Nefes Nefese Roman - Wikipedia
Nəfəs nəfəsə (tr. Nefes Nefese) - türk yazıçısı Ayşe Kulinin 2002-ci ildə nəşr olunmuş romanı.
Nəfəs nəfəsə | |
---|---|
Nefes Nefese | |
Müəllif | Ayşe Kulin |
Janr | roman |
Orijinalın dili | türk |
Orijinalın nəşr ili | 20 may 2002 |
Nəşriyyat | Rəmzi |
ISBN | 978-975-14-0904-1 |
Hekayə
redaktəOsmanlı dövlətinin son Sağlamlıq naziri Fazıl Rəşad Paşanın qızı Selva yəhudi oğlan Rafaelə aşiq olur. Lakin ailəsi buna qarşı çıxır və nəticədə ailəsi onları tərk edir. Selva və Rafael Fransaya köçürlər. Amma onlar burada da sakitçilik tapa bilmirlər. İkinci dünya müharibəsinin başlaması onların həyatını alt-üst edir. Onlar hər an nasistlər tərəfindən ölüm düşərgələrinə aparılmaq qorxusu ilə yaşayırlar. Həmin dövrdə isə Türkiyə müharibəyə qarışmadan, nə Almaniyanın, nə də müttəfiqlərin tərəfini tutaraq öz yoluna davam edirdi...
Mövzu
redaktəAyşe Kulin bu romanında həm o dövrdə Türkiyənin müharibədən böyük zərər görmədən çıxmasını təmin edən insanların fəaliyyətindən, həm də Selva ilə Rafaelin İstambuldan Marselə, Ankaradan Qahirəyə qədər olan səyahətlərində öz canları bahasına olsa da yüzlərlə yəhudinin həyatı xilas etməsindən söhbət açır.
Xarici keçidlər
redaktə- Rəsmi sayt Arxivləşdirilib 2013-07-04 at the Wayback Machine