Muxtar Aslanov - Wikipedia
Muxtar Mahmud oğlu Məlik-Aslanov (az. Muxtar Mahmud oğlu Məlik-Aslanov; 27 yanvar 1927, Tuğ, Azərbaycan SSR, ZSFSR, SSRİ – 20 sentyabr 1996, Bakı, Azərbaycan Respublikası) — avtomatlaşdırma sahəsində Azərbaycanlı sovet alimi, Azərbaycan Energetika Nazirliyi sədri, SSRİ Dövlət Mükafatı laureatı.[1][2][3]
Muxtar Aslanov | |
---|---|
Muxtar Mahmud oğlu Məlik-Aslanov | |
Doğum tarixi | 27 yanvar 1927 |
Doğum yeri | Tuğ, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfat tarixi | 20 sentyabr 1996 (69 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan Respublikası |
Dəfn yeri | |
Həyat yoldaşı | Solmaz xanım |
Uşaqları | Rüfət, Afaq, Gülnarə |
Atası | Mahmud |
Anası | Aftab xanım |
Elmi dərəcəsi | |
Mükafatları |
Həyatı
redaktəMuxtar 1927-ci il yanvarın 27-də Tuğ kəndində anadan olmuşdur. Qədim və nəcib Qarabağın zadəgan Məlik-Aslanovlar ailəsindəndir.
30-cu illərin repressiyaları zamanı ailəni respublikanın cəza orqanlarının diqqətindən bir növ qorumaq üçün atası Mahmud Məlik-Aslanov "Aslanov" soyadını götürməyə qərara gəlir.
1944–1949-cu illərdə Azərbaycan Sənaye İnstitutunda (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) təhsil alıb.
1949-cu ildə təhsilini bitirən Muxtar neft mədənlərində texnik, mühəndis, baş mühəndis, idarə rəisi vəzifələrində işləyib, həmçinin Sumqayıt və Bakının neft-kimya sənayesində rəhbər vəzifələrdə çalışıb.
Fəaliyyəti
redaktə- 1949-cu ildə Azərbaycan Sənaye İnstitutunun aspiranturasını (1959) bitirmişdir.
- 1955-ci ildə Sovet İttifaqı Kommunist Partiyası İttifaqında hakim partiyaya üzv olub.
- 1958-ci ildə Sumqayıtda təşkil olunmuş "Neft Kimya-avtomat" Eİİ-də aparıcı mühəndis, laboratoriya rəhbəri və şöbə müdiri vəzifələrində çalışıb.
- 1959-cu ildə Azərbaycan Sənaye İnstitutunun texniki elmlər namizədi elmi dərəcəsini alır və baş elmi işçi adına layiq görülüb.[4]
- 1959-cu illərin sonlarında Neft mədənlərinin avtomatlaşdırılması üçün sistemlərin və alətlər kompleksinin yaradılması və tətbiqi sahəsində, "Nefteximavtomat" Elmi-Tədqiqat Layihə İnstitutunda (Bakı) yerlərdə mütəxəssis işləmiş, burada neft sənayesində avtomatlaşdırma və hesablama texnikası kompleksinin tətbiqi üzrə məsul şöbə müdiri olmuşdur.
- 1969-cu ildə Sovet İttifaqının neft mədənlərində geniş miqyasda avtomatik və telemexaniki qurğuların yaranması, istehsalı və tətbiqi sahəsindəki böyük xidmətlərinə görə Muxtar SSRİ Dövlət Mükafatı laureatı adına layiq görülüb.[2]
- 1974-cü ildə texnika elmləri namizədi alimlik dərəcəsi almışdır.[4][5]
- Həmçinin 40 elmi əsərin və 10 ixtiranın müəllifidir, bəzi ixtiraları xarici ölkələrdə patentləşdirilmişdir.[1]
- 14 aprel 1992 – 09 sentyabr 1992 Azərbaycan Respublikası Dövlət Yanacaq Komitəsinin (indiki Azərbaycan Respublikası Energetika Nazirliyi) sədri vəzifəsində çalışıb.[3]
Ailəsi
redaktə- Həyat yoldaşı: Solmaz xanım Əliməmməd qızı Məlikova (15 noyabr 1931, Bakı – 20 avqust 2002, Bakı)
- Övladları: Rüfət (12 yanvar 1959, Bakı), Afaq (23 iyun 1965, Bakı), Gülnarə (14 iyun 1968, Bakı)
- Azərbaycan Xalq Cümhuriyyəti Həmkarlar İttifaqının birinci Sədri Cavad bəy Məlik-Yeqanovun bacısı oğludur.
Mükafatları
redaktəSovet ittifaqı komunist partiyası mərkəzi komitəsi və SSRİ Nazirlər Sovetininnin 6 noyabr 1969-cu il tarixli qərarı ilə SSRİ Dövlət Mükafatı verildi.
"Azərneft" və "Azərdəniz" neft birliklərində fəaliyyətinə görə Azərbaycan SSR Əməkdar Mühəndisi, Əməkdar Neftçi fəxri adlarına layiq görülmüşdür.
Həmçinin bax
redaktə- Məlik-Aslanovlar [+]
İstinadlar
redaktə- ↑ 1 2 "Avtomatlaşdırma sahəsində Azərbaycanlı Sovet Alimi – Aslanov Muxtar". Ensiklopediya.gov.az. 2022-08-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-25.
- ↑ 1 2 "Aslanov, Muxtar Mahmud oğlu – Avtomatlaşdırma sahəsində azərbaycanlı sovet alimi". Unionpedia.org. 2024-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-25.
- ↑ 1 2 "M.M. Aslanovun Azərbaycan Respublikası Dövlət Yanacaq Komitəsinin sədri". e-qanun.az. 2024-01-23 tarixində arxivləşdirilib.
- ↑ 1 2 "Texnika elmləri namizədi – Alimlik dərəcəsi". redday.ru. 2024-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-25.
- ↑ "Aslanov Muxtar Mahmud oğlu 1927 – alim (E.BSE-70)". Geno.ru (rus). Beynəlxalq Genealogiya Tədqiqatları İnstitutu. 2024-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-25.
Mənbələr
redaktə- Sov. İKP MK və SSRİ Nazirlər Sovetinin "Elm və texnika sahəsində SSRİ Dövlət Mükafatlarının verilməsi haqqında" qərarı. "Pravda" qəzeti, 7 noyabr 1968–1975
- Azərbaycan Respublikası Dövlət Tarix Arxivi. F.24. Op.1. D.142.
- E.E. İsmaylov. Məlik-Aslanovların şəcərəsinə aydınlıq gətirilməsi, Azərbaycan Tarixi Şəcərə Cəmiyyətinin Xəbərləri, Üçüncü Buraxılış. Bakı, "Adiloğlu" nəşriyyatı, 2001, səh: 168 ISBN 9952-25-001-0