Muyunqum - Wikipedia
Muyunqum (qaz. Мойынқұм) — Qazaxıstanın cənubunda, Cambul vilayəti və Cənubi Qazaxıstan vilayəti ərazisində yerləşən qumlu səhra. Cənub-şərqdən şimal-qərbə 500 km məsafədə uzanır. Səhranın sahəsi 37 500 km² təşkil edir. Okean səviyyəsindən 700 m hündürlükdə yerləşir. Şimal və şərqdən Çu çayının dərəsi, Cənubdan isə Karatau silsiləsi və Qırğızıstan Alatausu ilə əhatələnir. Şimalında 50-70 metr hündürlüyü olan qum topaları vardır. Səthinə yaxın qrunt suları yerləşir.
Muyunqum səhrası | |
---|---|
qaz. Мойынқұм | |
Yerləşməsi | |
43°53′07″ şm. e. 71°52′38″ ş. u.HGYO | |
Ölkə | Qazaxıstan |
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
İqlimi kontinentaldır. Yanvarın orta temperaturu qərbdə −11,2°С, şərqdə isə −2 ; −7,5°С; iyulda isə 25,6-26,9°С təşkil edir. İl ərzində 150 – 330 mm yağıntı düşür. Yanvar ayının minimal temperaturu 40 °C, iyul ayının isə maksimal temperaturu isə 50 °C təşkil edir[1]
Əsasən Saksaul, Cuzqun, Yovşan bitir. Qaban, Dovşan, Sünbülqıran, Ərəbdovşanlar və digər canlılar yaşayır.
Səhra heyvandarlıqda qışlaq kimi istifadə edilir.
İstinadlar
redaktə- ↑ Planet, Lonely. Asie Centrale - Kazakhstan (fransız). Place Des Editeurs. 2011-10-20. ISBN 9782816118834. 2021-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-20.