Mutant - Wikipedia
Bu məqalə böyük ölçüdə və ya tamamilə tək mənbəyə əsaslanır. |
Məlumatı yoxla. |
Mutasiya (lat. mutatio — dəyişiklik) — dəyişkənlik nəticəsində meydana gələn və hər hansı əlamətə görə normal tipdən fərqlənən, irsiyyətcə dəyişmiş orqanizm forması. Mutant təbii seçmədə ilk material sayılır. Məhsuldarlığın artırılmasında və süni mutagenezin nəzəri məsələlərinin həllində mutantlardan geniş istifadə edilir.[1]
Tarixi
redaktəMutasiya orqanizmin istər somatik, istərsə də cinsiyyət hüceyrələrində əmələ gəlir. Mutasiya terminini ilk dəfə biologiyaya daxil edən Huqo-de Friz olmuşdursa, lakin bu haqqda olan anlayışa ondan da əvvəlki alimlərin əsərlərində rast gəlirik. Hələ Ç. Darvin öz əsərində bu cür gözlənilmədən, qəflətən baş verən irsi və xırda dəyişmələr haqqında yazırdı. Darvin bədəni uzun, ayaqları qısa “ankon” qoyunları, tükləri incə və uzun “moşan” qoyunları haqqında məlumat verir və bu cür dəyişilmələri “sport” və ya tək-tək baş verən dəyişkənlik adlandırırdı. Q.Friz 1880-cı ildən başlayaraq təcrübə apardığı Enotera Lamarkiana adlanan bitkilərin içərisində mutasiya baş vermiş formalar aşkar etdi. Bəzi bitkilər öz əlamətləri ilə enotera növündən elə kəskin fərqlənmişdir ki, hətta de Friz onları yeni növ adlandırmışdı.
Mutasiyanın təsnifatı
redaktəMutasiyalar mikroorqanizmlərdən başlayaraq insanlara qədər bütün canlılarda baş verən hadisədir. Mutasiyalar orqanizmlərin daxili və xarici orqanlarında, morfoloji əlamətlərində fizioloji funksiyalarında baş verir.
Mutasiyalar mənşə baxımından 2 cür təsnifləşdirilə bilər:
1 .spontan mutasiyalar
2 .induksiya olunan mutasiyalar .
Təbii faktorların, daxili fizioloji və biokimyəvi dəyişikliklərin təsiri altında baş verən mutasiyalara spontan mutasiyalar, müxtəlif faktorların (rentgen şüaları, kimyəvi madddələr, temperatur və s.) təsiri altında eksperimental şəraitdə əmələ gələn mutasiyalara induksiya olunan mutasityalar deyilir.
Canlılar aləmində təbii yolla baş verən mutasiyalara spontan mutasiyalar deyilir. Sonralar alimlər süni yolla da yeni müxtəlif mutagen amillərin təsirilə mutasiyalar almışlar. Belə mutasiyalar induksion mutasiyalar adlanır. Spontan və induksion mutasiyalar arasında prinsip etibarı ilə bir fərq yoxdur.
Mutasiyalar əmələ gəldiyi yerə görə generativ (cinsi hüceyrələr) və somatik (bədən hüceyrələri) mutasiyalara bölünür. Bunlardan əlavə mutasiyalar bir sıra səbəblərə görə də təsnif olunur.
Xromosomların sayı və strukturunda və ya bir sıra əsas hüceyrə orqanoidlərində baş verən dəyişikliklər mutasiyalara səbəb olur.
Genotipə görə aşağıdakı mutasiyalar var
:
1) Gen və ya nöqtəvi mutasiyalar: Xromosomlarda sitoloji görünməyən dəyişikliklərdir.
2) Xromosom mutasiyaları: xromosom daxili və xromosomlar arası dəyişilmələr.
3) Genom mutasiyaları: xromosom sayının dəyişilməsi.
4) Sitoplazmatik mutasiyalar: plazmogenlərin dəyişilməsi.
Mutasiyaların aşağıdakı tipləri ayırd edilir :
1 .Xromosom dəstinin dəyişilməsi və ya genom mutasiyaları
2 .Xromosom sayının dəyişilməsi və ya aneuploidiya
3 .Xromosomların quruluşunda baş verən dəyişikliklər, xromosomdaxili və xromosomarası mutasiyalar
4 .Gen və ya nöqtəvi mutasiyalar .
İstinadlar
redaktə- ↑ Məmmədov Q.Ş. Xəlilov M.Y. Ekoloqların məlumat kitabı. "Elm" nəşriyyatı. Bakı: 2003. 516 s.