Nadir Ismayilov - Wikipedia
Nadir İsmayılov (d. 05 fevral 1956, Beyləqan rayonu, Azərbaycan SSR) — Bakı Dövlət Universitetinin İnformasiya və sənəd menecmenti fakültəsinin Sənəd menecmenti (keçmiş Biblioqrafiyaşünaslıq) kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent, "Kitabxanaşünaslıq və biblioqrafiya" elmi-nəzəri, metodik və təcrübi jurnalının baş redaktor müavini, Birləşmiş Millətlər Təşkilatı (BMT) yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının həqiqi üzvü (2014).[1][2][3][4]
Nadir İsmayılov | |
---|---|
Nadir İslam oğlu İsmayılov | |
Doğum tarixi | |
Doğum yeri | SSRİ, Azərbaycan SSR, Beyləqan |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | Azərbaycanlı |
Elm sahəsi | Biblioqrafiyaşünaslıq |
Elmi dərəcəsi | pedaqogika üzrə fəlsəfə doktoru |
Elmi adı | dosent |
Təhsili | Bakı Dövlət Universiteti |
Elmi rəhbəri | Zöhrab Əliyev |
Mükafatları |
Həyatı
redaktəNadir İslam oğlu İsmayılov 05 fevral 1956-cı ildə Azərbaycanın Beyləqan (keçmiş Jdanov) rayonunun Əmirzeyidli kəndində dünyaya göz açmışdır. Ailəlidir. İki övladı var.[2][3][4]
Təhsili
redaktəO, 1973-cü ildə Jdanov (indiki Beyləqan) rayonu Şahsevən kənd 1 saylı orta məktəbini bitirmiş, 1974-cü ildə isə Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq fakültəsinə daxil olmuşdur; 1974–1979-cu illərdə Bakı Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsində və 1979–1982-ci illərdə isə aspiranturada təhsil almışdır.[2][3][4]
Elmi və pedaqoji fəaliyyəti
redaktəİsmayılov Nadir İslam oğlu 1982-ci ildən BDU-nun Biblioqrafiyaşünaslıq kafedrasının müəllimidir. 1987-ci ildə Moskva Dövlət Mədəniyyət İnstitutunda "Təbabət üzrə məhəlli kitabxana-biblioqrafiya ehtiyatlarının inkişafı, müasir vəziyyəti və təkmilləşdirilməsi yolları (Azərbaycan materialları əsasında)" mövzusunda dissertasiya işini müdafiə edərək pedaqogika üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır. O, 1992-ci ildən dosentdir. Müxtəlif fasilələrlə BDU-nun Kitabxanaçılıq-informasiya (indiki İnformasiya və sənəd menecmenti) fakültəsində dekan müavini vəzifəsində işləmişdir (1994–2003).[2][3][4]
2019-cu ildə "Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019)" yubiley medalı ilə təltif olunmuşdur.[5]
2023-cü ildə Bakı Dövlət Universitetinin (BDU) əməkdaşları arasında 27 Mart - Elm Gününə həsr olunmuş “İlin alimi” müsabiqəsinin nəticələrinə əsasən "Humanitar və ictimai elmlər" nominasiyası üzrə BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin "Sənəd menecmenti" kafedrasının müdiri dosent Nadir İsmayılov I yerə layiq görülmüşdür.[6]
Nadir İsmayılov dünyanın bir sıra ölkələrində nüfuzlu Beynəlxalq elmi konfranslarda məruzələrlə çıxış etmişdir. O, 100-dən çox elmi məqalənin[7], 2 monoqrafiyanın[8][9], 10-dan çox kitabın[10][11] müəllifidir və elmi rəhbər kimi, indiyədək 4 fəlsəfə doktoru dissertasiya işinin ərsəyə gəlməsində əməyi olmuşdur.[1][2][3]
İstinadlar
redaktə- ↑ 1 2 "İsmayılov Nadir İslam oğlu". 2022-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-05.
- ↑ 1 2 3 4 5 "Biblioqraf alim, qayğıkeş ziyalı". 2023-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-05.
- ↑ 1 2 3 4 5 "Dəyərli biblioqraf alim, qayğıkeş ziyalı". 2023-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-05.
- ↑ 1 2 3 4 "Azərbaycan Kitabxana Ensiklopediyası" (PDF). 2021-10-26 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-02-05.
- ↑ ""Bakı Dövlət Universitetinin əməkdaşlarının "Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019) Azərbaycan Respublikasının yubiley medalı" ilə təltif edilməsi barədə" Azərbaycan Respublikasının Təhsil Nazirinin Əmri, 25 noyabr 2019-cu il, № K-1768" (PDF). 2023-02-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-02-05.
- ↑ "BDU-da keçirilən "İlin alimi" müsabiqəsinin qalibləri mükafatlandırılıb". 2023-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-28.
- ↑ "İsmayılov Nadir İslam oğlu, pedaqogika üzrə fəlsəfə doktoru — Azərbaycan Milli Kitabxanasının E-kataloqunda Elmi əsərələrinin siyahısı". 2023-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-05.
- ↑ "Надир Исмаилов (2013). Библиотечно-библиографические и информационные ресурсы Азербайджана (монография)". 2023-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-05.
- ↑ "İsmayılov N., Rzayeva Z. Azərbaycanda kitabxanaçılıq-biblioqrafiya sahəsində sənəd axınının təşəkkülü, inkişafı və müasir vəziyyəti: monoqrafiya. — Bakı: Mütərcim, 2021. — 247 s." 2023-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-05.
- ↑ "Kitabxanada ölkəşünaslıq (diyarşünaslıq) üzrə biblioqrafik fəaliyyət: nəzəri-tarixi, təşkilati-metodiki məsələləri /N. İsmayılov, Q. Hacıyeva; elmi red. Z. H. Əliyev; Azərb. Resp. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi; Respublika Elmi-Texniki Kitabxanası; Bakı Dövlət Universiteti. Bakı: Mütərcim, 2004. — 111 s." 2023-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-05.
- ↑ "Kitabxanaçılıq-informasiya fakültəsi — 60: biblioqrafik məlumat kitabı /Azərb. Resp. Təhsil Nazirliyi, BDU; tərt. N. İ. İsmayılov, S. A. Sadıqova; red. prof. X. İsmayılov. — Bakı: Bakı Universiteti nəşriyyatı, 2008. — 271 s." 2023-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-05.
Xarici keçid
redaktə- Virtual sərgi: Biblioqrafiyaşünas alim - Nadir İsmayılov