Nezeroba - Wikipedia
Nəzəroba - Haqqında Məlumat
Nəzəroba — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Masallı rayonunun Hişgədərə kənd inzibati ərazi vahidinin Nəzəroba kəndi Miyanku kənd inzibati ərazi vahidinin tərkibinə verilmişdir.[2]
Nəzəroba | |
---|---|
38°53′06″ şm. e. 48°39′38″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 41 m |
Saat qurşağı | |
Toponimikası
redaktəYaşayış məntəqəsi keçmişdə Lənkəran qəzasında maldarlıqla məşğul olmuş alar tayfasının 10 ailədən ibarət nəzər comasının (tirəsinin) məskunlaşması nəticəsində yaranmışdır. Oykonim Nəzər (tirə başçısının adı) və oba sözlərindən ibarət olub, "Nəzərə məxsus oba" mənasındadır.[3]
Əhalisi
redaktəƏhalinin sayı 313 nəfərdir.[4]
İstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının inzibati - erazi bölgüsü. Məlumat toplusu. Bakı - 2013. 488 səh.
- ↑ "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı". 2021-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-29.
- ↑ Nəzəroba // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
- ↑ Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
Həmçinin bax
redaktə Masallı rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |