Nesimi Memmedoglu - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
Nəsimi Məmmədoğlu (26 sentyabr 1973, Bakı) — rejissor, ssenari müəllifi, prodüser
Nəsimi Məmmədoğlu | |
---|---|
Nəsimi Məmməd oğlu Əliyev | |
Digər adı | Nəsimi Əliyev |
Doğum tarixi | 26 sentyabr 1973 (51 yaş) |
Doğum yeri | |
Milliyyəti | Azərbaycanlı |
Fəaliyyəti | kinorejissor, rejissor, ssenarist, prodüser |
Təhsili |
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 1996-2000 |
Mükafatları |
Həyatı
redaktəNəsimi Məmməd oğlu Əliyev 26 avqust 1973-cü ildə Bakı şəhərində anadan olub.
1990-cı ildə orta təhsilini bitirdikdən sonra rejissor köməkçisi kimi Dövlət televiziyasında əmək fəaliyyətinə başlayıb.
1993–1998-ci illər Ordu sıralarında qulluq edib.
1996–2000-ci illər ADMİU-nin rejissorluq fakültəsində təhsil alıb.
2004–2006-cı illərdə polşalı rejissor Kşıştov Zanussinin rəhbərliyi altında keçən İsveçrənin "AVANTİ" layihəsində işttirak edib və həmin layihənin sənədli filmlər bölməsinin qalibi olub.
2001–2007-ci illər "Lider" televiziyasında mədəniyyət proqramlarında rejissor işləyib.
2007-ci ildən "İctimai Televiziya və Radio Yayımları Şikətində" quruluşçu rejissor kimi çalışır.
22 iyul 2020-ci il Milli Mətbuat gününün 145 illiyi münasibətilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Tərəqqi" medalı ilə təltif edilib.
2015–2017-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və "QN" Uşaq Kino Məktəbində rejissor sənəti üzrə dərs deyib.
Azərbaycan Kinemotoqrafçılar ittifaqının və peşəkar kinorejissorlar gildiyasının üzvüdür.
Filmoqrafiya
redaktə- "Skripkaçı" (film, 1999) (sənədli) — İnternyus-Azərbaycan (ssenari müəllifi R. Məmmədov)
- İz (film, 2002) (qısametrajlı bədii) Lider Tv (ssenari müəllifi və rejissor)
- Çıxış (film, 2006) (sənədli) — İsveçrə-Azərbaycan (ssenari müəllifi, prodüser və rejissor)
- "Mən Tənha deyiləm" (film, 2006) (sənədli) — (prodüser və rejissor)
- "Sarı sim" (film, 2007) (sənədli) — İctimai Tv (ssenari müəllifi və rejissor)
- "Maestro Niyazi" (film, 2007) (sənədli) — İctimai Tv (rejissor)
- Papaq (film, 2007) (sənədli) — İctimai Tv (ssenari müəllifi və rejissor)
- "Saat" film (qısametrajlı bədii) — Mədəniyyət Nazirliyi (rejissor)
- "İşığın rəngi" (film, 2008) (sənədli) — İctimai Tv (ssenari müəllifi və rejissor)
- "Muğamat var olan yerdə…" (film, 2009) (rejissor)
- "Tunis miniatürləri" (film, 2010) (sənədli) — İctimai Tv (rejissor)
- "Dalan" (film, 2012) (ssenari müəllifi və rejissor)
- Azərbaycan futbolunun əfsanələri. Anatoli Banişevski (film, 2012) (ssenari müəllifi və rejissor)
- "İgidliyin zirvəsi" (film, 2013) (sənədli) — (rejissor)
- Azərbaycan kinosunun salnaməsi (film, 2013)
- "Dənizə doğru" (film, 2013) (sənədli) — İTV (müəllif və rejissor)
- "Qobustan kölgələri" (film 2013) İTV (quruluşçu rejissor)
- Azərbaycan pəhləvanları (film, 2014) (rejissor)
- "Bataqlığda bitən qamış" (film, 2014) (sənədli) — İTV (rejissor)
- "Pillələr" (film, 2014) (sənədli) — İTV (rejissor)
- "GENİŞ FORMATDA" İTV — 2014 (müəllif və rejissor)
- "Bakının qonaqları" İtv — 2014 (rejissor)
- "Zirvəyə doğru) (sənədli film 2014) İTV (rejissor)
- Alovlan, doğma məşəlim (film, 2015)
- "Dağ yəhudiləri" (film, 2015) (sənədli) — İTV (rejissor)
- "Avarlar" (film, 2015) (sənədli) — İTV (quruluşçu rejissor)
- "Tatarlar" (film, 2015) (sənədli) — İTV (quruluşçu rejissor)
- "Xalqların şərəf tarixi" (film, 2015) (sənədli) — İTV (ssenari müəllifi və rejissor)
- "General Cəmşid Naxçıvanski" (film, 2015) (sənədli) — İTV (rejissor)
- "Əshabi-Kəhf" (film, 2015) (sənədli) — İTV (rejissor)
- "İlahi" (Klip-Alim Qasımov) (Quruluşçu rejissor)
- "Xalq rəssamı Oqtay Şixəliyev" (film, 2016) (sənədli) — İTV (müəllif və rejissor)
- "Qrasiya" (film, 2016) (sənədli) — İTV (müəllif və rejissor)
- "Qanlı tarix" (film,2017) — İTV (müəllif və rejissor)
- "Mir Mövsüm Ağa" (film, 2017) (sənədli) — İTV (rejissor)
- "Zaqatala qalası" (sənədli film 2017) — İTV (müəllif və rejissor)
- "Alban abidələri" (sənədli film 2017) — İTV (müəllif və rejissor)
- "İsmayıl Osmanlı" (sənədli film) — İTV (müəllif və rejissor)
- "Milli qəhrəman Koroğlu Rəhimov" (sənədli film 2018) — (rejissor)
- "Milli qəhrəman Elman Hüseynov" (sənədli film 2018) — (rejissor)
- "Sevgi dolu dünyamız" (sənədli film 2018) — (rejissor)
- "Cümhuriyyət əsgəri" (sənədli film 2018) — (rejissor)
- "715-ci məhbus" (sənədli film 2018) — (rejissor)
- "Xalqın bəxtiyar Həsəni — kinoaktyor Həsən Məmmədov" (2018 sənədli film) — (rejissor)
- "Cəsur tankçı Albert Aqarunov" 2018 (rejissor)
- "Kinorejissor Rasim Ocaqov" (sənədli film 2018) (quruluşçu rejissor)
- "Masallı abidələri" (sənədli film İtv 2019) (quruluşçu rejissor)
- "Muzey sirləri. Sehirli rəsmlərin solmuş rəngləri" (sənədli film İtv 2019) (rejissor)
- "Şahmat aləmi" (sənədli film 2019 İtv) (quruluşçu rejissor)
- "Qaranlıqdan işığa- Cəlil Məmmədquluzadə" (sənədli film 2019) (quruluşçu rejissor)
- "ANAR-Uzun ömrün akkordları" (sənədli film 2019) — İTV (quruluşçu rejissor)
- "Gülüşün özü" (sənədli film 2019) — İTV (rejissor)
- "Vətən dili" (sənədli-bədii film 2019) — İTV (quruluşçu rejissor)
- "Tanrı sizi qorusun" (Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya həsr olunmuş sənədli-bədii film 2019) — İTV (quruluşçu rejissor)
- "Bura Vətəndir" silsiləsi "Hunlar" (sənədli-etnoqrafik film 2019) — İTV (quruluşçu rejissor)
- "Bura Vətəndir" silsiləsi — "Qaraçılar" (sənədli-etnoqrafik film 2019) — İTV (quruluşçu rejissor)
- "Bura Vətəndir" silsiləsi — "Ceklər" (sənədli-etnoqrafik film 2019) — İTV (quruluşçu rejissor)
- "Bura Vətəndir" — "Udilər" (sənədli-etnoqrafik film 2019) — İTV (quruluşçu rejissor)
- "Bura Vətəndir" — "Rutullar" (sənədli-etnoqrafik film 2019) — İTV (quruluşçu rejissor)
- "Bura Vətəndir" — "Haputlar" (sənədli-etnoqrafik film 2019) — İTV (quruluşçu rejissor)
- "Bura Vətəndir" — "Ayrımlar" (sənədli-etnoqrafik film 2019) — İTV (quruluşçu rejissor)
- "Bura Vətəndir" — "Yergüclər" (sənədli-etnoqrafik film 2019) — İTV (quruluşçu rejissor)
- "Cahana və zamana sığmayan insan" "İmadəddin Nəsimi" (sənədli film 2019) — İTV (quruluşçu rejissor)
- "Məktub" (Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə həsr olunmuş sənədli-bədii film 2019) — İTV (quruluşçu rejissor)
- "Bura Vətəndir" silsiləsi " "Qumuqlar" (sənədli-etnoqrafik film 2020) — İtv (quruluşçu rejissor)
- "Bura Vətəndir" silsiləsi "Şahsevənlər" (sənədli-etnoqrafik film 2020) — İtv (quruluşçu rejissor)
- "Bura Vətəndir" silsiləsi " İncəlilər" (sənədli-etnoqrafik film 2020) — İtv (quruluşçu rejissor)
- "Novruz"- "Yeni gün" (film 2020) — İTV (quruluşçu rejissor)
- "Bura Vətəndir" silsiləsi " "Tatarlar" (sənədli-etnoqrafik film 2020) — İtv (quruluşçu rejissor)
- "Bura Vətəndir" silsiləsi "Malakanlar" (sənədli-etnoqrafik film 2020) — İtv (quruluşçu rejissor)
- "Görünməyən düşmən — COVİD −19" (sənədli film 2020) — İTV (rejissor)
- "Mən qayıdacağam-Cəmşid Naxçıvanski" (tammetrajliı bədii film 2020) (ssenari müəllifləri R. Ələkbərov, N. Məmmədoğlu) (quruluşçu rejissor)
- "Bura Vətəndir" silsiləsi — "Buduqlar" (sənədli-etnoqrafik film 2020) — İtv (quruluşçu rejissor)
- "Bura Vətəndir" silsiləsi " "Talışlar" (sənədli-etnoqrafik film 2020) — İtv (quruluşçu rejissor)
- "Bura Vətəndir" silsiləsi "Qrızlar" (sənədli-etnoqrafik film 2020) — İtv (quruluşçu rejissor)
- "Bura Vətəndir" silsiləsi " "Həmrəyik" (sənədli-etnoqrafik film 2020) — İtv (quruluşçu rejissor)
- "Bura Vətəndir" silsiləsi " "Əliklər" (sənədli-etnoqrafik film 2020) — İtv (quruluşçu rejissor)
- "44 GÜN ZƏFƏR YOLU" (Vətən Müharibəsinə və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə həsr olunmuş — 5 hissəli sənədli film 2020) — İTV (quruluşçu rejissor)
- "Bura Vətəndir" silsiləsi "Şəlalələr kəndi: Laza" (sənədli-etnoqrafik film 2021) — İTV (quruluşçu rejissor)
- "Bura Vətəndir" silsiləsi "Ləzgilər" (sənədli-etnoqrafik film 2021) — İTV (quruluşçu rejissor)
- "Cinayət və cəzasızlıq" (Erməni terrorizmindən bəhs edən 3 seriyalı bədii-sənədli film) — İTV (quruluşçu rejissor)
- "Bura Vətəndir" silsiləsi "Təbiət gözəli: Katex" (sənədli-etnoqrafik film 2021) — İTV (quruluşçu rejissor)
- "Bura Vətəndir" silsiləsi "İngiloylar" (sənədli-etnoqrafik film 2021) — İTV (quruluşçu rejissor)
- "Bura Vətəndir" silsiləsi " "Xınalıq və Xınalıqlılar" (sənədli-etnoqrafik film 2021) — İTV (quruluşçu rejissor)
- "Bura Vətəndir" silsiləsi " "Susaylılar" (sənədli-etnoqrafik film 2021) — İTV (quruluşçu rejissor)
- "Bura Vətəndir" silsiləsi " "Saxurlar" (sənədli-etnoqrafik film 2021) — İTV (quruluşçu rejissor)
- "Bura Vətəndir" silsiləsi "İlisu" (sənədli-etnoqrafik film 2021) — İTV (quruluşçu rejissor)
- "Məktub 3.0 — Qurucu" (Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə həsr olunmuş sənədli film 2021) — İTV (quruluşçu rejissor)
- "Bir gün işığa doğru Şuşa " (sənədli film 2022) — İTV (quruluşçu rejissor)
- "Bir gün ən vacib iş" "Kəlbəcər" (sənədli film 2022) İTV (quruluşçu rejissor)
- "Sıradan birimiz" İlyas Danilov (sənədli film 2022) — İtv (quruluşçu rejissor)
- "Xəmsə silsiləsinin ilk filmi "Nizami" (televiziya filmi 2022) — İTV (quruluşçu rejissor)
- "Şuşanın dağları başı dumanlı" (bədii-sənədli film 2022) İTV (quruluşçu rejissor)
- "Qrossmeyster (2023) — Debüt" , "Qrossmeyster — Mittelşpil" , "Qrossmeyster — Endşpil" (Ulu Öndər Heydər Əliyevə həsr olunmuş 3 seriyalı sənədli film.İTV) quruluşçu rejissor
- "İçəri şəhər Heydər Əliyevin izi ilə" (2023) Rejissor
- "Xəmsə silsiləsinin ikinci filmi "Əfzələddin Xəqani" (sənədli-bədii. İTV film 2024) Quruluşçu rejissor və ssenari müəllifi.
- "Xəmsə silsiləsinin üçüncü filmi " "İmadəddin Nəsimi" (sənədli film. İTV 2024) Quruluşçu rejissor və ssenari müəllifi.
- "Çalınmayan son zəng" (sənədli film.İTV 2024) Quruluşçu rejissor.
- "Mehriban ana" sənədli (film.İTV 2024 il) Quruluşçu rejissor
Mükafatlar
redaktə- "Debüt Kinotavra"gənclərin beynəlxalq kinofestivalı ("Skripkaçı" filmi — Dövrlə səsləşən ən yaxşı film) 2001-ci il aprel Moskva.
- "Audio-vizual" festival ("Skripkaçı" filmi — ən yaxşı sənədli film) 2001-ci il oktyabr Bakı.
- İslam Dövlətlərinin kinofestivalı ("Skripkaçı" filmi — İftixar diplomu) 2002-ci il mart Tehran.
- Mədəniyyət nazirliyi və kinemotoqrafçılar ittifaqının "Qızıl çıraq" mükafatı. ("Çıxış" filmi — Ən yaxşı tammetrajlı sənədli film) 2006-cı il avqust Bakı.
- Gənclərin Beynəlxalq "Audio vizual" festivalı. ("Çıxış" filmi — Qran Pri mükafatı) 2006-cı il noyabr Bakı.
- "Yaşamaq dövrüdür" 3-cü Beynəlxalq kinofestivalı. ("Çıxış" filmi — iki xüsusi mükafat) 2007-ci il mart Sankt-Peterburq.
- "Ailə və gender problemləri" mövzusunda çəkilmiş sənədli filmlər festivalı. ("Mən tənha deyiləm" filmi — xüsusi mükafat) 2009-cu il aprel Bakı.
- 12-ci Beynəlxalq Avropa-Asiya Televiziya forumu. ("Papaq"sənədli filmi — "ekranda etnoqrafik mövzu" mükafatı) 2009-cu il noyabr Moskva.
- İlk Avropa oyunlarına həsr olunmuş sənədli film festivalı. (Azərbaycan futbolunun əfsanələri silsiləsindən "Anatoli Banişevski" sənədli filmi — Ən yaxşı sənədli film) 2014-cü il noyabr Bakı.
- Milli Mətbuat gününün 145 illiyi münasibətilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Tərəqqi" medalı ilə təltif edilib. 22 iyul 2020-ci il.