Muxax - Wikipedia
Muxax — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd.
Muxax | |
---|---|
41°34′09″ şm. e. 46°42′15″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Zaqatala rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 463 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ1008 |
Mədəniyyəti
redaktəKənd 13 obadan ibarətdir. Kənddə 3 orta məktəb, 2 əsas məktəb, 1 xəstəxana, mədəniyyət evi[1], uşaq bağçası, məscid binası, futbol meydançası, poçt, 1408 nömrəlik ATS vardir.
Tarixi abidələr: XIX əsrdə tikilmiş məscid, 5 hücrə, 2 qədim qəbristanlıq.
Coğrafiyası və iqlimi
redaktəMuxax kəndi, rayon mərkəzindən 12 km şərqdə, Muxax çayının sağ sahilində yerləşir. Şərq tərəfdən Mamrux, şimaldan Yuxarı Çardaxlar, qərb tərəfdən Yuxarı Tala, cənub-şərqdən Zəyəm, cənubdan isə Çobankol, Qımır, Bazar, Əliabad kəndləri ilə həmsərhəddir.
Kəndin ərazisi 3230 hektardir.
Əhalisi
redaktəEtnik qrup | Sayı, 1970 sa.[2] | Nisbəti, 1970 sa.[2] |
---|---|---|
cəmi | 3 989 | 100 % |
saxurlar | 2192 | 53.9
% |
azərbaycanlı | 1794 | 46.1% |
digər | 4 | 1 % |
Əhalisi təqribən 9000 nəfər, əsasən azərbaycanlılar və saxurlardan, dini mənsubiyyətləri İslamdır.
Kənd, RİHB-nın ərazi İcra nümayəndəsi və Muxax Bələdiyyəsi tərəfindən idarə olunur.
Əhalinin əsas məşğuliyyəti əkinçilik, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır.
Din
redaktəKənddə Muxax kənd məscidi dini icması fəaliyyət göstərir[3].
İstinadlar
redaktə- ↑ Baku TV. "Məşhur mədəniyyət ocağı niyə pis vəziyyətdədir?" (az.). Youtube.com. 22.04.2024. 2024-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-22.
- ↑ 1 2 Ethno-Caucasus, Этнодемография Кавказа: Закатальский район (перепись 1970 года) Arxivləşdirilib 2012-05-27 at the Wayback Machine
- ↑ MÜSƏLMAN DİNİ İCMALAR - 2010-cu ildə qeydiyyatdan keçənlər Arxivləşdirilib 2019-02-12 at the Wayback Machine. scwra.gov.az (az.)
Zaqatala rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |