarıdan biri idi.[11] O,15 avqust 2014-cü ildə tutuldu.[12] O, Mosul şəhərində, döyülərək, siqaretlə bədəninə xəsarətlər yetirilərək, təcavüzə məruz qalaraq, qul kimi tutuldu. Onları tutan insan evi kilidləmədən getdiyi üçün, o, evdən qaça bilir. Muradı, İraq Kürdüstanının Dəhükdəkı qaçqın düşərgəsinə yollanmasına kömək edən İraq Şam İslam Dövlətinin nəzarətində olan ərazidən qaçaq yolu ilə keçirə bilən qonşu bir ailə götürdü. Sentyabrın əvvəlində və ya 2014-cü ilin noyabrında o,İŞİD ərazisindən çıxdı.[13] She was out of ISIS territory in early September[14] or in November 2014.[12]
2015-ci ilin fevral ayında o, Rvanqa düşərgəsində olarkən, çevrilən göndərmə konteynerində yaşayarkən Belçikanın gündəlik La Libre Belgique qəzetinin müxbirlərinə ilk ifadəsini verdi.[14] 2015-ci ildə, onun yeni evi olan Almaniya,Baden-Vürtemberq hökumətinin təşkil etdiyi qaçqın proqramından faydalanan 1000 qadın və uşaqdan biri oldu.[15][16]
Karyerası və aktivliyi
redaktə16 dekabr 2015-ci ildə Murad Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasında insan alveri və qarşıdurma mövzusunda danışdı..[10][17] Bu, şuraya insan alveri ilə bağlı ilk dəfə məlumat verildi.[18] Səfir kimi rolunun bir hissəsi olaraq, Murad insan alveri və qaçqınlar haqqında məlumatlandırmaq üçün qlobal və yerli təbliğat təşəbbüslərində iştirak edəcəkdi. Murad insan alveri və soyqırım qurbanlarının ifadələrini dinləmək üçün qaçqın və sağ qalan icmalara müraciət edir.[19]
2016-cı ilin sentyabrında vəkil Əməl Kluni Muradın İŞİD komandirlərinə qarşı qanuni hərəkətlərdə təmsil olunması üçün 2016-cı ilin iyununda verdiyi qərarı müzakirə etmək üçün,[20] Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq İdarəsi qarşısında çıxış etdi.[18][19][21] Kluni, İŞİD tərəfindən edilən soyqırımı, təcavüz və insan alverini "sənaye miqyasında pis bürokratiya" olaraq, bunu Facebookda və bu gün də aktiv olan Orta Şərqdə mövcud olan bir qul bazarı olaraq xarakterizə etdi.[11] Murad gördüyü işlər nəticəsində təhlükəsizliyi üçün ciddi təhdidlər alıb.[10]
2016-cı ilin sentyabr ayında Murad, Nyu-Yorkda Tina Brounun ev sahibliyi etdiyi bir tədbirdə Nadiyənin təşəbbüsünü elan etdi. Təşəbbüs təbliğat aparmaq və soyqırım qurbanlarına yardım niyyətindədir.[22] Elə həmin ay o, Birləşmiş Millətlər Təşkilatının İnsan alveri qurbanlarını müdafiəsinə görə ilk xoşməramlı səfir seçildi.[23]
3 may 2017-ci ildə Murad Vatikan şəhərində Roma Papası Fransisk və Yepiskop Qallaxer Pop Riçard ilə görüşdü. Görüş zamanı "Hələ İŞİD əsirliyində olan Yezidilərə kömək istədi, Vatikanın azlıqlara verdiyi dəstəyi etiraf etdi, İraqdakı azlıqlar üçün muxtar bölgə sahəsini müzakirə etdi, İraq və Suriyadakı dini azlıqların, qurbanlar və məcburi köçkünlər, habelə mühacirlərin mövcud vəziyyət və çətinliklərini vurğuladı."[24]
Muradın "Son qız: Əsirlik tarixçəm və İslam Dövlətinə qarşı mübarizəm" adlı xatirəsi Croun nəşriyyat qrupu tərəfindən 7 noyabr 2017-ci il tarixində nəşr edilmişdir.[25][26]
2018-ci ildə rejissor Aleksandriya Bombak, Muradın həyat hekayəsini və aktivliyini əks etdirən "Onun çiyinlərində" adlı sənədli film hazırlandı.[27][28][29]
2019-cu ildə Murad Dini Azadlıqların İnkişafına Köməkçi İllik Nazirlərə[30] müraciət etdi və burada öz hekayəsi və 3 avqust 2014-cü il hücumlarından təxminən beş il sonra yezidilərin üzləşdiyi çətinliklər haqqında danışdı,İraqda qarşılaşdıqları problemləri həll etmək üçün "beş bəndlik fəaliyyət planı"[31] hazırladı.[32][33] Hekayəsi zirvədə olan Murad, dünyanın hər yerindən gələn dini təqiblərdən sağ qalanların heyətindən birində idi. Heyətin tərkibində 17 iyul 2019-cu ildə, Murad anası və altı qardaşı da daxil olmaqla ailə üzvlərini itirməklə bağlı şəxsi hekayəsini bölüşməyə çalışdığı prezident Donald Tramp ilə Oval Ofisdə görüşdü və bir şey etmək istədi.[34]
Şəxsi həyatı
redaktə2018-ci ilin avqust ayında Murad yoldaşı yezidi hüquq müdafiəçisi Abid Şamdinlə nişanlandı.[35]
Mükafat və təltifləri
redaktə- 2016: Birləşmiş Millətlər Təşkilatının İnsan alverinə qarşı mübarizə istiqamətində ilk xoşməramlı səfir[11][36]
- 2016: Avropa Şurası Vaçlav Havel adına İnsan Haqları mükafatı[37]
- 2016: Fikir azadlığına görə Saxarov mükafatı (Lamiyə Hacı Bəşər ilə birlikdə)[38][39][40]
- 2018: Nobel sülh mükafatı (Denis Mukveqe ilə birlikdə)[41]
- 2019: Bembi mükafatı[42]
Ədəbiyyat
redaktə- Nadia Murad: The Last Girl: My Story of Captivity, and My Fight Against the Islamic State (Virago eBook, 7 November 2017), ISBN 978-0-349-00974-2 (English)
- Nadia Murad: Ich bin eure Stimme: Das Mädchen, das dem Islamischen Staat entkam und gegen Gewalt und Versklavung kämpft (Knaur eBook, 31 October 2017), ISBN 978-3-426-21429-9 (German)
Film
redaktə- Onun çiyinlərində
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 https://www.nobelprize.org/prizes/peace/2018/murad/facts/.
- ↑ 1 2 Who is the Nobel Peace Prize 2018 winner Nadia Murad?.
- ↑ 1 2 nobelprize.org (ing.). Nobel Foundation.
- ↑ By Editorial Staff. "Iraqi Yazidi human rights activist Nadia Murad gets married". Kurd Net - Ekurd.net Daily News. 20 August 2018. 2019-01-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-28.
- ↑ Murad, Nadia; Krajeski, Jenna. The Last Girl: My Story of Captivity and My Fight Against the Islamic State (ingilis). Little, Brown Book Group. 7 November 2017. ISBN 9780349009766. 19 March 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 February 2020.
- ↑ Siddique, Haroon; Maclean, Ruth. "Nobel peace prize 2018 won by Denis Mukwege and Nadia Murad – as it happened". The Guardian. 5 October 2018. 11 March 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 February 2020.
- ↑ Westcott, Lucy. "ISIS sex slavery survivor on a mission to save Yazidi women and girls". Newsweek. 19 March 2016. 12 February 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 September 2016.
- ↑ "Nadia Murad". Forbes. 5 October 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 October 2018.
- ↑ "Who is the Nobel Peace Prize 2018 winner Nadia Murad?". The National. 2019-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-28.
- ↑ 1 2 3 Murad Basee Taha, Nadia. "Nadia Murad Basee Taha (ISIL victim) on Trafficking of persons in situations of conflict – Security Council, 7585th meeting" (Video). United Nations Television (UNTV). 16 December 2015. 26 December 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 September 2016.
- ↑ 1 2 3 "Appointment Ceremony of Ms. Nadia Murad Basee Taha As UNODC Goodwill Ambassador for the Dignity of Survivors of Human Trafficking on the Occasion of the International Day of Peace" (Video). United Nations Television (UNTV). 16 September 2016. 26 December 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 September 2016.
- ↑ 1 2 Alter, Charlotte. "A Yezidi Woman Who Escaped ISIS Slavery Tells Her Story". Time. 20 December 2015. 14 April 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 December 2016.
- ↑ Collard, Rebecca. "He Helped Iraq's Most Famous Refugee Escape ISIS. Now He's the One Who Needs Help". Time (magazine) (ingilis). 13 July 2018. 30 October 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 November 2018.
- ↑ 1 2 Lamfalussy, Christophe. "La sixième nuit j'ai été violée par tous les gardes, Salman a dit: elle est à vous maintenant". 22 February 2015. 11 December 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 February 2020.
- ↑ Alter, Charlotte. "Yezidi Girl Who Escaped Isis Sex Slavery: Please Help Us". Time (magazine). 20 December 2015. 14 April 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 September 2016.
- ↑ Whyte, Lara. "'Every Part of Me Changed in Their Hands': A Former ISIS Sex Slave Speaks Out". Broadly. 18 February 2016. 4 August 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 September 2016.
- ↑ "ظهورجريء للفتاة الازيديية نادية مراد ابكى اعضاءً في مجلس الامن وصفق لها الحاضرون". عراق برس. 18 December 2015. 4 August 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 5 October 2016.
- ↑ 1 2 Harris, Elise. "Amal Clooney, George's wife, takes on U.N. and ISIS". The Washington Times. 19 September 2016. 7 June 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 September 2016.
- ↑ 1 2 McFadden, Cynthia; Whitman, Jake; Rappleye, Hannah. "Amal Clooney Takes on ISIS for 'Clear Case of Genocide' of Yazidis'". NBC News. 19 September 2016. 3 August 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 September 2016.
- ↑ Allum, Cynthia. "Exclusive: Amal Clooney to represent ISIS survivor Nadia Murad and victims of Yazidi genocide". The New York Times. 9 June 2016. 17 December 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 24 September 2016.
- ↑ Lara, Maria Mercedes. "Watch: Amal Clooney Reveals She and George Talked About the 'Risks' of Taking on ISIS – 'I Mean, This Is My Work'". People (magazine). 19 September 2016. 22 September 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 September 2016.
- ↑ "Nadia's Initiative". Uncommon Union. 31 January 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 October 2016.
- ↑ del Campo, Carlos Gomez. "Human trafficking survivor Nadia Murad named UNODC Goodwill Ambassador". United Nations Office on Drugs and Crime (UNODC). 16 September 2016. 18 September 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 September 2016.
- ↑ "A Meeting with his Holiness Pope Francis". nadiamurad.org. 8 May 2017. 28 October 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 October 2017.
- ↑ "The Last Girl". nadiamurad.org. 17 August 2017. 27 December 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 October 2017.
- ↑ NadiaMuradBasee. "Honored to announce my memoir THE LAST GIRL will be published by @CrownPublishingGroup on Nov 7th" (Tweet). 23 October 2017.
- ↑ Weissberg, Jay; Weissberg, Jay. "Film Review: 'On Her Shoulders'". Variety (ingilis). 28 January 2018. 12 April 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 June 2019.
- ↑ Ehrlich, David; Ehrlich, David. "'On Her Shoulders' Review: A Documentary About Yazidi Activist Nadia Murad Becomes an Essential Portrait of the Strength Required to Speak Up — Sundance 2018". IndieWire (ingilis). 20 January 2018. 12 April 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 June 2019.
- ↑ Minow, Nell. "On Her Shoulders Movie Review (2018) | Roger Ebert". www.rogerebert.com (ingilis). 12 April 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 June 2019.
- ↑ "Ministerial to Advance Religious Freedom". 2022-09-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-02.
- ↑ Ochab, Ewelina U. "Nadia Murad Explains The Blueprint To Help Religious Communities In Iraq". Forbes. 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-02.
- ↑ Ochab, Ewelina U. "Nadia Murad Explains The Blueprint To Help Religious Communities In Iraq". Forbes (ingilis). 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-02.
- ↑ Ministerial To Advance Religious Freedom (Tuesday Part 2 of 3) (ingilis), 2022-03-25 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2019-08-02
- ↑ Saffeya Ahmed. "Trump Oval Office exchange with Nobel Peace Prize winner highlights tension over immigration". CNN. 2022-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-02.
- ↑ "Yazidi Islamic State survivor gets engaged". BBC News. 20 August 2018. 11 April 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 February 2020.
- ↑ Monasebian, Simone. "Nadia Murad Basee Taha to be appointed Goodwill Ambassador by United Nations Office on Drugs and Crime on 16th September". United Nations Office on Drugs and Crime (UNODC). 14 September 2016. 19 September 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 September 2016.
- ↑ "Václav Havel Human Rights Prize 2016 awarded to Nadia Murad". PACE News. 5 October 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 October 2018.
- ↑ "Why I am nominating Nadia Murad for Sakharov Prize". Beatriz Becerra. 12 September 2016. 10 October 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 October 2016.
- ↑ Becerra Basterrechea, Beatriz. "Yazidi genocide victims deserve European Parliament prize". EurActiv. 20 July 2016. 23 July 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 October 2016.
- ↑ "EU Parliament awards Sakharov prize to Yazidi women". 27 October 2016. 26 December 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 February 2020.
- ↑ Callimachi, Rukmini; Gettleman, Jeffrey; Kulish, Nicholas; Mueller, Benjamin. "Nobel Peace Prize Awarded to Denis Mukwege and Nadia Murad for Fighting Sexual Violence". The New York Times. 5 October 2018. 5 October 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 October 2018.
- ↑ "Friedensnobelpreisträgerin Nadia Murad mit Bambi geehrt". landeszeitung.de (alman). 2019-11-21. 2020-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-07.