Muzeyler Adasi - Wikipedia
Muzeylər_adası - Haqqında Məlumat
Muzeylər adası (alm. Museumsinsel) — Almaniyanın paytaxtı Berlinin Mitte inzibati dairəsindən keçən Şpree çayının üzərindəki kiçik bir adanın şimal hissəsində sahəsi 1 kvadrat kilometr olan muzeylər kompleksi. 1990-cı ildə Almaniyanın birləşməsi ilə 1945-ci ildən bəri şərq və qərbə bölünən kolleksiyanı yenidən birləşdirmək imkanı yarandı. Muzeylər adası 1999-cu ildən YUNESKO-nun Ümumdünya irsi siyahısındadır[2].
Muzeylər adası, Berlin | |
Ölkə | |
---|---|
Tip | Mədəni |
Kriteriya | (ii)[d][1], (iv)[d][1] |
Keçid | 896 |
Region | Avropa və Şimali Amerika [* 1] |
Daxil edilməsi | 1999 (23 sessiya) |
|
|
Adanın şimalında yerləşən beynəlxalq səviyyədə tanınan 5 muzeydən ibarət kompleksin muzeyləri:
- Köhnə muzey (Altes): 1830-cu ildə Karl Fridrix Schinkelin sifarişi ilə tamamlandı.
- Yeni muzey (Neues): Friedrich Avqust Stülerin planlarına görə 1859-cu ildə tamamlandı. İkinci Dünya Müharibəsində dağıdılmış muzey Devid Çipperfild tərəfindən yenidən qurulmuş və 2009-cu ildə yenidən açılmışdır.
- Köhnə Milli Qalereya (Alte Nationalgalerie): 1876-cı ildə tamamlanan muzey, Fridrix Avqust Stüler tərəfindən qurulmuşdur.
- Bode muzeyi: Adanın şimalında yerləşən muzey 1904-cü ildə açılmış və sonradan Kaiser Friedrich muzeyi adlandırılmışdır. Heykəltaraşlıq kolleksiyalarını, qədim antik dövrləri və Bizans sənət əsərləri nümayiş olunur.
- Perqam muzeyi: kompleksin son muzeyi 1930-cu ildə inşa edilmişdir. Yenidən qurulmuş çoxsaylı və tarixi əhəmiyyətli əsərlərdən ibarətdir.
Muzeylər kompleksi hər il təxminən 3 milyon ziyarətçi qəbul edir[3].
Qalereya
redaktə-
Köhnə muzey (Altes), Lustqarten və Berlin kafedralı
-
Yeni muzey (Neues)
-
Köhnə Milli Qalereya (Alte Nationalgalerie)
İstinadlar
redaktə- ↑ 1 2 http://whc.unesco.org/en/list/896.
- ↑ 1 2 "Museumsinsel (Museum Island), Berlin". 2019-10-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-05.
- ↑ Briegleb, Till. "Magazin Deutschland Dergisi". səh. səhifələr 25. (#redundant_parameters); (#accessdate_missing_url)