Nato Bas Katibi - Wikipedia
NATO baş katibi — Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) ən yüksək vəzifəli şəxsidir. Təşkilatın işinin ümumi əlaqələndirilməsini yerinə yetirir, həmçinin Şimali Atlantika Şurasına sədrlik edir.
Ənənəvi olaraq, baş katib vəzifəsini avropalılar daşıyır. Bu struktur ABŞ-nin təsirini balanslaşdırmağa yönəlmişdir, belə ki, NATO-nun ən yüksək hərbi vəzifəsi sayılan Avropa Müttəfiq Qüvvələri baş komandanını ABŞ təyin edir. Baş katib NATO-ya üzv ölkələrin konsensusu əsasında 4 il müddətinə seçilir. Lakin üzv ölkələrin razılığı əsasında baş katibdən 1 il və ya daha artıq müddətə vəzifədə qalması xahiş oluna bilər.
Hal-hazırda NATO baş katibi vəzifəsini Danimarkanın keçmiş baş naziri Anders Foq Rasmussen tutur. 28 mart 2014-cü ildə Şimali Atlantika Şurası, 1 oktyabr 2014-cü il tarixdən vəzifələrinin icrasına başlamaqla, Norveçin keçmiş baş naziri Yens Stoltenberqi NATO-nun növbəti baş katibi seçdi.
NATO baş katibləri
redaktə# | Baş katib | Foto | Ölkə | Vəzifəyə gəlib | Vəzifədən gedib | Vəzifə müddəti |
---|---|---|---|---|---|---|
1 | Hastinqs İsmey | Böyük Britaniya | 24 mart 1952 | 16 may 1957 | 5 il | |
2 | Pol-Anri Spaak | Belçika | 16 may 1957 | 21 aprel 1961 | 4 il | |
3 | Dirk Stikker | Niderland | 21 aprel 1961 | 1 avqust 1964 | [N 1] | 3 il|
4 | Manlio Brozio | İtaliya | 1 avqust 1964 | 1 oktyabr 1971 | 7 il | |
5 | Yozef Luns | Niderland | 1 oktyabr 1971 | 25 iyun 1984 | 13 il | |
6 | Piter Karington | Böyük Britaniya | 25 iyun 1984 | 1 iyul 1988 | 4 il | |
7 | Manfred Vörner | Almaniya | 1 iyul 1988 | 13 avqust 1994 | [N 2] | 6 il|
— | Sercio Balanzino (icra edən) | İtaliya | 13 avqust 1994 | 17 oktyabr 1994 | [N 2] | 2 ay|
8 | Villi Klaas | Belçika | 17 oktyabr 1994 | 20 oktyabr 1995 | [N 3] | 1 il|
— | Sercio Balanzino (icra edən) | İtaliya | 20 oktyabr 1995 | 5 dekabr 1995 | [N 3] | 6 həftə|
9 | Xavyer Solana | İspaniya | 5 dekabr 1995 | 6 oktyabr 1999 | 4 il | |
10 | Corc Robertson | Böyük Britaniya | 14 oktyabr 1999 | 17 dekabr 2003 | 4 il | |
— | Alessandro Minuto-Ritso (icra edən) | İtaliya | 17 dekabr 2003 | 1 yanvar 2004 | [N 4] | 3 həftə|
11 | Yaap de Hoop Sxeffer | Niderland | 1 yanvar 2004[N 5] | 1 avqust 2009 | 5 il | |
12 | Anders Foq Rasmussen | Danimarka | 1 avqust 2009 | 1 oktyabr 2014[7] | 5 il | |
13 | Yens Stoltenberq | Norveç | 1 oktyabr 2014 | Vəzifəyə təyin edilib | – |
Qeydlər
redaktə- ↑ Stikker səhhəti ilə əlaqədar vəzifəsindən 1 il tez ayrılmışdır.
- ↑ 1 2 Vörner 13 avqust 1994-cü ildə vəzifə başında xərçəng xəstəliyindən vəfat etmişdir. Baş katibin müavini Sercio Balanzino onun ömrünün sonlarına yaxın vəzifələri öz üzərinə götürmüş və onun ölümündən sonra və Villi Klaasın seçilməsinədək vəzifələrin icraçısı olmuşdur.[2]
- ↑ 1 2 Klaas 1980-ci illərdə Belçika nazirlər kabinetində rüşvət alması iddiaları ilə əlaqədar baş katib vəzifəsindən istefa vermişdir. Onun istefasından sonra baş katibin müavini Sercio Balanzino Xavyer Solananın seçilməsinədək baş katib vəzifələrini icra etmişdir.[3]
- ↑ 2003-cü ilin yanvarında Corc Robertson dekabrda vəzifəsindən gedəcəyini elan etdi. Yaap de Hoop Sxeffer onun xələfi seçildi, lakin o Niderland parlamentindəki işləri ilə əlaqədar yalnız 2004-cü ilin yanvarında vəzifələrinin icrasına başlaya bildi. Robertsondan öz vəzifələrini Sxeffer hazır olanadək yerinə yetirməsi xahiş edilsə də, o imtina etdi və nəticədə baş katibin müavini Minuto-Ritso müvəqqəti olaraq baş katib vəzifələrini icra etməli oldu.[4]
- ↑ Sxeffer 1 yanvar 2004-cü ildən NATO baş katibi elan edilsə də,[5] o, vəzifələrinin icrasına yalnız 5 yanvar 2004-də başlaya bildi.[4][6]
İstinadlar
redaktə- ↑ "President Welcomes NATO Secretary General to the White House". The White House. 2006-03-20. 2022-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-04-13.
- ↑ Marshall, Andrew. "Hunt is on to find new NATO chief". The Independent. London. 15 August 1994. 2014-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-03-29.
- ↑ Whitney, Craig. "Facing Charges, NATO Head Steps Down". The New York Times. 21 October 1995. 2014-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-03-29.
- ↑ 1 2 "NATO Chief Steps Down". The New York Times. December 18, 2003. 2014-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-03-29.
- ↑ Crouch, Gregory. "NATO Names a Dutchman To Be Its Secretary General". The New York Times. 23 September 2003. 2014-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-03-29.
- ↑ Crouch, Gregory. "New NATO Chief Takes Over". The New York Times. January 6, 2004. 2014-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-03-29.
- ↑ "The extension of the Secretary General's mandate". NATO. October 3, 2012. 2014-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-27.