Nemrud - Wikipedia
Nəmrud (q.yəh. נִמְרוֹד; e.ə. 1751[1] – e.ə. 1638[1]) —Tövratda və Quranda xatırlanan şah, ovçu.
Nəmrud | |
---|---|
ivr. נִמְרוֹד | |
Doğum tarixi | e.ə. 1751[1] |
Vəfat tarixi | e.ə. 1638[1] |
Fəaliyyəti | monarx |
Vikianbarda əlaqəli mediafayllar |
İbrahim peyğəmbər və Nəmrud
redaktə(Bəqərə surəsi 158-ci ayə və sonrakı ayələr)
Nəmrudun adı İbrahim peyğəmbərlə bərabər çəkilir.
Millətinə bütlərin heç bir fayda verə bilməyəcəyini, dəfələrcə deyən və ancaq Uca Allahın üstün vəsflərə sahib olduğunu bildirən İbrahim (ə.s.) millətinin özünə inanmadığını gördükdə dərhal Nəmrudun yanına getdi. Qurani-Kərimdə adı keçməyən və o dövrdə millətin idarəçisi olan Nəmrud, sahib olduğu sərvət və səltənəti ilə özünü tanrı hesab edirdi.
İbrahim (ə.s.) Nəmruda Allah inancı haqqında bəhs etdi. Ancaq o, rədd etdi və İbrahim (ə.s.) ilə Rəbbi haqqında mübahisə etdi. İbrahim (ə.s.) Allah təalanın həm dirildən həm də öldürən olduğunu dedikdə, Nəmrud da bunu edə biləcəyini dedi. Nəmrud bunu isbat etmək üçün həbsdə olan iki adamı gətizdirir, onlardan birini öldürür, birini isə azad edir. Beləcə öldürməyə və diriltməyə qadir olduğunu göstərir. Bu dəfə İbrahim (ə.s.): "Allah Günəşi şərqdən doğdurur, bacarırsansa, sən onu qərbdən doğdur!" – dedikdə, o kafir (Nəmrud) donub qalmışdı". (əl-Bəqərə surəsi, 2/258)
İbrahim peyğəmbərin möcüzəsi kafir Nəmrud şahın qəzəbini daha da coşdurdu. İbrahim peyğəmbəri yanına çağırıb dedi: Hamı mənə ümüd bəsləyib hamı məndən qorxur bütün bunlara baxmıyaraq mənim allahlığıma şübhəmi edirsən? İbadətinə çağırdığın Allah kimdir? İbrahim peyğəmbər isə cavabında dedi: Allah günəşi yaratmış və onun iradəsi ilə hər gün onu şərq tərəfdən çıxarar. Əgər qüdrətin varsa bu qanunu dəyiş. Nəmrud bu cavabın qarşısında çıxılmaz qaldı. Sonralardan öz ölkəsindən çıxıb Hürran (Əfur yarmadasında böyük şəhərlərdən biri idi. İraq və Suriya arasında yerləşırmış) şəhərinə getdi.