Nabur - Wikipedia
Nabur — Azərbaycan Respublikasının Qobustan rayonunun inzibati ərazi vahidində kənd.
Nabur | |
---|---|
40°37′56″ şm. e. 48°55′11″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 778 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Tarixi mənbələrdə
redaktəOsmanlı imperiyası ilə Rusiya arasında 1727-ci il 12 dekabrda Şamaxı yaxınlığında Nabur kəndində imzalanmış müqaviləyə əsasən ruslar Cavad, Salyan, Şeşpara və Rustov ərazilərinə yiyələndilər. Azərbaycan torpaqlarının qərb hissəsi isə Osmanlııların əlində qaldı. Bu müqavilə tarixdə "Nabur müqaviləsi" adlanır.
Etimologiyası
redaktəNabur oykoniminin adı zülqədər tayfasının nabur tirəsinin adı ilə bağlıdır. Ermənistan ərazisində də eyniadlı kənd qeydə alınmışdır.[1]
Əhalisi
redaktəƏhalisi təxminən 5000 nəfərdir. Muğam ustadı Alim Qasımov, general-mayor Əbdül Xalıqov bu kənddə anadan olmuşlar.
İqtisadiyyatı
redaktəƏhalinin əsas məşğuliyyəti maldarlıq, qoyunçuluq, əkinçilik və qismən arıçılıqdır.
Din
redaktəKənddə Nabur kənd məscidi dini icması fəaliyyət göstərir[2].
Həmçinin bax
redaktəXarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-Qərb. Bakı. 2007. səh.427
- ↑ MÜSƏLMAN DİNİ İCMALAR - 2017-ci ildə qeydiyyatdan keçənlər Arxivləşdirilib 2022-06-26 at the Wayback Machine. scwra.gov.az (az.)
Qobustan rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |