Noker Monqolustan - Wikipedia
Nökər_(Monqolustan) - Haqqında Məlumat
Nökər (mold. нөхөр; mənası – dost, yoldaş) — XI–XII əsrlərdə Monqolustanda feodal münasibəylərinin yarandığı dövrdə əyanların silahlı dəstəsinin üzvləri.
Tarixi
redaktəXIII əsrin əvvəllərindən monqol xanlarının (Çingiz xan və b.) şəxsi qvardiyasını təşkil etmişdir. Nökərlərdən müharibə vaxtı döyüşçü, dinc dövrdə isə keşikçi, "ev qulluqçusu" kimi istifadə olunmuşdur.[1] Onlar igid və sadiq döyüşçülər idilər.[2] Çingiz xanın ən görkəmli generallarının çoxu nökər idi.[3][4] XIV əsrdən nökər ifadəsi Azərbaycanda, İranda və Mərkəzi Asiyada "xidmətçi", "qulluqçu" mənasında işlədilmişdir.[1]
İstinadlar
redaktə- ↑ 1 2 Нөкәрләр // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: Мисир—Прадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1983. С. 300.
- ↑ Herbert Franke; Denis C. Twitchett, redaktorlar The Cambridge History of China. 6, Alien Regimes and Border States, 907-1368. Cambridge University Press. 1978. səh. 22. ISBN 9780521243315. 2022-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-28.
- ↑ "Nökhör". Britannica. 17 May 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 May 2021.
- ↑ Hope, Michael. Power, Politics, and Tradition in the Mongol Empire and the Īlkhānate of Iran. Oxford University Press. 2016. 36–37. ISBN 9780191081071. 2023-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-28.