Mzab - Wikipedia
M'zab və ya Mzab (ərəb. مزاب) — Əlcəzairin Qaraday vilayətində, Böyük Səhranın şimalında yerləşən təbii bir bölgəsidir. Paytaxt Əlcəzair şəhərindən 600 kilometr (370 mil) cənubda yerləşir və burada təxminən 360.000 nəfər (2005-ci ilə olan məlumat) əhali yaşayır.[1] Əhali İbadidir.[2]
Mzab vadisi | |
Ölkə | Əlcəzair |
---|---|
Tip | Mədəni |
Kriteriya | ii, iii, v |
Keçid | 188 |
Region | Afrika [* 1] |
Daxil edilməsi | 1982 (6-cı sessiya) |
|
|
Geologiya
redaktəMzab Mzab vadisində mərkəzləşmiş bir əhəngdaşı yaylasıdır.
Tarix
redaktəƏrazinin əsas sakinləri mozabit xalqıdır. Mozabitlər Əlcəzairin orta cənubundakı geniş ərazilərindədə yaşayan İznaten adlı böyük bir Bərbər qəbiləsinin bir qoludur.
Müsəlmanların Məğribi fəth etməsindən sonra Mozabitlər Mötəzililər məktəbinin müsəlmanları oldular. Yerli xristian əhalisi burada yaşamağa XI əsrə qədər davam etdi.[3] Rüstəmilər dövlətinin süqutundan sonra bəzi vətəndaşları ilə birlikdə Rüstəmid sülaləsi sığınacaq yeri olaraq Mzab Vadisini seçdi. Lakin Rüstəmidlər İbadi idi və yerli Mozabitləri müvəffəqiyyətlə çevirən bir vəzir (Əbu Bəkr ən-Nafusi) göndərdilər.
Fransa 1830-cu ildə Osmanlı Əlcəzairini işğal etdi. Mzab yalnız 1882-ci ildə Fransaya əlavə edildi və 1962-ci ilin yayında milli müstəqillik əldə etdikdən sonra Əlcəzairin yerli hakimiyyətinə qayıtdı. Qaradaya (Tağardayt), Mzabın əsas şəhəri və paytaxtı, əl-Ateuf (Taynint) isə bölgədəki ən qədim yaşayış məskənidir.[4]
Memarlıq
redaktəMzab vadisi boyunca qayalıq ərazilərdə yerləşən və Pentapolis olaraq tanına beş ksar, "istehkam kənd" var.[5] Hər bir istehkamda minarəsi gözətçi qülləsi kimi xidmət edən qalaya bənzər bir məscid var. Məscidin ətrafındakı ərazilərdə standart ölçülü və tipli evlər tikilmişdir. Mzab tikililərinin tərzi daha çox Bərbər üslubuna uyğundur və Böyük səhranın digər ərazilərində də təkrarlanmışdır.[6]
Yaz aylarında Mozabitlər xurma bağları vadilərində yerləşən "yay qalaları" na köçürlər.
Mzab Vadisi 1982-ci ildə ətraf mühitə mükəmməl uyğunlaşan ənənəvi insan yaşayış yerinin bütöv bir nümunəsi olaraq UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir.[7]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "M'zab - LookLex Encyclopaedia". 2016-03-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-05-30.
- ↑ Glassé, Cyril. 2008. The New Encyclopedia of Islam. Walnut Creek CA: AltraMira Press, p.39
- ↑ Hrbek, Ivan. Africa from the Seventh to the Eleventh Century. Unesco. International Scientific Committee for the Drafting of a General History of Africa. J. Currey. 1992. səh. 34. ISBN 0852550936. 2020-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-30.
- ↑ "M'zab". 2016-05-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-30.
- ↑ "Archived copy". 2010-12-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-09-23.
- ↑ Houtsma, Martijn Theodoor. Mzab // E.J. Brill's first encyclopaedia of Islam, 1913–1936. 2. BRILL. 1987. 167. ISBN 90-04-08265-4. 2022-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-30.
- ↑ "M'Zab Valley". 2022-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-30.