Nato Kod Adi - Wikipedia
NATO_kod_adı - Haqqında Məlumat
NATO kod adları (ing. NATO reporting name) — Sovetlər İttifaqı (müasir Rusiya), Çin və nadir hallarda digər ölkələrin hərbi və aviasiya texnikasını adlandırmaq üçün NATO-nun istifadə etdiyi adlar.
Kod adları müəyyən qayda ilə ingilis dilindəki sözlərdən təyin edilərək, silahların rəsmi-qəliz adlarından fərqli olaraq, çox asan və dəqiq başa düşməni təmin edir. Adların verilməsi Hava Standartlaşdırmalarının Koordinasiya Komitəsi (Air Standardization Coordinating Committee-ASCC) tərəfindən yerinə yetirilir. Bu komitəyə ABŞ, Böyük Britaniya, Kanada, Avstraliya və Yeni Zelandiya daxildir.
Adlandırma qaydaları
redaktəNATO kod adlandırmasında hər bir texnika daxil olduğu növün ingilis dilində adının baş hərfinə uyğun olaraq başlayır.
Kod adları
redaktə- A — hava-hava tipli raketlər (Air-to-Air missiles)
- B — bombardman təyyarələri (Bomber)
- C — yük təyyarələri (Cargo)
- F — qırıcı təyyarələr (Fighter)
- G — yer-hava tipli raketlər (Ground-to-Air)
- H — vertolyot (Helicopter)
- K — hava-yer tipli raketlər (Air-to-Surface missiles, rus dilindəki "X" hərfinin ingilis transkripsiyasındakı "Kh"-nın ilk hərfi).
- M — başqa kateqoriyalara daxil olmayan, müxtəlif məqsədlər üçün nəzərdə tutulan təyyarələr (Miscellaneous)
- S — yer-yer tipli raketlər (Surface-to-Surface missiles)
Təyyarələr
redaktə- F – döyüş təyyarələri (Fighter aircraft)
- B – bombardmançı təyyarələr (Bomber aircraft)
- C – mülki/sərnişin təyyarələri (Commercial aircraft)
- H -- helikopter (Helicopters)
- M – digər tipli təyyarələri (Miscellaneous)