Navi - Wikipedia
NAVI — Artsyom Lukyanyenka (vokalist və gitaraçı), Kseniya Juk (vokalist), Alyaksandr Tabolski (gitaraçı), Uladzislav Çaşçavik (bassist) və Uladzimir Beherdən (təbilçi) ibarət Belaruslu musiqi qrupu. Onlar Belarusu 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdirlər.[1]
NAVI | |
---|---|
| |
Əsas məlumatlar | |
Üslub | |
Fəaliyyət illəri | 2013–h.h. |
Ölkə | Belarus |
Şəhər | Minsk |
Dil | Belarusca |
Heyət |
Artsyom Lukyanyenka Kseniya Juk Alyaksandr Tabolski Uladzislav Çaşçavik Uladzimir Beher |
Vikianbarda əlaqəli mediafayllar |
Yaranma tarixçəsi
redaktəBaşlanğıc
redaktəNAVI qrupu 2013-cü ildə Artsyom Lukyanyenka və Kseniya Juk tərəfindən Belarusun paytaxtı Minskdə yaranmışdır. Onların ilk mahnısı olan "Abdymi myane" həmin ilin yayında təqdim edilmişdir. Belarusda radio hitə çevrilən mahnı qrupun karyerasının başlanğıcı olmuşdur.
Lovi və Soncam sahretyja (2014)
redaktə2014-cü ildə NAVI qrupunun Lovi və Soncam sahretyja adlı ilk iki albomları işıq üzü görmüşdür. Qrupun musiqi faəliyyəti bir neçə rus, belarus və ukraynalı musiqiçiləri tərəfindən müsbət qiymətləndirilmişdir. Daha sonra qrup ardıcıl olaraq bir çox Belarus telekanallarında çıxış etməyə başlamış, ölkənin Minsk, Qrodno və Qomel şəhərlərində ilk konsertlərini vermişdirlər. NAVI qrupu eyni zamanda Milad ərəfəsində Moskvanın Dövlət Akademik Böyük Teatrında çıxış etmişdir. 2014-cü ildə qrup Belarusun Drujba, Musical evenings in Mir Castle festivallarında və Polşanın Halfway festivalında da çıxış etmişdir.
Yeni heyət (2015)
redaktə2015-ci ildə qrupa Alyaksandr Tabolski (gitaraçı), Uladzislav Çaşçavik (bassist) və Uladzimir Beher (təbilçi) də qoşulmuşdur. Yeni heyət ilə qrup Belarus şəhərləri ilə yanaşı Praqa, Varşava, Moskva və Sankt-Peterburqda da konsertlər verməyə başlamışdır. Qrup Rusiyada keçirilən Wild Mint Festival, Belarusda keçirilən Slavyan Bazarı və Polşada keçirilən Bardauskaja Vosień festivallarında çıxış etmişdir.
2015-ci ilin yanvar ayında NAVI qrupu "Abdymi myane" mahnısına görə "Belarus dilində ən yaxşı mahnı" kateqoriyasında "Lira" mükafatını qazanmışdır.
Belarusda məşhurluq (2016)
redaktə2016-cı ildə NAVI qrupu "Heta ziamlia" Belarusun BTRC telekanalının Avroviziya Mahnı Müsabiqəsi üçün təşkil etdiyi milli seçim turuna qatılmışdır. Nəticədə qrup seçim turunda dördüncü yeri tutaraq, Avroviziyada iştirak edə bilməmişdir.
Qrup 2016-cı il ərzində bir çox konsertlər vermiş və eyni zamanda Rusiyada keçirilən Wild Mint Festival, Belarusda keçirilən A-Fest və Mirum Music Festival və Polşada keçirilən Basowiszcza festivallarında iştirak etmişdir. Həmin ildə İngiltərəli müğənni Coss Stoun Minskdə konsert proqramında çıxış edərkən Artsyom və Kseniya ilə birlikdə "Abdymi myane" mahnısını ifa etmişdir.
Avroviziya Mahnı Müsabiqəsi (2017)
redaktə2017-ci ilin yanvar ayının 20-də NAVI qrupunun "Historyja majho žyccia" (belar. Гісторыя майго жыцця, azərb. Həyatımın hekayəsi) mahnısı ilə bir daha Belarusun Avroviziya üçün keçirilən milli seçim turuna qatılacağı təsdiqini tapmışdır. Eyni gündə qrupun Iliuminacyja adlı üçüncü studiya albomu işıq üzü görmüşdür.
Belarusun milli seçim turunda birinciliyi qazanan NAVI qrupu ölkəni "Historyja majho žyccia" mahnısı ilə Ukraynanın paytaxtı Kiyevdə keçirilən Avroviziya 2017-də təmsil etmək hüququ qazanmışdır. Bu Belarusun Avroviziyadakı ilk belarus dilində səslənən mahnısı olaraq müsabiqə tarixinə düşmüşdür.
Müsabiqə üçün uzun sürən hazırlıqlardan sonra NAVI qrupu 11 may tarixində baş tutan müsabiqənin ikinci yarımfinal mərhələsində 14-cü nömrə altında səhnə almışdır. Nəticədə qrup 110 xalla 9-cu yeri tutaraq, Avroviziya 2017-nin finalına yüksəlməyə nail olmuşdur. Qrup finalda ümumi nəticədə 26 ölkə təmsilçisi arasında 83 xalla 17-ci yerdə qərarlaşmışdır.
Avroviziyada iştirakdan sonra qrup Belarusda keçirilən Rock za Bobrov və Mirum Music Festival və Polşada keçirilən Basowiszcza festivallarında çıxış etmişdir. 2017-ci ilin iyun ayında NAVI qrupu Minskdə on mindən artıq insan qarşısında çıxış etmişdir.
Həmin ilin dekabr ayında NAVI qrupunun "A dzie žyvieš ty?" adlı yeni mahnısı təqdim edilmişdir. Dekabrın 8-də qrupun dördüncü studiya albomu Adnoj Darogaj satışa çıxarılmışdır. Təqdim edilidiyi ilk gündən albom Belarus hit paradlarında zirvədə yer almışdır.
Heyət
redaktə- Artsyom Lukyanyenka (vokal, gitara) - 13 avqust 1992-ci ildə Belarusun Vitebsk vilayətində anadan olmuşdur.
- Kseniya Juk (vokal) - 21 dekabr 1991-ci ildə Belarusun Minsk şəhərində anadan olmuşdur.
- Alyaksandr Tabolski (gitara)
- Uladzislav Çaşçavik (bass)
- Uladzimir Beher (təbil)
Diskoqrafiya
redaktəAlbomlar
redaktə- Lovi (2014)
- Soncam sahretyja (2014)
- Iliuminacyja (2017)
- Adnoj darohaj (2017)
Sinqllar
redaktə- "Abdymi myane" (2013)
- "Heta ziamlia" (2015)
- "Kolybelnaya" (2016)
- "Historyja majho žyccia" (2017)
- "Biažy" (2017)
- "A dzie žyvieš ty?" (2017)
İstinadlar
redaktə- ↑ "Belarus: NAVI to Eurovision Song Contest 2017". Eurovoix. 20 yanvar 2017. 2017-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-21.
Əvvəlki: İvan "Help you Fly" |
Belarus Avroviziya Mahnı Müsabiqəsində 2018 |
Sonrakı: Alekseev "Forever" |